Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Fuad İsayev “Ölüdaşıyanlar üçün təlimat kitabı”

Annotasiya

“Ölüdaşıyanlar üçün təlimat kitabı” Fuad İsayevin 2025-ci ildə işıq üzü görən debüt romanıdır.

Əsərdə hadisələr 1992-ci ildə cərəyan edir. Laçından Bakıya qaçqın düşmüş Qara adlı gənc müharibəyə gedən atasının axtarışı üçün Sadiq adlı bir kişidən pul müqabilində kömək istəyir. Çox keçmir, Qara şübhələrə düşür, Sadiqin dürüst adam olmadığını düşünür. Şübhələri və saysız-hesabsız sualları ilə təkbaşına qalan gənc oğlan keçmiş xatirələrin izinə düşüb, qeyri-müəyyənliyin narahatlığı ilə atasını ailəsinə qaytara biləcəkmi?

Karandaşın izi ilə

Yəni mənim nəzərimdə o əziz qardaşım ölməklə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasına səbəb oldu və bizlər üçün, bəlkə də, əbədi uğursuz günləri gətirdi.

***

Rafiqlə Aqil adama bir papiros çəkdilər. Mən onların yanında papiros adı tutmuram. Çünki Rafiq papiros çəkdiyimi öyrənəndə mənə şillə vurmuşdu.

***

Hər ötən gün yalanlarımın sayı artır. Yəqin, adam böyüyəndə belə olur.

***

Zərifə sonralar nəyə görə dayanacaqda tək oturduğunu mənə izah eləmişdi. Dayanacaqda oturub yola baxmaq xoşuma gəlir. Maşınlar keçir. Adamlar keçir. Fikirlər keçir. Sonra səs-küy azalır.

***

Qapını örtüb pəncərənin qabağında xeyli oturdum. Günəş qolumu qızdırır, gözümün yaşını qurudurdu.

***

Mən yoruldum və bir an xoşbəxt olub vətənə xəyanət elədim.

***

Əzab çox vaxt yaşamağa bəs eləyəcək qədər zəifləyir.

***

Maşının faraları mavi toranlıqda islaq yola zər tökür.

***

Tərpənin gedək.
Ə, hara gedirsən.
Malları bizə tapşırıb.
Qağa, camaat çıxıb getdi, bir biz qaldıq.
Ə, burdan da o yana hara qaçacaqsan?

***

Bax, iynəni əlinə alırsan, saplayıb nəyisə tikirsən, bir söküyü bağlayırsan, düzdü? Bəzi adamlar hətta o iynəni də əlinə kiminsə gözünü deşmək üçün götürürlər. Özü də çox vaxt yaxşı qazanc üçün.

***

Şaşki şahmat oynaya bilməyənlərin oyunudu.

***

O mənə deyir:
Qağa, bir müəllim var. Əzizə müəllim. Yaşlı arvaddı. Bizə ədəbiyyatdan dərs deyir. Müəllimlərin içində məni ən çox istəyən odu. O dəfə dərsdə bizə bir söz dedi. Dedi, məktub yazmaq böyük bir mədəniyyətdi. Adam gərək yazmaq istədiklərini yaza. Səliqəli yaza. Gözəl xətlə yaza. Və əgər bir adam üçün illaf ürəkdən yazdığın məktub həmin adama çatmasa, qorxma, məktubu tez-tez aç, oxu. Sən hər oxuyanda həmən o adamın yadına düşəcəksən. Sən təkrar-təkrar oxuyanda o adam da səni təkrar-təkrar xatırlayacaaq. Mən də atama bir məktub yazmışam. Mən məktubu hər dəfə oxuyanda o məni yadına salır. Çox dözməyəcək, qayıdacaq.

***

Niyə ilə başlayan sualların cavablarının kimisə qane etdiyini görməmişəm.

***

Gedəndə vidalaşmamaq alçaqlıq deyil?

***

Heç kəs gəlmir. Heç kəs getmir. Üfüqlər artıq ləkələnməyəcək.

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram