Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Herman Hesse “Siddharta”

Annotasiya

“Siddharta” (almanca “Siddhartha. Eine indische Dichtung”) alman yazıçısı Herman Hessenin 1922-ci ildə işıq üzü görən pritça romanıdır. Əsər Siddharta adlı gənc brahmanın mənəvi yolundan, özünüaxtarış hekayəsindən bəhs edir.

Nüfuzlu ailəsinin yanında rahat həyatından vaz keçən gənc evini tərk edir, qeyri-müəyyənliklərlə dolu bir səfərə çıxır. Bu səfər zamanı Siddhartha özünü müxtəlif rollarda müşahidə edir: mömin brahman, samana, varlı tacir, sevgili, ata. Amma ənənəvi təlimlərin və ictimai normaların heç biri onun məna axtaran yanğılı qəlbinə su səpmir; gah dünyəvi həzlərə meyil edir, gah da asketizmə üz tutub dünyanı heçə sayır. Bu tərəddüd onun ruhunu alt-üst edir. Nəhayət, bu enişli-yoxuşlu yolda rastlaşdığı sonuncu şəxs həyatında yeni bir səhifə açır.

Karandaşın izi ilə

Mənəvi təngənəfəslik qəfildən məni də boğmağa başladı.

***

Sanki oğlu böyümüşdü və ona yadlaşmışdı.

***

Siddharthanın yalnız bir məqsədi vardı, yeganə bir məqsədi: arınmaq, maraqdan arınmaq, arzularından arınmaq, xəyallardan arınmaq, sevinc və kədərdən arınmaq. Ölüb öz-özündən qurtulmaq, bir daha özü olmamaq, bir daha kimlik tapmaq.

***

Biz təsəlli tapır, laqeydləşirik, vərdişlərə yiyələnir, elə bu vərdişlərlə də başımızı aldadırıq.

***

Nədir axı bu meditasiya? … Bu, özün olmaq əzabından qurtulmaqdır, bu, ağrı və həyatın mənasızlığına qarşı həssaslığın azalmısıdır.

***

Hamı məmnundur, hamı ürəklə dost olmaq, kiməsə tabe olmaq, az düşünmək istəyir. İnsanlar lap uşaq kimidilər.

***

Sanki dərin bir dənizə baş vurub səbəblərin yatdığı hisslərin dibinə endi, çünki ona görə yalnız bu yolla hissləri tanımaq olur, onlar tükənmir, əksinə, həqiqətə çevrilib şəfəq saçır

***

– Ümumiyyətlə əlindən nə gəlir?
– Mən düşünə bilərəm, gözləyə bilərəm,oruc saxlaya bilərəm.
– Elə bu?
– Bəli, bir də şeir yaza bilərəm. Sənə şeir desəm, məni öpərsən?
– Əgər şeirin xoşuma gəlsə, niyə də yox.

***

Hikmət və mahiyyət şeylərdən kənarda deyil, onların özündə, hər şeydə idi.

***

Sən demə dünya gözəl imiş, sadəcə dünyaya beləcə heç nə axtarmadan sadəcə uşaq təki baxmaq lazım imiş.

***

Elə isə bunu qulağına sırğa elə: məhəbəti dilənmək olar, satın almaq olar, hədiyyə də almaq olar, hətta küçədə də tapmaq olar, amma onu heç cür qarətlə əldə edə bilməzsən.

***

Bitməyən və həll olunmayan hər şey yenidən təkrarlanır, eyni iztirabları çəkirdi.

***

Biliyi başqalarına ötürə bilərsən, amma müdrikliyi heç cür.

***

Sözlər mənadakı dərinliyi korlayır. Nəyi ki dilə gətirirsən, sanki o, başqa bir şeyə çevrilir, mahiyyətini itirir bir qədər səfehcəsinə görünür.

Tərcümə: Nilufər Bəhlulqızı

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram