Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Xan “Qızılbaşlar. Oyanış”

Annotasiya

Mövcud olmayan məkanların, ölməyən ölümlülərin, yaşanmayan hadisələrin, kitabsız alimlərin, işıqsız gündüzlərin, sehrsiz möcüzələrin, şəffaf qanların, yaradılan tanrıların və sonsuz göz yaşının xəyal dünyası.

Ölümsüz vəhşi varlıqların arasında sadəcə sağ qalmaqla kifayətlənməyib bütün qüvvəsi ilə tarixi dəyişməyə çalışan insan irqinin mübarizəsindən danışılan fantastik hekayəni hamımız birlikdə fəsil-fəsil yaşayacağıq. Qarşılaşacağınız irqləri, məkanları, hadisələri, xalqları və onların dini inanclarını qətiyyən bizim dünyamızla müqayisə etməyin. Yoxsa, onsuz da yazılmağı mənim üçün tam bir işkəncəyə çevrilmiş bu qarışıq süjeti bəyənəcəyinizə ehtimal yoxdur.

Karandaşın izi ilə

Bu həyatda itirəcək heç kimi, heç nəyi olmasına baxmayaraq, yenə də köləliklə, oğurluqla, sərxoşluqla ciyərlərinə çəkdiyi bu çirkli, qara havadan əl çəkmək istəmirdi. Bu qətiyyən həyat eşqi deyildi. Bu, sürünmək, bu, rəzillik idi.

***

Qapıdan çölə çıxarkən həyatını yaşamağa tələsən tarakanı tapdalayaraq öldürdüyünün fərqinə belə varmadı. Görünür, tarakan tələsməkdə haqlıydı.

***

Bir məsum insanı öldürmək bütün bəşəriyyəti öldürmək, bir məsum insanı xilas etmək bütün bəşəriyyəti xilas etməkdir.

***

O şəhərdən-bu şəhərə qaçaraq keçib ömrüm, məni döyüblər, söyüblər, incidiblər, bircə dəfə belə etiraz eləməmişəm. Bircə dəfə belə bu sistemə qarşı narazılığımı bildirməmişəm. Ona görə yox ki, sistemi sevirəm. Ona görə ki, buna cəsarətim çatmayıb heç vaxt.

***

Verəcəyimiz qurbanların dəyəri nə qədər böyükdürsə, intiqam da bir o qədər amansızlaşır.

***

İnsanlar tarixin ən çətin dövrlərindən sadəcə bəxtləri gətirdiyi üçün sağ çıxa bilməzdilər. Onların məhvini arzulayan fövqəladi gücə qarşı şans heç vaxt ən önəmli amil deyildi. İnsanların öz varlıqlarını qoruya bilməsi üçün inanca ehtiyacları vardı. Onlar hər zaman özlərinə totemlər düzəldib, əfsanələr uydurub, bataqlıqdan çıxa bilməyin ümidiylə bir saman çöpünə var gücləriylə sarılıblar.

***

Məkansızlıq heç bir yerdə olmamaq dyeil. Məkansızlıq hər an hər yerdə olmaqdır.

***

Qorxular fərqlidir. Bizə müharibəni uduzduran qorxularımız olub, amma əsrlərdən bəri həyatda qalmağa, varlığımızı, mübarizəmizi davam elətdirməyə də yardımçı olan ən böyük səbəb qorxularımızdır. Biz öz ölümümüzdən qorxaraq təslim olmuşuq. Amma həm də sevdiklərimizin ölümündən qorxaraq döyüşmüşük. Yanımızdakı dostumuz ölməsin deyə ölmüşük.

***

Nə verdin öz xalqına? Azadlıq? Xoşbəxtlik? Nə verə bildin körpə uşaqlara? Saflıqlarını itirmədən ölməkdən başqa nə verdin? Üzlərinə təbəssüm qondumu bircə gün? Bircə gün gözlərini rahat yumdularmı? Qorxusuz, xoşbəxt və sabaha ümidlə… Bu şəhərdəki heç bir uşaq atasıyla fəxr etmədi heç vaxt. Atasının qəhrəmanlıq, pəhləvanlıq hekayələrinə, xoşbəxt xatirələrinə qulaq asmadı. Heç bir uşaq atasına oxşamaq istəmədi bu şəhərdə.

***

Müharibəni uduzmamağın yeganə yolu isə müharibəni davam elətdirməkdir.

***

– Ya sonumsan, ya qurtuluşum.

– Həm sonumsan, həm qurtuluşum.

***

Əgər bu qədər ölümlü bir dünyada yaşamağa məcburuqsa, onda heç olmasa sevdiyimiz dəyərlər uğrunda ölək. Onsuz da əvvəl-axır, gec-tez öləcəyik. Ya önümüzdəki yollarda birini seçməliyik, ya da özümüzə yol cızmalıyıq.

4 (80%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram