Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Bernard Şou “Seçilmiş pyeslər”

kko_bernard_shou_sechilmish_pyeslerAnnotasiya

Təkrarolunmaz, acı,insan təbiətinin müdrik bilicisi, möhtəşəm – Bernard Şou həyatı boyu belə idi və əsərlərində də özü kimi qalıb. Topluya ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şounun üç pyesi daxildir:

“İblisin şagirdi”

1901-ci ildə “Puritanlar üçün üç pyes” toplusunda nəşr edilmişdir. Bu əsərdə Şounun dramaturji üslubu qəti formalaşmışdır. “İdeya dramı”nın yaradıcılarından biri olan Şou pyes-müzakirə tipini təsis edir. Onun mərkəzində rəylərin, ictimai və fərdi əxlaq problemlərini üzə çıxaran düşmən ideologiyaların toqquşması dayanır. Personajların əsas xarakterik cəhətləri, hər şeydən əvvəl həyata baxışlarını qorumaqdır.
Bernard Şounun Amerikada R.Mensfild tərəfindən səhnəyə qoyulan ilk pyesi böyük uğur qazanmışdır.

“Ürəklər qırılan ev”

Birinci Dünya müharibəsi illərində yazılmış pyes bədbin duyğularla doludur. Amma onun personajlarına istehza, möhtəşəm, oyunbazlığa və gözəl fırıldaqlara amadəlik xasdır.
“Bəli, bu sarsaq evdir… Mənasızcasına məsud evdir, ürəkparçalayan evdir, heç bir bünövrəsi olmayan evdir. Mən onu ürəklər qırılan ev adlandıracam”. İşıqlı təəssüratlar bəxş edən kədərli hekayə…

“Piqmalion”

Şounun ən məşhur pyesidir. Pyes yeni tanışı Britaniya ordusunun polkovniki Pikerinqlə mərcə girmiş, fonetika professoru Henri Hiqqins haqdadır. Mərcin məğzi ondan ibarət idi ki, Hiqqins bir neçə ay ərzində gülsatan qız Eliza Dulitla tələffüz və kübar cəmiyyətdə davranış qaydalarını öyrədə biləcək.
1913-cü ildə xüsusi olaraq ingilis aktrisası Patrik Kempbelin şərəfinə yazılmışdır. Daha sonra bu əsər əsasında gözəl brodvey müziklı qoyulmuş və “Mənim gözəl Ledim” filmi çəkilmişdir. Pyesin adı Piqmalion əfsanəsinə allüziyadır.

 

Karandaşın izi ilə

“İblisin şagirdi”

Doğmana qarşı ən böyük günah nifrət deyil, laqeydlikdir. Budur, insansızlığın əsl zirvəsi.

***

İnsanlara yaxşı bələd olsan, nifrətin sevgiyə nə dərəcədə oxşadığını görüb təəccüblənəcəksən.

***

– Kişilərin hərdən əsrarəngiz fikirləri olur. Ancaq qadınlar elə həmin an onlardakı mənasızlığı görür.
– Çünki qadınlar həmin şeylərə görə sevdiklərini itirir.
– Amma həmişə başqa birini sevmək olar.

***

Yalnız məhşər ayağında çəkildikdə insan öz təyinatını, həqiqi təyinatını dərk edir.

***

Siz artıq başa düşmüsünüz ki, şəhərləri zəbt etmək və döyüşdə qalib gəlmək olar, amma bütün xalqı əsarət altında saxlamaq olmaz!

***

Qalibiyyətsiz alicənablıq mümkün deyil!

***

Allahdan kim qorxursa, o, şeytan əməllərini layiq olduğu kimi adlandırmaqdan qırxmaz.

“Ürəklər qırılan ev”

Onun bütün həyatı mübarizə idi. Həmişə elə eyni maneə – pulsuzluq.

***

Pulu olmayan hər bir qadın özünə ər axtarır.

***

– Yalançını necə sevmək olar?
– Xoşbəxtlikdən, görünür, olar. Əks təqdirdə, dünyada çox az məhəbbət tapılardı.

***

Siz “yalnız bir kişi və bir imkan var” deyən qadın tayfasından deyilsiniz.

***

Ümid edirəm ki, siz mənim ürək ağrısından oturub ah-nalə edəcəyimi, ya da qız qarıyaraq öləcəyimi gözləmirsiniz.

***

Qəlb sınanda, bütün yelkənlər endiriləndə heç nəyin fərqi olmur.

***

Xoşbəxtlik olub, qadın olmayan ölkə kəşf etdiyinizdə, mənə də koordinatlarını xəbər edərsiniz. Mütləq yanınıza gələcəm.

***

İmkan vermirdim ki, ölüm qorxusu həyatımı idarə etsin. Bunun mükafatı olaraq isə yaşayırdım.

***

“Qadınlar bekarlar üçün məşğuliyyətdir”. – Napaleon bu kəlmələri deyəndə tamamilə haqlı imiş.

***

Dünyada kişinin qadın üzərində hökmranlığından daha murdar köləlik varmı?

“Piqmalion”

O o qədər səmimi və pis düşüncələrdən uzaq idi ki, haqsız olduğu anlarda belə insanda rəğbət hissi oyadırdı.

***

Qarşıda gələcək olmayanda gələcək haqda düşünməyə vaxtımız olacaq.

***

– Guya hansımız nə etdiyimizi dərk edirik ki?
– Dərk etsəydik, çox güman, heç vaxt heç nə etməzdik.

***

– Nə vaxtsa insanın qadına aid işlərdə əxlaqlı olduğunun şahidi olmusunuz? Onu bilirəm ki, mənə yaxın olmağa qadına icazə verən kimi o saat qısqanmağa başlayır, ilişir, casusluq edir və ümumiyyətlə, bütün varlığımı zəhərləyir. Və onu da bilirəm ki, qadına yaxın olmağa özümə icazə verdikdə isə mən eqoist, tiran birinə çevrilirəm. Qadınlar hər şeyi alt-üst edir. Qadına həyatınıza daxil olmağa icazə versəniz, o saat görərsiniz ki, ona bir şey lazımdır, sizə isə tamam başqa bir şey.
– Məsələn nə?
– Allah bilir nə. Yəqin qadın öz həyatını yaşamaq istəyir, kişi isə özününkünü. Və hər biri ayrı-ayrılıqda bir-birini düz yoldan yayındırmağa çalışır. Biri şimala çəkir, digəri cənuba. Nəticədə isə hər ikisi şərq küləyinə dözmədikləri halda, şərqə doğru istiqamət alırlar. Bax bu səbəbdən mən ömürlük subay qalmaq qərarına gəldim. Və çətin ki, qərarımı dəyişim.

***

– Qulaq asın, məgər sizdə mənəviyyat hissi yoxdur?
– O mənim cibimə görə deyil, ağa.

***

Cəmiyyətdə daha yuxarı təbəqəyə çatdıqdan sonra dostlarından üz döndərmək düzgün deyil. Buna snobizm deyilir!

***

Biz hamımız məlum bir təbəqədə vəhşiyik! Mədəni və sivil olduğumuz güman edilir. Şeiriyyatdan, fəlsəfədən, incəsənətdən, elmdən xəbərdarıq. Amma aramızda bu sözlərin mahiyyətini tam başa düşməyən nə çox insan var.

***

Sizdə ürək yerinə mismar dolu torba yerləşdirilib!

***

İnsanların özlərini düşünməyə məcbur etməsi utancverici bir şeydir. Onların həqiqətdə nə düşündüklərini bilsəydik, tüklərimiz biz-biz durardı. Hal-hazırda nə düşündüyümü bilmək çox güman ki, sizə o qədər da xoş olmazdı.

***

Əsas bacarığın sirri kiminləsə özünü yaxşı və ya pis aparmaqda deyil, əsas hamı ilə eyni ola bilməkdir!

***

Həyat yaratmaq narahatçılıq yaratmaqdır!

***

Gördüyüm bir şey var, siz məni görmürsünüz.

***

Yalnız güclü sevmək bacarığı olanlar üçün sevgi payı ayrılmışdır.

***

Eliza, mən sizin təhsilinizi hələ bitirməmiş, bütün ətraf küçələr sizə sevgisindən özünü güllələmiş ağılsızların meyidi ilə dolmuş olacaq.

***

Dediyiniz qədər alicənabsınızsa, mənə əyləşməyi təklif edə bilərdiniz.

***

Əsrimiz bambılılar əsridir. İnsanlar on səkkiz funtla Kentiştaunda yaşamağa başlayıb, illik gəliri yüz minlərlə Parkleynə gəlib çıxırlar. Onlar Kentiştaunu unutmaq istərdilər, ancaq hər dəfə ağızlarını açan kimi, o özünü xatırladır!

 

Tərcümə: Göycəyeva Lamiyə

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram