Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

David Fonkinos “İki bacı”

Annotasiya

“İki bacı” (fransızca “Deux Soeurs“) – fransız yazıçısı və ssenaristi David Fonkinosun qələmə aldığı bu romanda ədəbiyyat müəllimi Matildanın sevgi hekayəsindən, üzləşdiyi xəyanətdən və düşdüyü depressiyanın onu xeyirxah bir insandan necə kinli bir insana çevirməsindən bəsh edilir. Sevdiyi kişini, işini itirən Matildaya bacısı Aqata kömək əlini uzadır. Aqata ailəsi ilə birlikdə Matildanın qəlbində kök salan kədər və qəzəbi məhv edə biləcəkmi?

 

Karandaşın izi ilə

Məhv olmuş bir həyatın ətrafında hər şey olduğu kimi qalır: bu əbədi balet şəxsi faciəyə tabe olmur.

***

Əlbəttə, o, kədərini nümayiş etdirmək istəmirdi, lakin bu ümumi maskarad ona acı həqiqəti başa salacaq: başımıza nə gəlirsə gəlsin, biz ümidsizcəsinə yalnızıq.

***

“Yalvarıram… getmə!” – deyə qışqırdı. O, əlavə etmək istədi: “Biz axı xoşbəxtik”. Lakin faktla barışmalı oldu: bir qadın ki, dünyanın o başına getməyə hazırdır, həmin qadın sənin yanında tam xoşbəxt ola bilməz.

***

Bəzi sevgi hekayələri çox erkən başladıqları üçün ölür.

***

Bəzən Etyen “Instagram”-da İrisin fotolarına rast gəlirdi, ancaq o qədər əzab çəkirdi ki, özünü onla olan bütün əlaqələri kəsməyə məcbur etmişdi: onu bütün sosial şəbəkələrdə bloklamışdı. İris də eyni addımı atmışdı. Müasir sevgilər, bax, belə bitir.

***

– Necə gözəldir: sərinlik axtarırdıq… sevgi tapdıq.

– Əksindənsə, belə yaxşıdır! Sevgi axtarırdıq… sərinlik tapdıq.

***

Xeyr, başınıza gələnlər heç də bayağı deyil. İstənilən əzab unikaldır.

***

Bəli, o, məhz buna can atırdı: bir halda ki, xoşbəxtlik yoxdur, barı bədbəxtliyi idarə etmək mümkün olsun.

***

Hər dərin hiss gec-tez ağrıya çevrilir.

***

Xatirələr də sahiblərinin ayrılmasından əziyyət çəkir: onlar ikiyə bölünürlər və keçmiş əvvəlki formasını itirir.

***

Sevgisizlik peşman olanların uydurmasıdır.

***

Həyatın qaralamaları görən gözü yoxdur.

***

Bəlkə, məhəbbət elə bu gündəlik maddi qayğılardan ibarədir?

***

Matilda hara gedəcəyini bilmirdi. Ona görə qərara gəldi ki, ayağı hara başı da ora. Və bunu reallaşdırmaq çətin oldu. Etyen öz varlığı ilə bütün Parisi zəhərləmişdi. Keçdiyi hər yerdə birgə həyatlarının xatirələri oyanırdı. Beş il ərzində bütün Parisi öz xoşbəxyliklərinə tabe etdirmişdilər. Qətlə yetirilən bu xoşbəxtliyə. İndi nə etməli? Matilda sonda fikirləşdir: bəlkə şəhərin planını əldə etsin? Otağına qayıtdıqdan sonra planı qarşısına sərdi və Etyen ilə birlikdə gəzdiyi bütün yerləri, məhəllələri markerlə işarələdi. Nəticədə planda demək olar boş yer qalmadı: Paris həbsxana kameraları kimi darısqal bir neçə kiçik adaya kimi kiçildi.

***

Sual verməyi bacaran insanlar həyatda ən şanslı insanlardır.

***

Buna getdikcə daha az rast gəlinir. Bəşəriyyətin öz tarixinə laqeyd münasibəti getdikcə daha da çoxalır. Həyatın bütün sahələrində məlumat çoxluğu insanların ruh yüksəkliyini, tərəqqinin nailiyyətlərinə heyran olma qabiliyyətini öldürür. Uşaqlar bunu daha açıq nümayiş etdirir: onlar cizgi filmini normal qəbul edirlər, ona elə baxırlar ki, sanki cizgi filmləri artıq onların ürəyini vurub. Üstəlik, bu tamaşanı kult səviyyəsinə qaldırmadan ən maraqlı yerində üzlərini ekrandan çevirib nəsə başqa işlə məşğul ola bilirlər. Əvvəllər uşaqlar bütün günü televizorun qoşulacağı və cizgi filminə baxacaqları vaxtı səbirsizliklə gözləyirdilər. İndiki dövrdə isə istənilən texnikaya nəzarətsiz çıxış imkanı öyrənmək həvəsinin, yeniliyə olan marağın faciəvi deqradasiyasına gətirib çıxarıb. Bu cür həvəskarlar keçmiş dövrün cəngavərləri kimi nadir tapıntıya çevriliblər. Sözün əsl mənasında onların ovuna çıxmaq lazım gəlir.

***

Matilda bu vəziyyətin nə qədər davam edəcəyini bilmirdi (bədəni deyil, ruhu yaralayan kədər və ağrıların nə qədər davam etdiyini kim bilir ki?!)

***

Əsl problem kitablardır. Matilda çox kitab oxumuşdu. Dünyadakı bütün bədbəxtliklərə ədəbiyyatdan səbəb olur. İndi o, bu mədəni zülmdən qurtulmuş bacısını qısqanırdı, onun Floberin sadəcə tutqun məktəb xatirəsi olaraq qaldığı həyatına həsəd aparırdı.

***

Bu, bəlkə də ən pis şeydir. Mən heç cürə qəbul edə bilmədiyim vəziyyətlə barışmalıyam.

***

Bəzən olur ki, insan daxili ehtiyacdan deyil, sadəcə başqasını sakitləşdirmək üçün içini boşaldır (və bu, cəmiyyət həyatının anomaliyalarından biridir).

***

Görüş dözülməz bir hal alırdı. Sabinin boşboğazlığı Matildanı iyrəndirirdi. Deməli, o, artıq xeyirxahlığı təcəssüm etdirən əvvəlki gənc qadın deyildi?! Deməli, əzab insanı kinli edə bilər?! Görünür, belədir. “Həyat mənə qarşı amansız olubsa, mən də amansız olacam” – Matildanın yeni həyat prinsipi belə ola bilərdi.

 

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram