Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anna Vilson “Samerin kölgəsi”

Annotasiya

“Samerin kölgəsi” (ingiliscə “Summer’s Shadow“) ingilis yazıçısı Anna Vilson tərəfindən triller və mistik janrda yazılmış gənclik romanıdır.

Əsərin baş qəhrəman on dörd yaşlı Samer anasının ölümündən sonra Londondakı həyatını və dostlarını tərk edərək Konvaldda yerləşən qəribə və köhnə bir malikanəyə, tanımadığı qohumlarının yanına köçməli olur. Malikanədə soyuq qarşılanan Samer çox keçmədən bu evin divarları arasında gizlənən qorxulu, mistik sirlərin və öz keçmişinin “kölgələri” ilə üzləşir.

Karandaşın izi ilə

Yaşamaq üçün bir yuvaya ehtiyacı olan adam böyük bir problem idi.

***

Sonra başının üstündən uçan helikopterə baxıb pilotun onu nə cür gördüyünü təsəvvürünə gətirdi. Düşündü ki, lap görünsə də, kiçik ləkədən fərqi olmaz. O, çox xırda və əhəmiyyətsiz idi.

“İndi tək-tənhayam. Bütün dünyada təkəm”, – birdən xatırladı.

Əslində bu fikir onu yenidən kədərləndirməli idi, ancaq duz qoxuyan dəniz havasını içinə çəkərək, özünü rahat hiss etdi.

***

Görəsən, həyat belə amansız şəkildə necə davam edə bilərdi? Anası vəfat etmişdi, lakin hər şey öz axarında gedirdi. Günəş yenə çıxır, buludlar yenə topalanır, yağış yenə də yağır, dalğalar kükrəyir, sonra yenə geri çəkilirdi. Dəfndən əvvəl bu fikirlər onu daha çox məyus edirdi: axı insanlar necə əvvəlki kimi maşın sürür, avtobusa minməyə tələsir, yemək sifariş edir, kinoya gedirdilər – sanki onun anası heç vaxt olmamışdı… Bu, kimin üçünsə adi ola bilərdi. Lakin heç doğru deyildi.

***

Kimsə öləndə onun bir də geri qayıtmayacağını anlamaq xeyli vaxt alır.

***

Əgər bir qapı açılmalıdırsa, onu bağlı saxlama. Gizli saxlanılan hər bir şey bizə ziyandan başqa heç nə verməz.

***

Nənəm bir dəfə mənə demişdi ki, cəsarətsizlik edib duyğularını gizlədən insanlar xəstələnə bilər.

Tərcümə: Aləmzər Məmmədova

5 (100%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram