Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ştefan Svayq “Şahmat”

Annotasiya

“Şahmat” (almanca “Schachnovelle“) avstriyalı yazıçı Ştefan Sveyqin psixoloji janrda qələmə aldığı əsəridir.

Yazıçının Braziliyada sürgündə olarkən yazdığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat” Avropa mədəniyyətinin nasional sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. Qələmə alındığı ildə Buenos–Ayresdə 250 nüsxə ilə buraxılan əsər 1944-cü ildə ingilis dilinə tərcümə olunaraq Nyu Yorkda nəşr olumuşdur.

Avropa mədəniyyətinin gələcəyinə ümidini itirən və həyata vida etməyi seçən Sveyq dünya ədəbiyyatına bəxş etdiyi “Şahmat” novellasında insan şüurunun siyasi təzyiq ucbatından necə haçalandığını, ikiləşməyə məruz qaldığını göstərir.

Karandaşın izi ilə

Çünki Çentoviçin intellektual səviyyəsi belə gözqamaşdırıcı karyeranı əvvəlcədən söyləməyə heç cür əsas vermirdi.

***

Bütün cahillərdə olduğu kimi onda da gülünc bir xudpəsəndlik var idi.

***

O cür tez gələn şöhrət belə boş başı necə gicəlləndirməsin axı?!

***

Yalnız bir ideyaya qapılmış monoman adamların bütün növləri ömrüm boyu məni rahat buraxmırdı, çünki bir insan özünü nə qədər məhdudlaşdırırsa, bir o qədər sonsuzluğa yaxınlaşır; özlərini dünyadan açıq-aşkar təcrid etmiş belə adamlar termitlər kimi öz xüsusi materiallarından aləmin çox qəribə, həm də tamam təkrarsız, kiçik modelini yaradırlar.

***

Ancaq bəşər övladı şahmata sadəcə oyun deməklə onu haqsız yerə məhdudlaşdırmırmı? O, bir elm, bir incəsənət deyilmi, Məhəmməd peyğəmbərin ruhu Göylə Yer arasında süzdüyü kimi, o da həmin kateqoriyalar arasında süzmürmü, bütün qoşa ziddiyyətlərin birdəfəlik əlaqəsi deyilmi, həm əzəli, həm də əbədiyaşar, quruluşca sadə, təxəyyülcə təsirli, geometrik donuq məkanda məhdud, kombinasiyalarında isə hüdudsuz, həmişə inkişafda, amma yenə də sabit, insanı heç yana çıxara bilməyən düşüncə prosesi, heç bir şey hesablamayan bir riyaziyyat, əsərsiz bir incəsənət, materialsız bir arxitektura, bununla belə, öz varlığında, öz yaşamında bütün kitablardan, bütün əsərlərdən dözümlü, bütün xalqlara, bütün zamanlara aid olan bir oyun, sıxıntını öldürmək, zehni itiləmək, qəlbi riqqətə gətirmək üçün hansı tanrının onu yer üzünə göndərdiyindən heç kimin xəbəri olmayan əvəzsiz bir oyun deyilmi? Əvvəli haradadır, sonu harada?

***

Gərək ikimiz də dözək, ürəyimizə salmayaq, onun bu gözəl ikrahıyla birtəhər barışaq; neyləməli, kasıbların da qisməti su qaynatmaqdır.

***

Kimliyimi bilirsiniz,sizin kim olmağınız isə məni qətiyyən maraqlandırmır.

***

Yer üzündə heç nə heçlik qədər insan qəlbini sıxa bilməz.

***

Lakin fikirlərin özünə də, lap maddi olmasa belə, dayaq nöqtəsi lazımdır, yoxsa öz-özünə fırlanmağa, öz ətrafında dövrə vurmağa başlayar.

***

Şahmatın qəribə üstünlüyü var, mənəvi enerjinin məhdud bir sahəyə yönəlməsi nəticəsində hətta ən gərgin düşüncə tərzi də beyni kütləşdirmir, əksinə onun fəallığını, gərginləşmə gücünü itiləyir.

***

Şahmatın cazibədarlığı, əslində, ondan ibarətdir ki, strategiyası iki müxtəlif beyində müxtəlif yollarla inkişaf etsin, bu mənəvi döyüşdə qaralar ağların manevrindən bixəbər olsun, onu daim düşünüb tapmağa, dəf etməyə çalışsın, ağlar da, öz növbəsində, qaraların gizli niyyətini duyub onu qarşılamağa çalışsın. Qaralarla ağlar bir şəxsin simasında birləşəndə isə mənasız bir vəziyyət yaranır, eyni beyin eyni vaxtda bir şeyi həm bilmək, həm də bilməmək məcburiyyəti qarşısında qalır, ağlar kimi çıxış edəndə bir dəqiqə öncə qara tərəfdaşın nə istədiyini, hansı niyyəti güddüyünü adicə bir əmrlə tamam unutmalı olur.

Tərcümə: Çərkəz Qurbanlı

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram