Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Karlos Ruis Safon “Səma məhbusu”

Annotasiya

“Səma məhbusu” (ispanca “El prisionero del cielo“) – ispan yazıçısı Karlos Ruis Safonun “Unudulmuş kitablar qəbiristanlığı” seriyasının üçüncü kitabıdır.

Əsərdə hadisələr 1950-ci illərin sonu Barselonada cərəyan edir. İlk iki kitabdan da oxucuların yaxşı tanıdığı Daniel Sempere bukinist mağazası işlədir. Onun dostu Fermin bu işdə ona kömək edir, həmçinin sevgilisi Bernarda ilə toya hazırlaşır. Lakin günlərin bir günü axsaq bir qoca kitab mağazasına baş çəkir. Həmin ziyarətdən sonra Ferminin bütün əhval-ruhiyyəsi dəyişir, bütün günü fikirli və qaşqabaqlı gəzməyə başlayır. Onun bu halı Danieli narahat edir. Onların dincliyini pozan həmin qoca kimdir? Köhnə dost, düşmən, yoxsa keçmişdən gələn kabus?

Karandaşın izi ilə

Miskin qəlbli insanlar başqalarını mənəvi cırtdan kimi təqdim edib, onları alçatlmağa çalışırlar.

***

Təxminən otuz saniyədən sonra mən də bu çadırın yanından keçdim və kiçik bir hay-küyün şahidi oldum – pərt olmuş bir satıcı təlaşla kətan örtüklə qəfəsin üstünü örtürdü, çünki tutuquşu əla diksiyası ilə insanları heyran qoyaraq, aydın şəkildə çıxışa başlamışdı: “Franko, əclaf, səni görüm kişilik gücünü itirəsən”. Və mən tutuquşunun bu yeni fikrə haradan gəldiyini dəqiq bilirdim. Hər halda, naməlum şəxs/ bu yad adam özünəməxsus yumor hissinə və həmin dövrdə mini yubkalar kimi nadir rast gəlinən təhlükəli siyasi mövqeyə sahib olduğunu nümayiş etdirmişdi.

***

Osvaldo Dario de Mortenssen
Yazıçı və filosof

İstənilən üslub və janrda sevgi məktubları, iddia ərizələri, vəsiyyətnamələr, poemalar, nitqlər, təbriklər, ərizələr, bildirişlər, təntənəli nəğmələr, diplom işləri, müraciətlər, vəsatətlər və digər yazılar təklif olunur. Bir sətir – on sentim (şeirlər başqa tarif ilə hesablanır).
Dul qadınlar, əlillər və azyaşlılara endirimlər.

***

Daniel, hərdən mənə elə gəlir ki, Darvin səhv edib. Əslində insan donuzdan əmələ gəlib, belə ki, hominidlərin onundan səkkizində ali məqsədini gözləyən donuz kolbasası yatır.

***

İnsan qəlbinin dərinliklərində pislik yoxdur, sadəcə orada qorxu hökm sürür.

***

Elmi cəhətdən sübut edilmişdir ki, istənilən körpə gecənin bir aləmi valideynlərinin nəhayət yuxuya gedə bildiyi həmin kritik anı dəqiq hiss edə bilir.

***

— Hardasa oxumuşdum ki, mahiyyət etibarilə biz heç vaxt əvvəlki kimi olmamışıq və xəyallarımız sadəcə olaraq heç vaxt mövcud olmayan bir şeyin xatirəsidir…
— Xulian Karaksın romanı belə başlayır.

***

Fermin, siz yaxşı insansınız. Çalışın bunu göstərməyin.

***

Axı niyə bütün müharibələrdə qalib tərəf həmişə pul kisələri olur?

***

Bu dünyada həqiqətdən başqa hər şeyi bağışlayırlar.

***

Unamunonun söylədiyi kimi, qoy başqaları icad etsin, bizsə qiymətləndirərik.

***

— Onun kimiləri ölkəmizin qanqrenasıdır.
— Fermin, onun kimilər hər yerdə var. Onların patentini biz almamışıq.
— Ancaq yalnız bizdə onları ciddi qəbul edirlər.

***

Fermin, sarkazm sizə yaraşmır. Bu sizin təbii mülayimliyinizə ziddir.

***

— Ümumiyyətlə ateistəm, – xəstə dedi.
— Əslində isə qatı inanclıyam.
— Bir çox insan kimi.

***

Bayat çörək dilimləri ilə şorbasını içən Fermin xəlvətcə yeməkxanaya göz gəzdirdi. Divarın yanında yer tutan şkafa boşqablar, qədəhlər, müqəddəslərin suvenirləri və kiçik gümüş papağa oxşayan əşya düzülmüşdü.
— “Səfillər”i mən də oxumuşam, ona görə heç ağlından belə keçirmə, – keşiş xəbərdarlıq etdi.

***

Usta yalançı bilir ki, ən inandırıcı yalan əsas yerləri ixtisar olunmuş həqiqətdir.

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 6 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram