Annotasiya
“Unudulmaz gecə” (ingiliscə “Double Standards“) daha çox regentlik dövrünə aid tarixi sevgi romanları ilə tanınan amerikalı yazıçı Cudit Maknautun 1984-cü ildə işıq üzü görən məhəbbət romanıdır.
“Global Industries” şirkətinin prezidenti Nik Sinkleyr biznesini də elə qadınları kimi qəddarlıq və təmkinlə idarə edir. Hər şeyin ən əlasına alışmış Nik Lauren Danneri işə götürür. Elə bilir ki, bu qürurlu və gözəl qadın da tezliklə çox asanlıqla əldə etdiyi qadınlardan biri olacaq. Lakin Laurenin parlaq zəkası və ləyaqəti Nikin iradəsinin əksinə olaraq tezliklə onun başını gicəlləndirir, bu hökmlü biznesmeni marağa və eşqə salır. Lauren isə elə bir yalanla yaşayır ki, bu sirr anbaan lap böyük təhlükə mənbəyinə çevrilməyə başlayır. Bu sirr Nikin ona olan etibarını sarsıda və həyatında ilk dəfə rastlaşdığı bu cazibədar adamla gələcəyini məhv edə bilər.
Karandaşın izi ilə
Rüşvət, əslində, yalvarmağın ən alçaq növüdür.
Tərcümə: Gülər Qasımova
