Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Herman Melvil “Mirzə Bartlbi”

Annotasiya

“Mirzə Bartlbi” (ingiliscə “Bartleby, The Scrivener“) – amerikalı yazıçı, şair və dənizçi Herman Melvilin qələmindən çıxan povestdir.

Uoll-stritdə hüquq kontoru işlədən yaşlı bir kişi Bartlbi adlı gənc bir oğlanı işə götürür. Günlərin bir günü yeni əməkdaş heç bir səbəb göstərmədən öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır, bir növ ictimaiyyətə boykot elan edir.

Karandaşın izi ilə

Mən həmişə onu iki iblisanə gücün – iddialarının və həzm prosesinin pozulmasının – qurbanı hesab edirdim.

***

Əzmkar adamı heç bir şey passiv müqavimət qədər özündən çıxara bilməz.

***

Ümumi insanlıq naminə düşündüklərim məni dərin kədərə qərq etmişdi. Həmdərdlikdən doğan kədərə!

***

Xoşbəxtlik işıq deməkdir.

***

Onun barəsində ilk dəfə düşünəndə kədərə qərq olur, halına acıyırdım; lakin sonralar Bartlbinin tənhalığı, bədbəxtliyi tədricən gözümdə böyüdü və kədər qorxuya, onun halına yanma isə ikrah hissinə, antipatiyaya çevrilirdi. Bu, çox acı həqiqətdir, həm də dəhşətli; müəyyən həddəcən miskinlik haqqında düşüncə və ya görüntü bizdə yaxşı hisslər oyadır; ancaq bəzi hallarda həmin həddən o tərəfə insanı usandırır. Bunun insan təbiətinə xas olan fərdi təkəbbürlülükdən qaynaqlandığını iddia edənlər yanılırlar. Bu daha çox hansısa orqanda yaranmış ağır xəstəliyin müalicəsi zamanı ortaya çıxan ümidsizlik səbəbindən baş verir. Həssas insan üçün mərhəmət, rəhmdillik xas əlamətlərdir. Rəhmdilliyin fayda vermədiyi məlum olduqda sağlam düşüncə qəlbi bu hissdən azad olmağa sövq edir.

***

Xeyirxahlıq çox zaman olduqca ağıllı və tədbirli prinsipdir – rəhbər şəxsin ən yaxşı müdafiəçisidir. İnsanlar həsəd, qəzəb, nifrət, xudpəsəndlik, qürur zəminində nə qədər cinayət törədib. Ancaq heç vaxt eşitməmişəm ki, kimsə xeyirxahlıq naminə ağır cinayət törətsin.

Tərcümə: Rafiz Hacıoğlu

2.7 (53.33%) 6 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram