Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mari Benedikt “Mitford qalmaqalı”

Annotasiya

“Mitford qalmaqalı” (ingiliscə “The Mitford Affair”) amerikalı yazıçı və hüquqşünas Meri Benediktin 2023-cü ildə nəşr olunmuş tarixi bədii romanıdır.

Əsər 1930-cu illərdə faşizmin yüksəlişi dövründə Britaniyanın aristokrat Mitford ailəsində baş verən real fikir ayrılıqlarını təsvir edir. Bioqrafiya və siyasi gərginliyi özündə birləşdirən roman İkinci Dünya müharibəsi ərəfəsində ideologiya və ölkəyə sədaqətin doqquz nəfərlik böyük bir ailəni necə parçaladığını araşdırır. Müəllif faşizm, bacılıq münasibətləri, vətən xainliyi, xəyanət və mənəvi seçim kimi mövzulara toxunur.

Karandaşın izi ilə

– Mən elə də gənc deyiləm, artıq beş ildir evliyəm və iki oğul övladı dünyaya gətirmişəm, deməli, ürəyimin nəyi və kimi istədiyini dəqiq biləcək qədər yaş almışam.
Bilirəm ki, məni incitmək istəmir. Amma yenə də qəlbimə toxunur, mən isə bu incikliyi gələcək günlər üçün gizlədib saxlayıram.

***

Həmişə sözəbaxan qadınlıq idealının təcəssümü olmaq necə yorucudur…

***

– Bəs buna nə deyirsən?
– Düzünü deyim?
– Həmişə.
Ancaq mən yaxşı bilirəm ki, ona düzü lazım deyil. Heç bir kişiyə lazım deyil.

***

Daim haralardasa itib-batan ər evlilik həyatımın dəyişməyən yeganə həqiqətidir.

***

İnsan sevinə bilmirsə, heç olmasa əylənməyi bacarmalıdır, elə deyilmi?

***

Şüşə evdə yaşayan başqalarına daş atmamalıdır.

***

Siyasət şəxsi həyata çox dərindən toxunurmuş.

***

Zəmanə normal deyilkən biz niyə “normal” görünməyə çalışırıq?

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram