Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Doroti Li Seyers “Qeyri-təbii ölüm”

Annotasiya

“Qeyri-təbii ölüm” (ingiliscə “Unnatural Death“) ingilis yazıçısı Doroti Li Seyersin 1927-ci ildə işıq üzü görən klassik detektiv romanıdır.

Lord xəfiyyə Piter Uimzi seriyasından üçüncü kitab olan bu əsərdə hadisələr Aqata Douson adlı imkanlı yaşlı qadının şübhəli ölümü ətrafında cərəyan edir. Qadının ağır xəstəlikdən vəfat etdiyi qeyd edilsə də, Uimzi təbii ölüm maskası altında baş verən silsilə qətlləri araşdırmağa başlayır.

Roman detektiv janrının “qızıl əsrinə” xas mürəkkəb intriqası və psixoloji motivlərinə görə tanınıb.

Karandaşın izi ilə

Zərrə qədər şübhə etmirəm ki, şübhələrini dilə gətirmək hər kəsin vətəndaşlıq borcudur.

***

Şənlənməyi bacaran dərddən qorxmaz.

***

Kitab yazmaq asandır. Xüsusən də ya yaxşı ingiliscədə zəif hekayə, ya da zəif ingiliscədə yaxşı hekayə yazırsınızsa. Məncə, bu gün yazıçıların çoxu məhz bu işlə məşğuldur.

***

Təəssüf ki, hələ heç kim öz-özünü yuyan, öz-özünü yığışdıran boşqablar ixtira etməyib.

***

Varlılara etibar etmək olmur.

***

Əziz atam qızının necə işgüzar bir qadına çevrildiyini görsəydi, yəqin ki, çox təəccüblənərdi. O həmişə deyirdi ki, qadının pul işlərinə qarışmasına ehtiyac yoxdur. Amma zəmanə dəyişib, elə deyil?

***

– O dəlidir.
– Sadəcə çox ağıllıdır.

***

Şekspir əsl xəzinədir! Onda hər vəziyyətə uyğun sitat olur.

***

Bu gözlər o qədər şey görüb ki, artıq başa düşmüşəm: heç bir mövzu haqqında tam əminliklə danışmaq olmaz.

***

– Nə oldu, missis Kropper? Kimisə tanıdınız?
– Çox diqqətlisiniz, inciməyin, ancaq sizdən yaxşı ofisiant çıxardı.

***

Anamla yaxşı yola getmək üçün bir-birimizə dəhşət çox oxşayırıq.

***

Proseduru asanlaşdırmaq üçün nəzərdə tutulan qanunun nə demək olduğunu bilirəm. Bu o deməkdir ki, qanunu yazanların özləri belə heç nəyi düzgün başa düşməyiblər və həmin qanunun hər maddəsi dolaşıqlığı açmaq üçün məhkəmə işi tələb edir.

***

– Axı bu kişilər qadınlar haqqında danışanda niyə belə dözülməz olurlar?
– Məncə, onlar qadınları qısqanırlar. Qısqanclıq isə insanı deyingən və kobud edir.

***

– Əlbəttə! Kişi dostluğu! Bu barədə nə qədər danışırlar! Amma bu dostluğun həqiqiliyinə inanmıram. Kişi uzun müddətlik başqa yerə gedib öz dostlarını unuda bilər. Və onlar heç vaxt axıra qədər bir-biriləri ilə tam səmimi olmurlar. Biz isə Meri ilə bütün düşüncələrimizi, hisslərimizi bölüşürük. Kişiyə dostunun yaxşı adam olduğunu bilmək kifayətdir, onun qəlbinin dərinliyində baş verənlərlə maraqlanmır.
– Bəlkə elə buna görə kişi dostluğu daha uzunömürlü olur. Onlar bir-birinə qarşı çox tələbkar olmurlar.

***

Günah əməldə yox, niyyətdədir.

***

Miss Klimpson o insanlardan idi ki, hamının eşidəcəyi şəkildə “Heç vaxt başqasının məktublarını oxumaram” deyib, tam əksini edirdi.

***

Piterin həmişə hər şeyi olub. Həqiqətən istədiyi şeydən başqa.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram