Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ture Renber “Mən Tollakam, İnqeborqun Tollakı”

Annotasiya

“Mən Tollakam, İnqeborqun Tollakı” (Norveç dilində “Tollak til Ingeborg”) norveçli yazıçı Ture Renberin 2020-ci ildə işıq üzü görən romanıdır. Əsər müəllifin uzunmüddətli yaradıcılıq yolunun zirvəsi hesab edilir.

Hamının illər əvvəl yoxa çıxmış həyat yoldaşını dəli bir ehtirasla sevdiyi üçün “İnqerborqun Tollakı” kimi tanıdığı tərs, inadkar və müasir dünya ilə barışa bilməyən qoca ölümündən qabaq çoxdan üzlərini görmədiyi övladlarını yanına çağırır: onun ürəyində illərlə susdurulmuş bir qəzəb, hər kəsdən gizlədilmiş dəhşətli sirlər və paylaşmaq istədiyi son bir həqiqət var.

Karandaşın izi ilə

Mən İnqeborqun Tollakıyam. Keçmişə aidəm. Özümə başqa yurd-yuva axtarmaq fikrim yoxdur.

***

Çöldə günəşi pas tutub.

***

Gəzəndə parketin taxtaları deyil, dizlərim cırıldayır.

***

Onun dünyasını anlamıram, amma yenə də onu sevirəm.

***

İnsanın özü ilə barışması uzun çəkir. Amma əvvəl-axır buna nail olursan.

***

Bunu edə bilərdim, amma eləmədim. Adamlara dözə bilmirəm. İllər ötdükcə o bunu başa düşdü, beləcə biz öz sakit və səssiz həyat tərzimizi tapdıq, mənim tərzimi.

***

Kömək istəməyənə kömək edə bilməzsən sözü həqiqətdir.

Tərcümə: Anar Rəhimli

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram