Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Con Apdayk “Dovşan, qaç”

kko_con_apdayk_qach_dovshanAnnotasiya

“Dovşan, qaç” – Dovşan ləqəbli Harri Enqstrom haqqında tetralogiyanın ilk romanıdır. Apdayk bu romanlar üzərində otuz il işləmişdir. Orta amerikalının “üsyan” hekayəsidir. Harri nə intellektualdır, nə nonkonformist, nə də ki təməllərə meydan oxuyandır. Sadəcə gündəlik həyatının reallığı elədir ki, ondakı etirazlar böyüyüb partlayır və qarşısı alınmaz bir qəzəbə çevrilir.

Əsərdən seçilmiş hissələr

O dayanıb fikirləşir: uşaqlar böyüyürlər, səni hər tərəfdən sıxışdırırlar.

***

Öz-özünə yetişmiş talantlı adamlar nəyin necə olduğunu bilirlər.

***

Qocalmanın bu cüzi əlamətləri lap yaxınlarda peyda olub, buna görə də çox mümkündür ki, sabah onlar yox olacaq və Cenis yenə onun sevdiyi qız olacaq?

***

Sonra «Tutsi» şokoladının beş diliminin kağızından çıxıb beş hərfə: «T-u-t-s-i»-yə çevrildiyi reklam verilişi gedir. Onlar da rəqs edir və oxuyurlar. Onlar elə oxuya-oxuya da təzədən öz kağızlarına girirlər. Kağız divardan olan kimi əks-səda verir. Bax bir, it balası, necə fikirləşib.

***

Cimmi gitarasını və təbəssümünü yığışdırıb ekrandan asır: «Bir vaxtlar bir müdrik qoca yunan – özünü dərk elə – deyib. Bu nə deməkdir, əziz oğlanlar və qızlar? O deməkdir ki, özünüz kimi olun. Calli, Conni, yaxud Fred kimi olmağa can atmayın, özünüz kimi qalın. Allah istəmir ki, ağac – şəlalə, çiçək isə daş olsun. Allah hər birinizə öz xüsusi istedadınızı verib… «Allah istəyir ki, bəziləri alim olsun, başqaları rəsam, üçüncülər yanğınsöndürən, həkim, yaxud da akrobat. Və hər birimizə bu məqsəd üçün vacib olan xüsui istedad verir, ancaq bir şərtlə ki, biz onları inkişaf etdirməyə çalışaraq zəhmət çəkəcəyik. Biz zəhmət çəkməliyik, oğlanlar və qızlar. Beləliklə, özünü dərk elə. Öz istedadını dərk etməyi öyrən, sonra onları inkişaf etdirməyə çalışaraq zəhmət çək. Xoşbəxtliyin yolu belədir».

***

Hamımız bir kəndirlə bağlanmışıq. Bütün dünya aldatma üstündə qərar tutub. O – bizim iqtisadiyyatımızın əsasıdır. Vitakonomiya – müasir ev təsərrüfatının paroludur. Universal Möcüzə-Sürtgəc vasitəsilə vitaminlərin saxlanmasını bildirən yeganə sözdür.

***

– Uşaq haradadır? – Dovşan soruşur.
– Anangildə.
– Anamgildə? Avtomobil sənin anangildə, uşaq – mənim? Aman allah, sən hər şeyi dolaşdırmağı necə də bacarırsan.

***

– Bəs sən nə aldın?
– Çimərlik paltarı.
– Çimərlik paltarı? Martda! Of.f.f
– Elə bildim onu alsam, tezliklə əynimə gələcək.

***

– İstəyirdim yuxuya gedim, ancaq heç cür bacarmadım. Anam dedi ki, mənim yorğun görkəmim var.
– Sənin görkəmin yorğun da olmalıdır. Axı sən müasir evdar qadınsan.

***

– Möcüzə – Sürtgəc firmasının agentlərinin öz mallarını satmalı olduğu xəyalı şəxs – evdar qadınla bağlı zarafatını başa düşmədi. Burada gizlənən ironiyanı, mərhəmət və məhəbbəti anlamadı. Neyniyəsən, səfehdir.

***

Mətbəx-qonaq otağının arxasında dar yuvadır. Beş il əvvəl ultramüasir olan maşınlar arasında sıx keçid.

***

Onun kürəyində sonsuz ümidsiz xaos sıx torla uzanır. O, əvvəlcə hara – avtomobilinmi, uşağınmı dalınca getmək lazım gəldiyini həll eləməyə çalışır. Ən çox oğlunu görmək istəyir.

***

Tellərin uğultusunu dinləyir və sanki, adamların bir-birinə nə dediklərini bildiyini, böyüklərin sirlərinə nüfuz etdiyini təsəvvür edərək necə oturduğunu xatırlayır. İzolyatorlar – bütün küləklərə açıq olan yuvada nəhəng göy yumurtadır.

***

Bir dəfə o, xəndəyə düşmüşdü. Hərçənd xatırlaya bilmir ki, ümumiyyətlə, niyə xəndəyin sürüşkən qıraqları ilə gedirmiş. Aha, ibtidai məktəbdən evlərinə gedən qızların – Lotti Benfemen, Marqaret Şolkopf, bəzən isə Cun Kobb və Meri Hoyerin qabağında forslanmaqdan ötrü.

***

Kerolində isə köklüklə arıqlıq, qırmızı və göy rənglər, sağlamlıq və xəyalpərvərlik bir-birinə zəruri proporsiyada qarışmışdı;

***

Mister Zim yağışda da, – quru havada da uik-enddə həyətdə işləyirdi, sanki, bu, onun həyatda mənim qətiyyən təəccüblənmədiyim yeganə sevinci idi – həmişə qazonu biçirdi.

***

Cenisi o qədər də tanımır. Dovşan heç vaxt bilmir ki, o nə eləyə bilər, onun ağlına nə gələ bilər. Cenis heç özü də bilmir.

***

O, Filadelfiyaya nifrət eləyir. Dünyanın ən çirkli şəhəridir, suyu başdan-başa zəhər, tamı verir. O, Cənuba tərəf getmək istəyir, xəritə ilə aşağı, portağallar, buğlanan çaylar və ayağıyalın qadınlar ölkəsinə. Adama elə gəlir ki, bundan asan nə var – bütün gecəni, bütün səhəri, bütün günü fitillə, çimərlikdə saxla, ayaqqabılarını çıxart və Meksika körfəzinin sahilində yuxuya get. İdeal gümrah halda, ideal şəkildə düzülmüş ulduzlar altında oyan. Ancaq o, şərq tərəfə – bundan pisi yoxdur – xəstəliklərə, quruma və üfunətə tərəf gedir…

***

Maraqlıdır, varlı qızlar frigiddirlər, ya nimfomankalar? Yəqin ki, müxtəlifdir. Axır ki, onlar hamısı, sadəcə olaraq, qadındırlar, hətta daxmalarda yaşasalar da, hamısında eyni keyfiyyətlər var.

***

On altı. O, on altı mil uzaqlaşmaqdan ötrü qırx mil yol gedib.

***

O, eynək taxıb – savadlıdır.

***

Bilirsən nə var, harasa gedib çatmağın yeganə üsulu – yolu – əvvəlcə hara gedəcəyini aydınlaşdırmaqdır.

***

hər yanda gülməli adı olan şəhərciklər: Berd in Hend – Əl Arıquşusu, Peredayz – Cənnət, İnterkors – Əlaqə, Maunt Eri – Səma Dağı, Mesket – Talisman. Yəqin ki, əgər onlarda yaşayırsansa, gülməli görünmürlər. Maunt Cac kimi – Hakim Dağı. Vərdiş eləyirsən. Şəhər nə cürsə adlanmalıdır axı.

***

Buradakı kotletlər Bruerdəkilərdən daha yağlı və istidir, bulkalar isə göründüyü kimi yaxşı bişmişdi. İşlər yaxşılığa doğru gedir.

***

O fikirləşirdi, o oxumuşdu ki, Amerika dənizdən-dənizə kimi hər yanda eyni cürdür. Maraqlıdır , mən yalnız bu adamlar üçün yadam, yoxsa bütün Amerika üçün?

***

Dünyada hər şey məhz belə qurulub – düz yol əvvəlcə əyri görünür. Bizim etiqadımızı sınamaqdan ötrü.

***

O bu cür pedaqoji üsul öyrənib, cavab verməzdən əvvəl nə qədər ki sözlər daha tutumlu deyil, bir xeyli sus.

***

Və hələ ki, burada gizlənir, adamlar dünyada hər şeyi mismarlayırlar və onun ürəyi qaranlıqdan bu qısa səslərə salam göndərir.

***

Onunla gələcək qızı heç vaxt görməmişəm. Deyir o kökdür. Mənim xanımıma dünyada hər şey kök görünür: onun necə yemək yediyini görsəydin, Harri! Gənclik iştahası.

***

Ancaq indi bu reflekslər cəmi-cümlətanı üzdə olan cızıqlardır – quruyub və onu haqlı olduğuna inandıran daha dərin instinklər ön plana çıxır o, azadlıqla nəfəs alır, azadlıq-oksigen kimi hər yanda, ətrafdadır;

***

Ürəyinin hökmü ilə hərəkət elə… ürək bizim yeganə məsləhətçimizdir.

***

– Ancaq biz onları sevirik, düzdür, Harri? Onları niyə sevirik? Mənim bu sualıma cavab ver, Harri, onda sən məişət tapmacasının cavabını taparsan.

***

Ağaclardan əsl qadınlar düşürlər. O, əllərilə ağacdan nəyinsə düşdüyünü göstərir. Plip-plip-plip.

***

– Sizin ad gününüz haçandır? – Dovşan Rutdan soruşur.
– Avqustda. Nolub ki?
– Mənimki apreldədir. Mən uddum!
– Siz udduz, – qız onun fikrini başa düşübmüş kimi razılaşır: səndən böyük olan qadın üzərində tam üstünlüyü hiss eləmək olmur.

***

Qadınlar birinin onları utandırmasını xoşlayırlar. Bunu heç vəchlə etiraf eləmirlər, ancaq bu, faktdır.

***

– Çəngəl-bıçaq? Şərq yeməkləri üçün? Məgər sizdə çubuq yoxdur?
– Çübuq? Var.
– Hamıya çubuq, – Totero qətiyyətlə bildirir. – Heç kim yad monastıra öz təlimatı ilə getmir.

***

qız – onun buludsuz səadətinə düşən kölgədir.

***

– Məşqçi, – deyir, – həyatın bizə ərməğan elədiyi üç əzanın inkişafının qeydinə qalır. Bu, baş, bədən və ürəkdir.

***

Oğlan uşaqlarında kamillik iradəsi tərbiyə eləmək. Mən həmişə elə bilmişəm ki, o, qələbə istəyindən daha mühümdür, çünki kamillik – məğlubiyyətdə də mümkündür.

***

– Doğrudur, sən heç vaxt qaydaları pozmayıbsan! Heç vaxt. Harri həmişə idealist olub.

***

– Lənətə gəlmiş kişilər. Hökmən ağrıtmaq, ya da kiminsə onları ağrıtmasını istəyirlər.

***

– Niyə xoşuna gəlirəm?
– Ona görə ki, boyun məndən hündürdür, – o, çarpayının o biri küncünə keçir və örtüyü hamarlayır. – Hamının belə vasvasıcasına saydığı bu balaca qadınlar ən hündür kişiləri qamarladıqları vaxt hirsindən dişim bağırsağımı kəsir.

***

– Sənə başqa nə ilə xoş gəlirəm?
Qadın ona baxır.
– Deyim?
– De.
– Təslim olmamağınla. Axmaqcasına olsa da, mübarizəni davam etdirirsən.

***

Qadınlarla həmişə darısqal dalanlarda toqquşursan, çünki onlara heç də kişilərə lazım olan şey lazım olmur, onlar – başqa irqdirlər ya bitki kimi hər şeyi verirlər, ya da daş kimi cızırlar. Bütün yer üzündə qadın mehribanlığından yaxşı heç nə yoxdur.

***

– Sən xoşa gəlməyən sürprizsən.

***

Ruhaninin onun üstünə bağırmadığından bir qədər dilxordur; görünür öz işini əməlli bilmir.

***

-Yaxşı, əslində planlarınız necədir?
– Heç bir planım-zadım yoxdur. Necə deyərlər, yaddaşla oynayıram.

***

– O nə eləyib ki, belə – siz getmisiz?
– Xahiş elədi ki, ona bir qutu siqaret alım.

***

– Təmiz alt paltarı aparmağa qayıtmışam.
– Məgər təmiz alt paltarı sizin üçün belə əhəmiyyətlidir? Əgər başqalarını belə asanlıqla tapdalamaq mümkünsə, ədəbdən yapışmaq nəyə gərəkdir?

***

– Əgər mən arvadımı atmaq qərarına gəlsəydim, – Ekklz deyir, – maşına minib min mildən çox uzağa gedərdim.

***

Ancaq insan birinci növ olandan sonra – dəxli yoxdur, nədə – ona artıq ikinci olmaq maraqlı deyil.

***

– Səndə çiyinlik var?
– Sənə nolub, bəlkə, elə bilirsən artıq bu mənzil sənindir?
– Sən mənimsən, – o cavab verir. – Sən mənimsən, günəş də, ulduzlar da mənimdir.

***

Kitabın Adı «Ölülər Oksfordda»dır. Rutun yanında burada o, gözəl Harri Enqstrom olduğu halda, onun Oksforddakı ölülərlə nə işi var?

***

bir halda ki döşəmə var, deməli tavan da var, bizim yaşadığımız sahə isə açıq-aydın yuxarı yönəlib. Kimsə ölür. Bu, həddən artıq iri kərpic yığını içərisində, kimsə ölür. Fikir heç yandan gəlir – labüd faiz. Bu küçələrdə kimsə hansısa evdəsə öləcək – bu dəqiqə olmasa da, növbəti dəqiqədə və Dovşana elə gəlir ki, məhz həmin insanın birdən-birə daşa dönmüş sinəsində bu yastı, aşağıya sərilmiş qızılgülün ürəyi dustaq edilmişdi.

***

– Uşağınızın necə yaşı var?
– İki uşağım var. İki qız – üç yaşında, bir yaşında.
– Mənim oğlumun iki yaşı var.
– Mən də oğlan istəyirdim, – deyir, – qızlarla şəxsi münaqişələrimiz yaranır. Bir-birimizə həddindən artıq oxşayırıq. Kimin nə fikirləşdiyini tamam-kamal bilirik.
Öz uşaqlarını sevmir. Dovşan dilxor olur – necə olsa ruhani arvadıdır.

***

-Mənim fikrimi bilmək istəyirsənsə, siz missis Ferri ilə bir-birinizi gözəl başa düşərsiz; ikiniz də eyni cür infantilsiz.
– Lüsi, mister Ferrinin ayaqqabı fabriki olmasından onlar orada işləyənlərdən daha yaxşı xristian olmurlar.

***

– Bilmirəm sən bununla nə demək istəyirsən, ancaq mənə evlənmək təklif elədiyin vaxt sənə bildirmişdim ki, mənim baxışlarım hansılardır və sən də demişdin ki, yaxşı, hər şey qaydasındadır.
– Hə, sənin ürəyin bolluq üçün açıq olana kimi.

***

– Beləliklə, sizin bədbəxtliyiniz qətiyyən inamınızın olmamasında deyil.
– Nə?
– Mən keçən dəfəki söhbətimizi xatırladım. Ağac və Şəlalə barədə.
– Aa, belə de. Mən bu ideyanı Mikki Mausdan oğurlamışam.

***

– Mən, əlbəttə teologiyadan heç nə qanmıram, ancaq hiss eləyirəm ki, bütün bunların arxasında haradasa… haradasa bütün bunların arxasında nəsə var və bu «nəsə» istəyir ki, mən onu tapım.

***

– Əlbəttə ki bütün avaralar da bilirlər ki, nəyinsə axtarışına çıxıblar. Heç olmasa, əvvəl-əvvəl.

***

Cəhənnəm olsun, dünya onsuz da başdan-başa tordur, hər şey ondan süzülüb keçir.

***

Qarabasma – bu məhz həmin sözdür, yalnız canlı əşyalar aşkarda belə dartınır və burularaq gedirlər.

***

«Əgər torpaqda qurdalanmaq belə yadına düşübsə, onda niyə buğda əkməyək? Bu, əsl iş olar! Buğda yetişdir, mən də çörək bişirərəm». Bişirərdim də, bilin. «Bütün bu buketlər nəyimizə gərəkdir – yarpaqlarını tökürlər, sonra bütün ili onların eybəcər yarpaqlarına bax görüm – deyirəm ona. – Bəlkə, sən onları hansısa bir gözəlçə üçün yetişdirirsən? O, yaşda məndən cavan idi, budur ki, onu əsəbiləşdirirdim. Neçə yaş cavan olduğunu demərəm.

***

Bütün ölkədə həqiqi çəhrayı olan hər şey burada bizim gözümüz qarşısında yerləşir. Lankasterli bir gülçü bizdən bir neçə qələmə götürmüşdü, ancaq hamısı məhv oldu. Yəqin ki, əhəngdə boğubmuş. Axmaq. Yunan.

***

– İşini at. Mən istəmirəm. Tüpürüm hər şeyə. Bütün günü otur evdə və öz detektivlərini oxu. Yeməyini mən verərəm.
– Sən məni yedirərsən. Belə varlısan, niyə öz arvadına kömək eləmirsən?
– Niyə? Onun atasının pulu çoxdur.

***

Yüngül göz yaşları – etiraflardan biridir.

***

Amma Rut onun xətrinə arıqlamağa çalışırdı, axı həqiqətən, əlbəttə əgər tərəziyə inansaq, altı funt itirmişdi.

***

… elə həşəratlara rast gəlirdi ki, fikirləşirdi dünyada daha heç kim belə şeyi bir daha görməz.

***

Adətən yuxu, gerçəklikdən pis olur; gerçəkliyi allah idarə eləyir. Həmişə insanların iştirakına dözmək olur.

***

Ev zəngin, ancaq zövqsüz bəzənib – adama elə gəlir ki, hər otaqda bir kreslo lazım olduğundan artıqdır.

***

– Gözəl, ancaq siz kürəkənim barəsində mənim bilmədiyim nəyi bilirsiz?
– Əvvəla, onun yaxşı adam olduğunu.
– Niyə yaxşı?
– Məgər nə üçünsə yaxşı olmaq lazımdır? – o, fikrə gedir. – Hə, deyəsən, lazımdır.

***

-…mənsə fikirləşirəm ki, bu halda iş pulda deyil. Düzünü desəm, əminəm ki, pul heç vaxt həlledici rol oynamır.
– Əgər sizin pulunuz həmişə kifayət qədər olubsa, bunu demək asandır.

***

Enqstromda ən təəccüblü hal odur ki, o, təbiəti etibarı ilə ev heyvanıdır. Oy, aman allah!

***

Məhəbbət heç vaxt tükənmir.

***

Onun gözlərindən heç vaxt xoşum gəlməyib. Bu gözlər heç vaxt adamın üzünə baxmırlar.

***

Hazırcavablarla ünsiyyətin çətinliyi ondan ibarətdir ki, onlar inandıqları ilə inanmadıqları səyləri bir-birinə qarışdırırlar, təki istədikləri effekt mümkün qədər tez yaransın.

***

Bəzi adamlar dünyadan cavan gedirlər, başqaları qoca doğulurlar.

***

– Bəs mister Enqstromun fikrincə Harri nə eləməlidir?
– Geri sürünməlidir. Başqa nə olacaq? Elə yazıq uşaq sürünəcək də. Əslində o, elə atası kimidir. Ürəyiyuxadır. Yəqin ki, kişilər elə buna görə dünyanı idarə eləyirlər. Hamısı başdan-başa mehribandırlar.

***

Kişilər başdan-başa ürək, qadınlarsa – başdan-başa bədən. Ancaq beynin kimdə olduğunu bilmirəm. Yəqin ki, Ulu Tanrıda.

***

Təkəbbür təfsilata etina eləmir.

***

– Gün aydın, müqəddəs ata, – deyir. İkisindən biridir, ya katolikdir, ya da katoliklər içində böyüyüb.

***

O, məqsədyönlü adam olaraq öz həyatını mətbəə xətkeşi ilə ölçüb, bütün sətirləri sıx-sıx verstakın üstünə düzüb, səhər isə gəlib görüb ki, kimsə bütün yığılanları dağıdıb.

***

qoy polis polisliyində qalsın və bizimlə ümumi heç nəyi olmayan öz qanunlarının qayğısına qalsın.

***

Siz «rol» deyirsiz. Mənsə deyirəm ki, siz rolunuzun nədən ibarət olduğunu bilmirsiz, yoxsa öz evinizdə qapanıb oturar və dua eləyərdiz. Sizin rolunuz budur – həqiqi etiqadı misal göstərmək. Təsəlli də buradan gəlir – etiqaddan, xırda ora-bura vurnuxmadan, sizin stəkanda fırtına yaratmağınızdan yox.

***

və çətin hiss olunan spirt iyi. Əvvəlcə onu içirik, sonra isə bizi onda balzamlaşdırırlar.

***

Bütün keçmişi üzüm salxımı kimi bu beş bığcıqdan tutmuşdu və onlar asanlıqla qırıldılar, onu təmiz, mavi və boş buraxdılar.

***

Harrison onun burnu qarşısında timsah «ronson»unu fırladır.
– Təbii dəridir, – qeyd eləyir.
– Doğrudan? – qız deyir. – Öz dərinizdir?

***

Bura rusların gəlməsi yaxşı olardı – hər halda, onlar hər cür dini ləğv eləyə bilirlər.

***

Ancaq ola bilsin, insan ata olduğu vaxt hamı onu bağışlamağa hazır olur, çünki bu, əslində yeganə şeydir ki, yer üzündə onun naminə yaşayırıq.

***

Onun xoşbəxtliyi – yuxarı pilləsindən daha yuxarı atılmaq istədiyi asma nərdivandır.

***

Qorxu və təəssüf əridi, minnətdarlıq isə o qədər şişdi ki, artıq onun iti bucaqları yoxdur.

***

Rahibə qarı qapı boşluğunu qanadları ilə doldurur

***

Bu gecə yuxu – onun ayıq ruhunu ələ keçirməli olan qaranlıq kabuslar səltənəti yox, öz daxilində olan, özünün sürükləndiyi, yağışın sanki, ayı kimi caynaqları ilə pəncərəni cırmaqladığı mağaradır.

***

– Necə yatmısız? – qadın soyuducunun qapısı arxasından soruşur.
– Ölüm yuxusu ilə. Heç yuxu da görməmişəm.
– Təmiz vicdan bu deməkdir.

***

Uşaqlar onun bütün qəyyumluğu altında olanlara ayama qoyublar: siz – Nadinc Dayı, missis Makmillan Gecələr Zəng Vuran Xala, sonra da Qəmiş Xala, Eşitmə Aparatı Borusu Dayı, Yan Qapı Xala və Şən Bob Dayı. Şən Bob-dünyada ən qaşqabaqlı adamdır, ancaq o bir dəfə uşaqlara sellüloid şax-şax gətirmişdi, onlar onu bütün günü taqqıldadırdılar. O vaxtdan bəri, o şən bobdur.

***

Cek hər vaxt ümid eləyir ki, mən islah olacağam, mən bilmək istəyirəm ki, məni nə gözləyir. Siz «dünyaya yenidən gəlmisiz?».

***

Uşaqlar və itlər həmişə nə isə duyurlar.

***

Düşünürəm ki, məktəb müəlliminin faciəsi bundadır. Sən çoxlarını xatırlayırsan, ancaq səni az adam yada salır.

***

Mahiyyət ondan ibarətdir ki, bu qadınların hamısı öz faciələrindən danışır, sonra isə qazandıqları alqışlara uyğun olaraq pul alırlar, ancaq aparıcının yeni malların reklamını və qadınlara onların nəvələri və qızcığaz saç düzümü barədə sataşmanı qurtardığı dəqiqəyə məlum olur ki, faciə üçün artıq, demək olar ki, vaxt qalmayıb.

***

Düppədüz yolu hələ bir hamarlamışdılar da.

***

Dadına bax. Boyatdır, ancaq bu dünyadakı bir çox köhnə şeylər kimi yaxşıdır.

***

Bizim bütün qazancımız, Harri, həyatdır. Bu, qəribə bəxşişdir və mən bilmirəm biz onunla necə rəftar eləməliyik, ancaq bilirəm ki, bu, bizim aldığımız yeganə bəxşişdir və bu, yaxşı bəxşişdir.

***

O, həqiqəti açıqca görür – həyatından gedən şey həmişəlik gedib, nə qədər istəyirsən axtar – onsuz da tapmayacaqsan. Hara istəyirsən qaç – onsuz da çatmayacaqsan. O burada, bu şəhərin altında əbədi olaraq arxada qalmış bu səslərdə və qoxularda idi. Həyatın bitkinliyi biz təbiətə haqq ödədiyimiz, onu uşaqlara verdiyimiz vaxt bitir. Bundan sonra daha ona gərək deyilik və biz əvvəlcə daxildən, sonra xaricdən -zibilə çevrilirik. Gülün – saplaqlarında.

***

Çaydakı buz kubikləri əriyərək, onu ikiqat zəiflədir, qayınananın çərənləməsi sakit bulaq kimi qulağında şırıldayır.

***

Özünü elə aparısan, elə bil, mən düşmənin tərəfinə keçmişəm. Birdən dəli olub -elərsən? Axı bilirsən ki, onlar haqlıdırlar, bəs onda niyə məni tərifləmirsən?

***

Musiqi notu kimi -nə qədər ki, klavişi basmayıbsan, adama elə gəlir ki, o hərəkət eləyir, hərçənd ki, əslində o, əvvəlki yerindədir.

***

Boyu ortadan bir az aşağıdır, ensiz çilli çiyinləri var, yəqin ki, gəncdir, hərçənd qadınlar həmişə kürəkdən gənc görünürlər.

***

Dəvət o dərəcədə qabadır ki, güman etmək olar ki, qətiyyən heç nə bildirmir.

***

Məncə, heç kim işinin ona xoş gəlməsini gözləmir. Əgər iş adama xoş gəlirsə, bu, artıq iş deyil.

***

Bilmir – bu söhbət heç nə haqındadır, ya da arxasında daha dərin məna gizlənən şifrədir. Bilmir ki, bu qadın süurlu naz-qəmzədir, yoxsa şüursuz.

***

– Ana.
– Nədi?
– Rotik nə deməkdir?
– Rotik? A, nevrotik. Bu, kiminsə başı qaydasında olmayanda deyilir.
– Başı ağrıyanda?
– Hə, nəsə elə bir şeydir.

