Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anar Nəbizadə “Palçıq vulkanlarının üstündəki qəsəbə”

Annotasiya

“Palçıq vulkanlarının üstündəki qəsəbə” – Anar Nəbizadənin sosial-psixoloji janrda qələmə aldığı ilk kitabıdır.

Hadisələr Bakıda, “Sovxoz” adlanan ərazidə baş verir. Burada yaşayan sakinlər haqsızlığa məruz qalır, sağ qalmaq üçün bədəllər ödəməli olurlar. Müəllif kasıb şəraitin, valideyn və mühitin uşaqların psixologiyasında buraxdığı travmalara toxunur, bu amansız əməllərin gələcəkdə hansı fəlakətlərə səbəb olduğunu göstərir.

Karandaşın izi ilə

– Jiletim xoşuna gəldi? Bunu təzəcə verdilər.

– Yaşlı iş yoldaşımızı maşın vurub öldürəndən sonra bizə sarı jilet payladılar. İndiyəcən bu cındırı bizə verən yox idi. Verdilər, noolsun? Maaşımızdan çıxdılar. Əclaflar!

***

Bütün uşaqlar kimi o da anasının əsəbi olmasının günahını özündə görürdü.

***

…köhnə ayaqqabılar yolu bu səmtə düşənləri “xoş gəldin”lə qarşılamırdı. Bura xoş gəlmək mümkün deyildi.

***

– Müəllim! Molla əmi! Necə çağırım səni?
– Hansına daha çox ehtiyacın varsa, o cür çağır.
– Gəl, otur aparım səni, yolumuz birdir.
– Yolumuz bir ola bilməz, sonumuz birdir.

***

Ümidlər puç olanda gerçəklik insanı məhv edir…

***

Həyatı boş-boşuna yaşadığını dərk etmək dəhşətlidir.

***

Həyatın əzdiyi adama insan oğlu da haqsızlıq edərsə, adamlıqdan çıxıb yırtıcı heyvana çevrilir.

***

Unutma, cəhalət yoluxucudur. Onları elə öz silahları ilə vurmaq lazımdır.

4.4 (88%) 5 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram