Annotasiya
“Linkoln bardoda” (ingilsicə “Lincoln in the Bardo“) amerikalı yazıçı Corc Sandersin 2017-ci ildə çapdan çıxan eksperimental romanıdır.
1862-ci ilin fevralında Amerikada vətəndaş müharibəsi zamanı prezident Linkoln 11 yaşlı sevimli oğlu Uilyamı itirir. Kədərli ata oğlunun qəbiristanlığa aparıldığı gecə dəfələrlə ora gedir, Uilyamı qucaqlayır. Romanda hadisələr bardo adlanan bir yerdə keçən bir günü əhatə edir.
Bardo Tibet rəvayətlərinə görə, ölüm və yenidən doğuluş arasındakı məkandır. Burada ruhlar qrup şəklində gəzir, həyat hekayələrini danışır, mübahisə edirlər. Müəllif tarixi həqiqətlə, fövqəladə hadisələri bir araya gətirərək, ölü səslərindən ibarət teatral səs panoraması yaradaraq yeni ədəbi forma kəşf edir.
Karandaşın izi ilə
O, evimizdən axan gurultulu dağ çayına bənzəyirdi. Sanki hər yerdən təmiz su ətri gəlir, ətrafda gözəl, təbii, nəfəskəsici bir şey hərəkət edirdi.
***
Sonra çini qaba doğru əyilib damarlarımı doğradım. … O an (az qala ölüm anında) hər şeyin necə də gözəl olduğunu başa düşdüm. Hər şey necə də zövqümüzə uyğun gəlirdi. Möhtəşəm bir verginin, hər gen hisslərin cənnətində yaşamaq imkanı verən bir verginin kənarında olduğumu gördüm. Burada hər şey çox əzəmətli və çox gözəl idi: avqust günəşində rəqs edən böcəklər, qarta örtülmüş çöllükdə baş-başa dayanan üç qara ət, eyvanın payız soyuğunda havaya qalxan narıncı rəngli ət şorbasının buxarı…
***
Hər şeyi itirməyə bu qədər yaxın olandan sonra qorxu, tərəddüd və acizlikdən xilas olmuşam.
***
Adətən, yatmaq vaxtı gələndə oğlan ya danışar, ya da dəcəllik edərdi. Həmin vaxtlar gələndə cənab Linkoln ağrının həqiqi mahiyyətinə varardı.
***
– Sən xoşbəxtlik idin, – dedi. – Xahiş edirəm, bunu unutma. Biləsən ki, sən bizim səadət payımız idin. Nəfəs aldığımız hər dəqiqə, hər an, hər fəsildə sən… Sən çox yaxşı iş görmüsən. Bizim xoşbəxtliyimizə vəsilə olmaqla yaxşı iş görmüsən.
O bütün bunları bir cəsədə deyirdi! Kaş bu sözləri mənim özümə deyəydi.
***
Bəlkə, biz özümüzü inandırdığımız qədər sevgisiz deyilik.
***
İlk cəhddə alınmayan heç nə hələ uğursuzluq deyil.
***
Mülayim meh əsməyə başladı. Dinclik verən şeylərin: otun, günəşin, pivənin, çörəyin, yorğanın, kremin qoxusu yayıldı. Bu siyahı hər birimizə görə fərqli ola bilər, çünki fərqli şeylər hərəyə bir cür dinclik verir.
***
Əgər mümkün olsa… Heç vaxt zəif olmayacağam. Bəlkə də, güclü oldum.
***
Bir vaxtlar varlıqlarına duyduğumuz heyranlıq çoxdan həqarətə çevrilib.
***
Üzümüzdə yaranan hər hansı çirkinlik əlamətini görmək üçün müntəzəm olaraq bir-birimizi süzürük. … Nitqimizdə yaranan hər hansı problemi tutmaq üçün müntəzəm olaraq bir-birimizi dinləyirik.
***
Nəsə bizi narahat etməyə başladı. … Əlinin birini üzümüzə apardıq. Sanki içimizdə baş qaldıran hansısa arzunu yatırmağa çalışırdıq. … Lakin bu cəhd baş tutmadı. … Arzu bizi boğdu.
***
Gülə, arzulaya, ümid edə bilirdim, çünki hələ başıma heç nə gəlməmişdi.
***
Tələ. Dəhşətli tələyə düşmüşəm. Doğulduğumdan bəri tələdəyəm. Bəlkə də, son gün gələcək. Bu bədəndən çölə çıxacaqsan. Hər şey çox pisdir. Sonra dünyaya övlad gətiririk. Tələnin şərtləri bir az da ağırlaşır.
***
Bu dünya mehribandır, bağışlayandır, ikinci şanslarla doludur…
***
Lakin çox gec idi. Artıq gecdir. Həmişə də gec olacaq.
***
Məncə, elə adamlar var ki, bütün həyatları boyu azad olurlar.
***
Danışmağa icazə verilməsə, gərək ancaq fikirləşəsən.
***
Heç nə olmaqdan, heç nə etməməkdən, heç kimə xeyrimiz dəyməməkdən, daim qorxu içində yaşamaqdan bezmişik.
***
Çoxumuz üçün kilsə memarlıq abidəsidir. Bura bizim son dəfə ciddi qəbul olunduğumuz yerdir.
***
Əzabın vaxtını uzatmaq, onu şişirtmək lazım deyil. Çünki belə olan halda insanın başqa heç kimə faydası olmaz. İnsan ya bu dünyaya böyük kömək etməli, ya da böyük ziyan vurmalıdır. İnsan bacardıqca bunlardan kənarda qalmamalıdır.
***
Hər kəsin daxilində bir əzab var. Sonumuz da belədir. Hamı sona gedən yolda xeyli itki yaşayır.
***
Kədərimizi məğlub etməliyik. Kədər ağalıq edərək bizi lazımsız yollara salmamalı, xəndəyin lap dərin yerində basdırmamalıdır.
***
Guya insanlara azad olmağı öyrədən kimi onlar azad ola biləcəkdilər.
***
Əllərinə alma düşənlər onu fəxrlə yeyirdilər. Yeyərkən özlərini təkcə bu almanı əkən kimiyox, az qala onu yaradan kimi aparırdılar. Bu yalanın əvəzi isə ürəklərinə çökürdü.
Tərcümə: Gülər Qasımova