***

Ona vur-tut bu balaca uçurumun üstündəki körpünü keçmək lazımdır.

***

– Nikah – müqəddəsdir, – bildirir.
Gözləyir ki, qadın güləcək, ancaq o, tamamilə ciddi halda soruşur:
– Hətta uğursuzu da?
– Hə.
– Ancaq axı bu, sadəcə olaraq, gülməlidir, sağlam düşüncə ilə ziddiyyət təşkil eləyir.
– Mən sağlam düşüncəyə inanmıram, – cavab verir. – Əgər bundan yüngülləşirsənsə, onda mən, ümumiyyətlə, heç nəyə inanmıram.

***

Görünür, cəmiyyətin bizim qarşımızda qoyduğu vəzifələrdən biri faciəvi xəbər gətirməkdir.

***

Gün işığında üzlərdə tipik amerikan ifadəsi aydın görünür – gözlər qıyılıb, kinayə ilə sallanmış dodaqlar indicə nəsə hədələyici və amansız bir şey qışqıracaqdır. Sürücülər yollardakı tıxaclarda ilişib qalmış avtomobillərin gülümsəyən çardağı altında buxarlanırlar.

***

– Xeyir və şər,… Yaxşılıq və pislik göydən düşmür. Biz. Onları biz yaradırıq. Bədbəxtliyə qarşı… – xeyir və şər qanunlarının pozulması öz arxasınca bədbəxtliyə aparır. Vacib deyil bizim yox, tez-tez başlanğıcda bizim, olmayan bədbəxtliyimiz.

***

Inanmaq istəyir ki, bütün mövcudiyyətin mənbəyi – səmadır.

***

Sifətlərini yaxşıca ayırd elədiyi o adamların artıq yaşamadıqları evlər qatarda gördüyün – boş kərpic fasadlarının sənə: burda adam, ümumiyyətlə, niyə yaşayır – tapmacası verdikləri evləri xatırladır. Onu niyə burda yerləşdiriblər, niyə onun üçün üçüncü dərəcəli şəhərin – bütün ucsuz-bucaqsız preriyaları, dağ silsilələri, səhraları, meşələri, şəhərləri və dənizləri olan mərkəzi və ölçüsü ayrılmalıdır? Sadəlövh uşaq sirri – «istənilən yerin» sirri, son sualın prelüdü: «Mən niyə mənən» – ürəkdə dəhşəti alovlandırır.

***

Vaxt o qədər ləng gedir ki, adama elə gəlir bütün baş verənlər dönə-dönə təkrar olunur.

***

pəncərədən onları müşahidə eləyən o isə olsa – olsa şüşədəki ləkədir.

***

Bir var yad adamlardan məzəmmət eşidəsən, bir də var – öz valideynlərindən.

***

– divarlar, qapı-pəncərə pərdələri və başqa şeylər – onunla heç bir normal adamın yaşaya bilməyəcəyi qeyri-təbii tonda rənglənib – narıncı dəniz dalğası və bənövşəyi – belə rənglərin tozu yanacaqdoldurma məntəqələrindəki unitazlarda mikrobları öldürür.

***

«Mən dirilmə və həyatdan ibarətəm, – dedi – Allah, mənə inananlar ölsələr də diriləcəklər, mənə inanıb yaşayan hər kəs isə heç vaxt ölməyəcək».

***

Meşələr – qaranlıqlar da böyüyürlər.

***

Niyə sən hərdənbir öz qiymətli dərindən kənara boylanmayasan?

***

o, hadisələrin gedişini yönəldən adamları sevmir. Hər şeyin öz-özünə getməsini sevir.

***

– bütün bunlar çox mürəkkəbdir, buterbrod mənzərəsilə müqayisədə qeyri-realdır.

***

Yoxsulluq onun içərisindədi; zahirdə heç nə yoxdur, ancaq onun tarazlaşdırmağa çalışdığı şey çəkisizdir.

Tərcümə: Vaqif Əjdəroğlu

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram