Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ejen İonesko “Kərgədan”

ejen-ionesko-kergedan-eugene-ionesco-rhinoceros-kkoAnnotasiya

“Kərgədan” (fransızca “Rhinoceros”) – dramaturq Ejen İoneskonun 1959-cu ildə qələmə aldığı üç pərdəli pyesdə ilk növbədə antifaşizm cərəyanından bəhs edilir. Lakin pyesin absurd həlli zaman çərçivəsini genişlədərək onu rəmzi səviyyəyə kimi yüksəldir. Məzhəkədən psixoloji və fəlsəfi drama kimi qalxa bilir.

Bu əsər xeyirxahlıq, mərhəmət, məhəbbət, axmaqlıq və s. bu kimi insani hisslərə məhəl qoymayan bütün “-izm”lərə qarşıdır. Bu pyes “yox” demək bacarığı və tək qalmaq haqdadır. Düzdür, tək qalmaq çətindir, ancaq ümumi sözlərdə və düşüncələrdə itmək istəməyənlər həmişə tapılacaqdır. Qısaca belə də demək olar: Ejen İoneskonun “Kərgədan” pyesi insan məziyyətlərinin tərənnümüdür.

Qeyd edək ki, əsər SSRİ-də qadağan olunmuş əsərlər siyahısında olub.

Karandaşın izi ilə

Jan. Beranje, axır ki, gəlib çıxa bildiniz!
Beranje. Xoş gördük, Jan.
Jan. Əlbəttə, həmişəki kimi gecikmisiniz! Axı saat on ikinin yarısı üçün danışmışdıq. Saat isə artıq on ikidir.
Beranje. Üzr istəyirəm. Çoxdan gözləyirsiniz?
Jan. Yox, gördüyünüz kimi, indi gəlmişəm.

***

Burada heç bir əyləncəm yoxdur; bu şəhərdə sıxıntıdan boğuluram; yalnız iş ilə yaşaya, hər gün səkkiz saat işdə əlləşə bilmirəm və bütün il ərzində yayda cəmi-cümlətanı üç həftə istirahət!

***

Beranje. Bu həyata öyrəşə bilmirəm.
Jan. Hamı öyrəşməlidir. Buna bax – guya fövqəlbəşərdir.
Beranje. Elə bir iddiam yoxdur…
Jan. Fövqəlbəşər öz borcunu yerinə yetirən insandır.
Beranje. Hansı borcunu?
Jan. Hm, öz borcunu… deyək ki, vəzifə borcunu.

***

Jan. Deyəsən, ayaq üstə yatırsınız!
Beranje. Oturmuşam.
Jan. Oturmusunuz və ya durmusunuz – nə fərqi var ki!
Beranje. Nə də olmasa, fərq var.
Jan. Söhbət ondan getmir.
Beranje. Axı özünüz dediniz ki, insanın oturmağının və ya ayaq üstə durmağının heç bir fərqi yoxdur.
Jan. Düz başa düşmədiniz. İnsan yatırsa, fərqi yoxdur, o ayaq üstədir və ya oturub.
Beranje. Bəli, haqlısınız, düzünü desəm, yatıram… Həyat yuxudur.

***

Beranje. Heç ağlıma da gəlməyib…
Jan. Çünki ağlınız yoxdur!
Beranje. Elədirsə, deməli, ağlıma da gələ bilməzdi.
Jan. Elə şeylər var ki, ağılsızların belə ağlına gəlir.

***

Beranje. Yorulmuşam, artıq neçə ildir özümü yorğun hiss edirəm. Böyük əziyyətlə bədənimi daşıyıram, dəhşət ağırdır.
Jan. Bu alkoqola görə keçirdiyiniz əsəbilikdir, əyyaş melanxoliyasıdır.
Beranje. Sanki bədənim qurğuşundan tökülüb, ya da başqa birini belimdə daşıyıram. Heç cürə özümə öyrəşə bilmirəm. Bunun həqiqətən mən olduğumu bilmirəm. Bir az içən kimi ağırlıq keçib gedir, özünü tanıyırsan və özün olursan.
Jan. Beranje, bunların hamısı özünü gömməkdir.

***

Logik. Budur – sillogizm nümunəsi. Pişiyin dörd pəncəsi var. Friko və İsidorun da hər birinin dörd pəncəsi var. Deməli, Friko və İsidor pişikdir.
Qoca cənab. İtimin də dörd pəncəsi var.
Logik. Deməli, o da pişikdir.

***

Beranje. Tənhalıq adamın ürəyini sıxır. İnsanlar da.
Jan. Təzadlı danışırsınız. Ürəyinizi sıxan nədir – tənhalıq yoxsa kütlə?

***

Qoca cənab. Məntiq çox gözəl şeydir!
Logik. Ondan sui-istifadə edilməsə.
Beranje. Yaşamaq qeyri-təbiidir.
Jan. Tam əksinə! Bundan təbii nə ola bilər ki. Bu da sizə sübut – hamı yaşayır.

***

Logik. Sillogizmə daha bir nümunə. Bütün pişiklər ölümə məhkumdurlar. Deməli, Sokrat pişikdir.
Qoca cənab. Onun da dörd pəncəsi var. Düzdür, pişiyimin adı elə Sokratdır.
Logik. Görürsünüz…

***

Jan. Həyat mübarizədir, yalnız qorxaqlar mübarizə etməkdən imtina edir.
Beranje. Nə etmək olar, mən silahsızam.

***

Jan. Əlinizdə olan bütün pulu spirtli içkiyə vermək əvəzinə teatrlara bilet almaq, maraqlı tamaşalara getmək daha yaxşı olmazdımı? İndi hamının danışdığı o yeni avanqard teatrda olmusunuz? İoneskonun pyeslərini görmüsünüz?
Beranje. Təəssüf ki, yox. Yalnız eşitmişəm.

***

Bu ədalətsiz olduğundan, deməli, məntiqsiz olardı. Zira ədalət elə məntiqdir. Ədalət məntiqin tərəflərindən biridir.

***

Jan. Bayaq qaçanın burnunda iki buynuzu var idi, o, Asiya kərgədanı idi, bunun isə bir buynuzu var, bu Afrika kərgədanıdır!
Beranje. Birincisi, Asiya kərgədanının bir buynuzu, Afrika kərgədanının isə iki buynuzu olur.
Jan. Sizinlə mərcə girmək istəmirəm. İkibuynuzlu! Özünüzsünüz ikibuynuzlu. Bədbəxt asiyalı!
Beranje. Mən asiyalı-zad deyiləm. Yeri gəlmişkən, asiyalılar da bizim kimi insanlardır…
Qoca cənab. Mənim asiyalı dostlarım var idi. Bəlkə də həqiqi asiyalı deyildilər…
Kafe sahibi. Mən həqiqilərini də tanımışam.
Qoca cənab. Asiyalılar arasında ağlar, qaralar, göylər və tamamilə bizim kimi olanlar da var.

***

Logik. Məntiqə əsasən bu yolverilməzdir. Çünki eyni məxluq eyni zamanda müxtəlif yerlərdə doğula bilməz.
Qoca cənab. Heç növbə ilə də.
Logik. Bunu hələ sübut etmək lazımdır.

***

Botar. O, pişik deyəndə nəyi nəzərdə tutur?
Düdar. Hamı pişiyin nə olduğunu bilir.
Botar. Yenə də bu erkəkdir yoxsa dişidir? Hansı rəngdədir? Hansı cinsdəndir? Heç rasist deyiləm. Deyərdim ki, rasizmə qarşıyam.
Düdar. Söhbət sadəcə qalındərilinin, bizim halda kərgədanın tapdaladığı pişikdən gedir.
Botar. Bilirsiniz, mən cənublu deyiləm. Cənubluların zəngin təxəyyülü olur. Bəlkə, siçan birəni tapdalayıb. İndi isə siçandan fil düzəldirlər.

***

Universitet təhsili olan adamlarda çox şey çatışmır. Nə bir qram zəka aydınlığı, nə müşahidə bacarığı, nə də praktik təcrübələri var.

***

Beranje. Həkim çağırmısınız?
Jan. Mənə həkim lazım deyil.
Beranje. Yox, həkimi çağırmaq lazımdır.
Jan. Həkim çağırmağa qalxmayın, istəmirəm. Özüm özümü müalicə edirəm.
Beranje. Nahaq yerə təbabətə inanmırsınız.
Jan. Həkimlər elə hey özlərindən xəstəlik uydururlar. Halbuki heç elə xəstəlik yoxdur.
Beranje. Bunu yalnız xeyirxah olduqları üçün edirlər. Müalicə etmək onları məmnun edir.
Jan. Ağıllarına gələn xəstəlik uydururlar, uydururlar!
Beranje. Bəlkə də uydururlar. Ancaq uydurduqları xəstəlikləri ki müalicə edirlər.

***

Jan. İstənilən əxlaqdan yüksək olmaq lazımdır.
Beranje. Əvəzində nə təklif edirsiniz?
Jan. Təbiəti!
Beranje. Təbiəti?
Jan. Təbiətin öz qanunları var. Əxlaq isə qeyri-təbiidir.

***

Axı orijinala görə mühakimə etmək olmaz, orta vəziyyət – normal hesab edilən budur.

***

Bu bizim başımıza gəlməsəydi, hansısa başqa bir ölkədə olsaydı, biz də bunu qəzetlərdən öyrənsəydik, onda sakitcə müzakirə edə, hadisəni hərtərəfli nəzərdən keçirə, obyektiv nəticələr çıxara bilərdik. Elmi müzakirələr təşkil etmək, akademikləri, yazıçıları, hüquqşünasları, alimləri, həmçinin rəssamları cəlb etmək olardı. Maraqlı, əyləncəli olardı, bundan çox şey öyrənmək olardı. Hadisələrə özümüz cəlb olunduqda, faktların kobud reallığı ilə üzləşdikdə isə bunun bizə birbaşa aidiyyatı olmadığını hiss etmək qeyri-mümkündür və bu o qədər heyrətləndirir ki, soyuqqanlılığı qoruyub saxlamaq olmur.

***

Düdar. Belə olduğu təqdirdə faktla razılaşın və bu barədə düşünməyin. Bu baş veribsə, deməli, başqa cür ola bilməzdi.
Beranje. Bu artıq fatalizmdir.
Düdar. Yox, müdriklikdir. Hər hansı bir hadisə baş verirsə, deməli, bunun bir səbəbi var. Bax bu səbəbi axtarmaq lazımdır.
Beranje. Bəlkə mən belə bir vəziyyətlə razılaşmaq istəmirəm?
Düdar. Nə edə bilərsiniz ki? Nə etmək fikrindəsiniz?
Beranje. Hələ heç özüm də bilmirəm. Düşünəcəm. Müxtəlif qəzetlərə məktub göndərəcəm, müraciətnamə yazacam, merin və ya mer çox məşğuldursa, onun müavininin qəbuluna düşməyə çalışacam.

***

Başa düşmək haqq qazandırmaq deməkdir.

***

Beranje. Bəli, xoşbəxtlik xudbindir.
Dezi. Öz xoşbəxtliyini qorumalısan.Düz demirəm?

***

Doğrudanmı təxəyyülün yoxdur? Axı reallıq da müxtəlif cür olur. Sənə ən çox uyğun olanını seç. Xəyalilikdə xilas ol.

***

Vicdan əzabı təhlükəli simptomdur. Bu kifayət qədər təmiz olmamağın əlamətidir.

 

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram