Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Şirşendu Muxopadyay “Ölmək bilməyən bibi”

Annotasiya

“Ölmək bilməyən bibi” (benqalca “শীর্ষেন্দু মুখোপাধ্যায়) – benqal yazıçısı Şirşendu Muxopadyayın qələmə aldığı bu povest müxtəlif dövrlərdə, mövcud reallığın fonunda üç qadının həyat hekayəsindən bəhs edir. Müəllif əyalətdə yaşayan Pişima, Somlata və Boşonun həyatında baş verən əsas hadisələr vasitəsilə bütöv bir nəslin, böyük bir ailənin böyüməsini, dəyişməsini və zəmanəyə ayaq uydurmasını təsvir edir. Bu qadınlar evlənir, aşiq olur, bizneslərini qurur, dünyaya övlad gətirir, dul qalırlar. Hər nəsil özü ilə yenilik gətirir. Bu yenilik çox vaxt ətrafdakılara tamamilə yad və anlaşılmaz gəlir.

Karandaşın izi ilə

Ailə həyatı qurduqdan sonra ərimin ata evindəki xırda mübahisələrə və davalara şahid olduqca başa düşdüm ki, ərimin qohumları bütün əmanətlərini bizim toyumuza xərcləyiblər, hətta borc götürməli olublar.

***

Məhkəmə işi uzun çəkdi və davamlı mübahisələrlə, çəkişmələrlə müşayiət olundu. Xeyir-şər məsələlərində, istər toy olsun, istərsə də yas, qohumlar bir araya gəlirdi.

***

Valideynlərim o qədər kasıb idilər ki, bəyin yaşı, hansı işlə məşğul olması onları maraqlandırmırdı.

***

Priti ilə söhbətləşməkdən zövq almırdım. Elə hey Nitişdən danışırdı. Nitiş onun nişanlısı idi. Artıq beş il idi ki, görüşürdülər. O, indi yalnız Nitiş haqqında danışa bilirdi. Nitiş ona ətir bağışladı… Evlənəndən sonra Nitiş onu özü ilə Kəşmirə aparacaq… Vəzifəsini artırdıqdan sonra Nitiş ona söz verib ki, sən mənimlə xoşbəxtlərin xoşbəxti olacaqsan. Və sair və ilaxır buna bənzər sözlər. Biz isə Nitişi keçəl biri kimi tanıyırdıq. Cəlbedici tərəfi yox idi. Ancaq Pritiyə qalsa, Nitiş kimisi dünyaya milyonda bir dəfə gəlir.

***

Kişi və qadın bir-birini tamamlamalıdır. Belə qəbul edilib. Mən belə düşünmürəm. Məncə, mən kişisiz yaşaya bilərdim. … Ən yaxın rəfiqəmlə, tənhalıqla əl-ələ uzaqlara getdim….

***

Gənclik qərarsızlıq, spontan hərəkətlər, yanlış mühakimələr dövrüdür.

***

– Qoxusu xoşunuza gəlir?

– Mən axı dulam, yadından çıxıb? Məgər “xoşuma gəlir” sözündən istifadə edə bilərəm? Günahdır.

***

Acgözlüyün qorxudan daha pis olduğunu başa düşürdüm. Acgözlük bizə qorxuya qalib gəlməyi deyil, onun öhdəsindən gəlməyi öyrədir. Gəlinimiz məndən qorxurdu, ancaq acgözlüyünü saxlaya bilmirdi.

***

Şüşə şkafda yan-yana gəlinciklər düzülüb. Bunlar bir vaxtlar ulu bibimin olub. O, mən doğulmamışdan əvvəl ölüb. Çox pis taleyi olub! Yeddi yaşında ərə gəlib, on iki yaşında dul alıb. Bəxtim gətirib ki, həmin dövrdə yaşamamışam! İlahi, necə dəhşətli həyatdır! Təəccüblü deyil ki, qadınlar üsyan edir, azadlıq tələb edirlər.

***

Qız doğulduğum üçün elə xoşbəxtəm ki. Əgər reinkarnasiya deyilən şey həqiqətən varsa, onda mən hər dəfə bu dünyaya qız kimi gəlmək istərdim. Ümumiyyətlə, istərdim ki, dünya kişilərə deyil, yalnız qadınlara məxsus olsun. Burada təkcə qadınlar yaşasaydı, dünya necə gözəl yer olardı!

***

Bir vaxtlar uşaq yaşında dul qalan ulu bibim Raşomoyi eynilə bu cür bu otaqları dolaşıb. Nə xoşbəxtlik bilib, nə sevinc. Restoranlarda nahar etməsinə, motoroller sürməsinə və ya elektron oyunlar oynamasına icazə verilməyib. O, bütün ömrü boyu qır-qızılını qoruyub.

***

– Priti, de görüm, birdən kimsə üzünə turşu töküb səni pis hala salsa… birdən bir gözünü itirsən və eybəcər hala düşsən, sənin Nitişin heç nəyə baxmayaraq yenə də səninlə evlənərdi? Və səni yenə bu qədər sevərdi?

– İlahi! İfritəsən? Necə belə danışa bilirsən?

– Gözəlliyindən və ya vəziyyətindən asılı olan şərti sevgidə dəyərli nə var ki? Başa düşürsən, buna inanmıram, bu cür sevgiyə bir qram da olsa inanmıram. Sevgililər arasında münasibət çox kövrəkdir.

***

Axmaqsan, deməli, xoşbəxtsən. Bu həyatda təkcə axmaqlarınkı gətirir.

***

Yad kişinin evimizin kandarına qızılgül qoymasından çox vaxt ötmüşdü. Doğrudanmı məhəbbət keçib gedir? Doğrudanmı o da yorulur? Doğrudanmı sevgi qorxu hissini dadır?

 

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram