Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Katriona Uord “Lazımsız küçədəki sonuncu ev”

Annotasiya

“Lazımsız küçədəki sonuncu ev” (ingiliscə “The Last House on Needless Street“) – amerikalı-britaniyalı yazıçı Katriona Uordun qorxu janrında qələmə aldığı romanıdır. Bu kitabı birmənalı şəkildə xarakterizə etmək çox çətindir, çünki janr çərçivələrini aşır.

Əsərdə hadisələr Lazımsız küçədəki sonuncu evin sakinləri – əyyaş münzəvi Ted, onun yeniyetmə qızı Loren və pişiyi Oliviya tərəfindən nəql olunur. Günlərin bir günü itkin düşmüş bacısını axtaran Di adlı bir qadın bu evin qonşuluğundakı evə köçür. Bəs bu qəhrəmanları nə birləşdirir, onların yollarını kəsişdirən nədir? Keçmişdə baş vermiş faciəvi hadisə, yoxsa böyük bir anlaşılmazlıq? Tez-tez dəyişən təhkiyəçilər bir tərəfdən hadisələrin dərinliyinə varmağa kömək olur, digər tərəfdən oxucunun fikirlərini dolaşığa salır. Bununla da yazıçı müəmmalı bir ab-hava yaradır.

Karandaşın izi ilə

İstənilən halda, həyatın çox gözəl bir fokusu var: baş verənlər xoşuna gəlmirsə, yıxıl yat, hər şey bitənə qədər də oyanma.

***

“Toruma gəl”, – hörümçək milçəyə dedi. Bu halda milçəyə yazığımız gəlməlidir. Ancaq həqiqət budur ki, heç kim milçəkləri sevmir.

***

İnsanın əməllərinə görə onların necə olduğunu söyləmək olmaz. İstənilən insan pis iş görə bilər, hətta yaxşı insan da. Pis insanlar isə təsadüfən nəsə yaxşı bir iş görə bilər. Ona görə də düşünürəm ki, bu məsələdə dəqiq heç nə demək mümkün deyil.

***

Noutbuk olan şkafı açıb, onu yandırıram. Masanın arxasından gülümsəyən bir kişinin fotoşəkli baxır. O, heç real görünmür. Ancaq insan uzun müddət təkdirsə, nəyin real, nəyin real olmaması onun heç vecinə də olmur.

***

Heç vaxt qadına dəli demə.

***

Həqiqət civə kimi bir yerdə durmur, həmişə sürüşüb aradan çıxmağa yol tapır.

***

Bu, güzgüyə baxıb, sonra qarşınızda qapı olduğunun fərqinə varmaq kimi bir şeydir.

***

Neçə dəfə əyilmək olar ki, tamam qırılasan? Qırıq mexanizm qayğı tələb edir; bəzən tam təslim olur və öz növbəsində başqa bir şeyi də sıradan çıxarır.

***

Atamın dediyi kimi, kifayət qədər çox gözləsən, pislik mütləq özünü göstərəcək.

***

İlahi… bəzən haqlı çıxmaq insanı elə qıcıqlandırır ki…

***

– Sizi xəstəlik tarixçənizi ətraflı öyrənə biləcək mütəxəssisə yönləndirə bilərəm. Hər şeyi danışa bilərsiniz… başınıza gələnləri. Heç vaxt gec deyil.

Onun səsi qətiyyətsiz səslənir və səbəbini başa düşürəm. Bəzən həqiqətən çox gec olur. Deyəsən, nəhayət, “indi” və “onda” arasındakı fərqi anlayıram.

***

Axı təkcə bədəni cəzalandırmaq olmur…

***

O, sanki tənhalıq və uzaq məsafələr üçün yaradılıb.

***

Hekayələr matroşka kimi bir-birinin içində gizlənir, onların səsi əks-səda verir.

***

Daha kədərimi başqalarına vermirəm.

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram