Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anton Çexov “Üç bacı”

Annotasiya

“Üç bacı”(rus. “Три сeстры”) – Anton Çexovun Moskva İncəsənət Teatrının sifarişi ilə 1900-cü ildə qələmə aldığı, növbəti il tamaşaçılara təqdim olunan dörd pərdəli pyesi ilk dəfə elə həmin il “Rus düşüncəsi” jurnalında dərc olunub.

Müəllif əsərində müxtəlif sinif və təbəqələrdən olan ziyalıların ailə münasibətlərindən, əxlaq dəyərlərindən, dünyagörüşlərindən bəhs edir. Ədib bu pyesində əvvəlki əsərlərində onu düşündürən müasir həyat məsələlərinə, məişətə və şüurlara daha ətraflı və dərindən nüfuz etməyə çalışmış, “insan üçün əsl səadət nədir?” sualına özünün realist və materialist anlayışına görə cavab verməyə cəhd etmişdir.

Karandaşın izi ilə

Kişi filosofluq edəndə buna deyilir filosofistika, yaxud sadəcə sofistika. Bir ya iki qadın filosofluq edəndə buna “barmağımdan dart, məni özümə gətir” demək olar.

***

Maraqlı burasıdır ki, biz gələcəkdə nəyin yüksək və əhəmiyyətli, nəyin miskin və gülünc sayılacağını qətiyyən deyə bilmərik. Məgər bir zaman bir axmağın yazdığı sayıqlamalar həqiqət sayıldığı halda, Kopernikin və ya Kolumbun kəşfi lüzumsuz, gülünc görünməyirdimi? Ola bilər ki, bu qədər təbii saydığımız bizim yaşayış, zaman keçdikcə qəribə, yararsız, idraksız, bir qədər natəmiz və bəlkə də günahlı görünəcəkdir…

***

Eşq üçün yaratmışdır bizi ancaq təbiət!

***

Bu şəhərdə üç dil bilmək lüzumsuz bəzək kimi bir şeydir. Hətta bəzək deyil, altıncı barmaq kimi artıqdır. Biz lazım olmayan çox şey bilirik.

***

Siz deyirsiniz ki, bir çox illər sonra yer üzündə xəyalagəlməz bir həyat, gözəl bir yaşayış yaranacaqdır. Bu həqiqətdir. Lakin uzaqdan da olsa, o həyatın yaranmasında iştirak etmək üçün çalışmaq, işləmək lazımdır…

***

Çox zaman mən düşünürəm ki, ah, nə olaydı, bu həyatı yenidən, həm də şüurlu surətdə başlamaq mümkün olaydı! Kaş bizim iki ömrümüz olaydı, birisi yaşayıb qurtardığımız və səhvlər, nöqsanlarla dolu olan qaralama həyat, o birisi sonra başlanan təmiz və pak həyat! Məncə, onda hər kəs bir elədiyini bir də etməməyə çalışardı. Hər halda özü üçün başqa şərait yaradardı, özü üçün çiçəklərlə bəzənmiş və şirəsindən nur yağan belə bri ev düzəldərdi… Mənim həyat yoldaşım və iki qızım var. Arvadım xəstədir və sair. Hərgah mən yenidən yaşamağa başlasaydım evlənməzdim… Əsla, əsla evlənməzdim!

***

Bizim direktor deyir: hər bir həyatda əsas məsələ onun şəklidir. Şəklini itirən hər bir şey məhv olur, bizim adi həyatımız da belədir.

***

Yüksək fikirlər hər bir rusun ali xüsusiyyətidir, lakin deyin görək: nə üçün o, həyatda bu yüksəkliyə qalxa bilmir?

***

– Gəlin, məsələn, bizdən iki yüz-üç yüz il sonrakı həyat haqqında düşünək.

– Nə olar, düşünək. Bizdən sonra insanlar hava şarlarında uçacaqlar; onların pencəklərinin şəkli belə dəyişəcəkdir. Hətta ola bilər ki, altıncı duyğunu da tapıb inkişaf etdirəcəklər. Lakin həyat olduğu kimi qalacaq. Həyat çətin, sirlərlə və səadətlə dolu olacaqdır. Min ildən sonra da insan: “Yaşamaq çətindir!” deyə ah-vay edəcək. Buna baxmayaraq, o yenə indiki kimi ölümdən qorxacaq, ölmək istəməyəcək.

***

– Qoqol deyir ki, bu dünyada yaşamaq insanın ürəyini sıxır!

– Mən isə deyirəm: sizinlə mübahisə etmək çətindir, ağalar!

***

– Qışı yaydan, yayı qışdan seçməyən adam xoşbəxtdir. Mənə elə gəlir ki, mən Moskvada yaşasaydım, havanın necə olduğuna heç fikir verməzdim…

– Mən bu günlərdə bir fransız nazirinin həbsxanada yazdığı gündəliyini oxudum. Nazir Panama hadisələri üstündə məhbəsə salınmışdı. O, məhbəsin dəmir qəfəsindən seyr etdiyi azad quşları böyük bir həsrətlə yad edir… Halbuki nazir olduğu zaman onun gözləri bu quşları görməzmiş. İndi, məhbəsdən çıxdıqdan sonra o, əlbəttə, quşları yenə görmür. Siz də Moskvada yaşadığınız zaman, eləcə, Moskvanı görüb hiss etməyəcəksiniz. Biz xoşbəxt deyilik və ola da bilmərik, biz ancaq xoşbəxt olmağı arzulayırıq.

***

Evlənmək lazım deyil. Ona görə lazım deyil ki, cansıxıcı şeydir.

***

Üç gündür ki, klubda mübahisə gedir. Şekspirdən, Volterdən danışırlar… Mən oxumamışam, heç oxumamışam, ancaq üz-gözümü elə şəklə saldım ki, guya oxumuşam, mən də xəbərdaram. Başqaları da mənim kimi. Bu iyrəncdir! Rəzalətdir!

***

Bir roman oxuyanda adama elə gəlir ki, yazılanlar hamısı məlum şeylərdir, çağrılmış bayatıdır. Lakin özün aşiq olanda görürsən ki, yox, heç kəs heç nə bilmir.

***

İnsan, mənim kimi, səadətə damcı-damcı, zərrə-zərrə nail olub, onu birdən-birə itirdikdə yavaş-yavaş kobudlaşır və bəd xasiyyət olur.

***

Ah, hanı mənim şadlıq və idrakla parlayan keçmişim… Hanı incə xəyalət və fikirlərlə dolu, hər anı və gələcəyi böyük bir ümidin ziyası ilə işıqlanan o gənclik illərim, hanı? Nə üçün biz yaşamağa başlar-başlamaz dərhal ürəksıxıcı, solğun, maraqsız bir hala düşür, tənbel, laqeyd, faydasız və bədbəxt oluruq?..

***

Keçmişdə bəşəriyyət müharibələrlə məşğul olardı, onun bütün vaxtı hərbi səfərlərə, basqınlara, qələbələrə gedərdi, indi bunlar hamısı köhnəlmiş, ölüb getmişdir, lakin o müharibələrin qoyduğu böyük boşluğu hələlik heç bir şeylə doldurmaq mümkün deyil. Bəşəriyyət böyük bir ehtirasla nə isə axtarır və şübhəsiz, axtardığını tapacaqdır. Ah, bircə tez tapaydı!

 

Tərcümə: Mirzə İbrahimov

3 (60%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram