Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Qabriel Qarsia Markes “Gözlənilən bir qətlin tarixçəsi”

Annotasiya

“Gözlənilən bir qətlin tarixçəsi” (ispanca “Crónica de una muerte anunciada”) – Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin 1981-ci ildə psevdo-reportaj tərzində qələmə alınmış povestidir.

Əsərdə 21 yaşlı Santyaqo Nasarın Vikario qardaşları tərəfindən qətlə yetirilməsindən bəhs edilir. Hadisə Santyaqonun ən yaxın dostu tərəfindən nəql olunur. Cinayət hadisəsindən bir neçə il sonra kiçik şəhərciyə geri qayıdan dost baş verənlərin əsl səbəbini öyrənməyə çalışır.

Karandaşın izi ilə

Yuxudan ayılanda yadıma salarsız ki, mən o qızı alacağam.

***

O qızların hər biri bir kişinin xoşbəxtliyidir, çünki onlar əzab-əziyyət üçün böyüyüblər.

***

…və onun maşından çıxmağı ilə də hamıya məlum olmuşdu ki, Bayyardo San Roman bu dünyada hansı qızı istəsə ala bilər.

***

Həyat belədir, talelər və yollar zənciri kəsişir və buna kimsə nəzarət edə bilməz.

***

Lazım olduqda, tale bizi görünməz də eləyə bilir.

***

Sevməyi də öyrənmək mümkündür.

***

– Santyaqo, oğul! Sənə nə olub?

– Vene xala, məni öldürdülər.

 

Tərcümə: Əkrəm Əylisli

1.7 (33.33%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram