Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Xan “Sancaqlı kölgələr və Leyla Xuni”

Annotasiya

“Sancaqlı kölgələr və Leyla Xuni” müəllifin ilk əsəri olmaqla yanaşı, Azərbaycan ədəbiyyatında fantastik-qorxu janrında qələmə alınmış ilk roman hesab edilir.

Ayxan hərbi xidmətə yollandıqdan sonra müəmmalı bir şəkildə itkin düşür. Anlaşılmaz qeydlər apardığı gündəliyi dostu Toğrulun əlinə keçir. O da öz növbəsində şəxsi araşdırmasına başlayır. Toğrulu qarabaqara izləyən qeyri-adi hadisələr keçmişdə baş verən, gizli qalan cinayətləri gün üzünə çıxarır. Bəs bütün bunlar Ayxanın tapılmasına kömək edəcəkmi?

 

Karandaşın izi ilə

Qış səhərlərinin altısı nə aydınlıq olur, nə də qaranlıq. Altılar mavidir. Qaranlığın aydınlığa keçidindəki iyirmi dəqiqəlik mavi bir səma var. Buludları çəhrayı, küləkləri ayazlı…

***

Küçələr bomboş idi. Nə bir maşın, nə bir quş səsi, ümumiyyətlə heç bir səs eşidilmirdi. Sanki bütün şəhər dərin qış yuxusuna getmişdi. Bir anlıq özümü çox yalnız, köməksiz və günahsız seçilmiş olaraq hiss etdim. Amma seçildiyim bu dünyada nə zombilər var idi, nə yadplanetlilər, nə də ölümcül bir virus. Bu dünyada sadəcə seçilməyənlərlə, seçilən var idi. Dünya sanki bir anın içində mən və başqaları olaraq iki yerə bölündü. “Məndən əvvəlkilər və mən” və ya “Mən və məndən sonrakılar” olaraq yox, “Mən və qalanları” olaraq…

***

Ayxanın adəti üzrə mən də oxuduqca sevdiyim fikirlərin altından xətt çəkirdim. Bu kitabda yalnız bir yeri xətləmişdim.

“Qədifə əsəbi bir şəkildə deyir: – Qarsda hər kəs yox, sadəcə qadınlar intihar edir. Kişilər dinlə məşğul olur, qadınlarsa intihar edir”.

***

Bizdən əvvəlki əsgərlər də, zabitlərimiz də, çavuşlarımız da – hər kəs eyni sözləri təkrarlayır. Aramızdan cəmi bir neçə nəfər axıra kimi yaxşı qalacaq. Bu “axır” sözü mənə həmişə maraqlı olub. Axıra kimi yaxşı qala bilmək, həqiqətən də çətin məsələdir, bu öz yerində. Amma inanmıram ki, bu çavuşlar, bu uşaqlar məhz mənim düşündüyüm axırı nəzərdə tuturlar.

***

Əsgərə cəmi üç şey lazımdır. İsti yer, qayğı və şirniyyat. Əgər bu üç şey əsgərdə varsa, deməli onun vəziyyəti yaxşıdır.

***

Əvvəlcə şadlıq saraylarının bir neçəsində operator arxasında kabel daşıyıb. Günü üç manata. Daha sonralar tikintidə çalışıb, fəhlə kimi. Günü on manata. Öz dediyinə görə son iki ildə Nərimanov parkında siqaret, günəbaxan tumları satıbmış. Orada olan bütün atraksionları işlədibmiş. “Pis qazanmırdım” deyirdi, amma “yaxşı qazanmağın” da nə olduğunu bildiyindən əmin deyildim.

***

Mələklər yazırlar gələcəyi, iblislər xəbər oğurlayırlar.

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram