Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Aysel Şıxlinskaya “Qanadsız mələk”

Annotasiya

“Qanadsız mələk” Aysel Şıxlinskayanın debüt romanıdır.

Məhəbbət romanı janrında qələmə alınan əsərdə hadisələr iki obrazın dili ilə nəql olunur. Dialoqlar və təsvirlər vasitəsilə keçmişdə baş verənlərə aydınlıq gətirilir, məhəbbət üçbucağının qəhrəmanları – Mələk, Murad və Ayxan xatirələrini bölüşür. Üzqabığının dizaynı da müəllifin əl işidir.

Karandaşın izi ilə

Məni özünə yoldaş götürüb mənimlə bir yerdə tənhalığın dadını çıxarırdı. Axı tənhalığın nə qədər gözəl bir şey olduğunu demək üçün yanında birinə ehtiyac var idi…

***

Beynim də, bədənim də başqa yerə meyil edir, başqa insan olmaq istəyirdi. Bəlkə, daha sərt, daha bivec, daha cəsur… Bəlkə, daha güclü… Daha və daha… Öz qurduğum dünyamda məğlub olurdum. Heç bu qədər zəif olmamışdım. İçimdəki sıxıntının səbəbini özümə belə etiraf edə bilməyəcək qədər zəif…

***

Cibimdəki siqareti yandırıb, mənə yemək bişirməyi sevdirməyən həyata davam edirdim…

***

İnsanlar yarımçıq qoyduqları hər işə görə sonradan peşman olurlar. İllər keçsə də, tez-tez dilə gətirir, sona kimi getmədiklərinə görə heyifsənirlər. Natamam qalmış hisslərimiz, yaşamadıqlarımız, qorxub addım atmadığımız hər an, hər hadisə, hər insan yenidən, təkrar-təkrar eyni yerə qayıtmaq üçün bəhanə olur.

***

Üzbəüz deyilən sözlər havaya sovrulub uçur, yazılan mesajlar bir düymə ilə silinir. Ancaq, bəlkə, məktub uzun illər evində, dağınıq əşyalarının arasında, bir küncdə qala bilər? Eynilə sən mənim ürəyimdə, bir küncdə qaldığın kimi…

***

– Görəsən, orada, uzaqlarda xoşbəxt olacam?
– Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o “uzaqlar”a çatırsan və görürsən ki, sən demə, qeyri-adi heç nə yox imiş.
– İndi nə deyirsən? Yalnız əlimizin çatmadığı yerlər gözəl olur?
– Xəyalı gözəl olur, hə. Sonra adiləşir. Məsələn, ulduzlara əlimiz çatmır, ona görə onlar gözəldi. Heç ulduzun gözəl və maraqlı olmadığını düşünən adam görmüsən?
– Yox…
– Çünki əlçatmazdı.

***

Alnında və dodaqlarının kənarında qırışlar əmələ gəlmişdi. “O qırışlar, bəlkə, elə həmişə olub? Üzü həmişə güldüyü üçün mən heç vaxt görməmişəm?”

***

İçimdə qəribə hisslər var idi. Məndən qopan bir parçanı illər sonra tapmışdım sanki… Tapmışdım, amma yapışdırmağa qorxurdum. Mənim idimi o parça? Yoxsa mən qopan parçamı ona çox bənzətmişdim?

4.8 (95.71%) 14 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram