Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Silviya Moreno-Qarsia “Meksika qotikası”

Annotasiya

“Meksika qotikası” (ingiliscə “Mexican Gothic“) – meksika mənşəli kanadalı yazıçı, redaktor və naşir Silviya Moreno-Qarsiyanın 2020-ci ildə çapdan çıxan, qotik janrda qələmə alınmış qorxu romanıdır.

Noemi zəngin ailədə böyüyən, gənc və şıltaq bir qızdır. Həyatı dəbli geyimlərin əhatəsində, əyləncə gecələrində keçir. Günlərin bir günü yeni ailə həyatı qurmuş əmisi qızından qorxulu məktub alır. Əmisi qızı ondan imdad diləyir. Beləliklə, Noemi öyrəşdiyi həyatı geridə buraxıb, dağın başındakı dəhşətli sirlərlə dolu qəsrə köçməli olur. Dumanlara bürünən bu müəmmalı məkanda Noemi bəzi qorxunc hadisələrlə üz-üzə qalır.

Karandaşın izi ilə

O, üsyankarlığı əlində təsbeh, dua oxuya-oxuya öyrənmişdi.

***

İstixana çox balaca idi – uğursuz məktubun sonundakı postskriptum kimi.

***

O, iki arzu tələsinə düşürdü – əsl duyğuları yaşamaq istəyir və heç nəyi dəyişmək istəmirdi. Digər tərəfdən, hələ ki gəncdir, qoy sonsuz əyləncə davam etsin.

***

– Bir dəfə mən də rəsm çəkməyi sınamaq istədim. Bunun bir mənası olduğunu düşünürdüm, axı atam da rənglərlə məşğuldur. Ancaq məndən rəssam çıxmadı. Həm də ki fotoqrafiyanı daha çox sevirəm – müxtəlif məqamları həkk etmək olur.

– Ancaq çəkəndə daim nəyəsə baxırsan. Bu yolla obyektin mahiyyətini həkk edirsən.

***

Heç bir əhəmiyyəti olmadığı halda kimisə öpmək asandır. Amma əhəmiyyəti olanda…

***

Bəlkə dünya həqiqətən lənətlənmiş çevrədir, ilan öz quyruğunu udur və bunun sonu yoxdur – yalnız əbədi dağıntı və sonu görünməyən məhv?

***

Evdə nizam-intizam hissini qorumaq lazımdır. Evdə nizam olanda, həyatda da nizam olur. Nizam dünyadakı yerinizi müəyyənləşdirməyə kömək edir.

***

Dilinizə yiyə durmadığınız vaxtlar insanların qəlbində dərin yaralar aça bilirsiniz.

***

Mən dünyanı gördüm və fikir verdim ki, nə qədər gizlətmək istəsələr də, günahlar insanların üzündə əks olunur …

***

İnsanlar dəhşətli şeylərlə görüşdükdən sonra necə yaşayırlar? Normal həyata qayıtmaq olarmı, heç nə olmamış kimi davam etmək olarmı?

***

Köhnə, çürümüş bir ev bütün dünya demək deyil! Və siz yerini dəyişməyi sevməyən səhləb çiçəyi deyilsiniz.

***

Bu yuxu tezliklə yaddan çıxmayacaqdı. Daim dilini sıxdığın dişdəki dəlik kimi idi.

***

Noemi fikirləşirdi ki, gələcəyi proqnozlaşdırmaq və hadisələrin gedişatını təxmin etmək mümkün deyil. Başqa cür düşünmək absurddur. Lakin onlar gənc idilər və ümidə sarıla bilirdilər. Dünyanı dəyişməyin, xeyir işlər görməyin və insanlara yaxşılıq etməyin mümkün olduğuna ümid edirdilər. Nəticədə hər şey onlardan asılıdır.

Ona görə Noemi Frensisi ikinci dəfə öpdü – uğur gətirsin deyə. Frensis yenidən Noemiyə baxanda, onun sifəti elə təsvirolunmaz sevinclə doldu ki, qız onu üçüncü dəfə öpdü – bu dəfə sevgi ilə.

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 2 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram