Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Məhəmməd Əsəd Bəy “Eşq və neft”

kko_mehemmed_esed_bey_eshq_ve_neftAnnotasiya

Povestin əsəs mövzuları: neft və beynəlxalq kapitalizm, dünya siyasətində onun rolu və hiylələri, emiqrasiya və qəriblikdə yaşamaq, adlı-sanlı gürcü ailəsindən çıxmış, inqilabi krizis nəticəsində Avropaya düşmüş bir qızın taleyi.

Karandaşın izi ilə

Gözlərini yumdu və heç bir inqilabın ondan ala bilməyəcəyi yeganə şey – gəncliyi barədə fikrə daldı.

***

Pipinsonun açıq ağzından isə sakit donqultu eşidilirdi. Bu onda yüksək təəccüb əlaməti idi.

***

Deyirlər, sürgün çörəyi acı olur. Düz deyil. Sürgün çörəyi nə acı olur, nə şirin. Sürgün ölkəsində onlar üçün, ümumiyyətlə, çörək olmur.

***

Yorulmuş düşüncəsində təkcə bir fikir var: çarpayı, bulka və bunların hamısını ona verə biləcək kişi.

***

Petrosyan qoca idi. Artıq yetmiş yaşı vardı. Ətrafdakılar qatil əlindən, qocalıqdan ölürdü. Petrosyan ölmürdü.

***

Lloydun “İohan fon Ordinbarneveld” adlı holland gəmisinin Bataviya sahillərinə yan aldığı vaxtdan yarım əsr keçir. Gediş haqqını ödəməyən yeganə sərnişin iyirmi yaşlı Petrosyan idi.

***

“Qafqaz Parisdəki aclıqdan əziyyət çəkir”. Üzündə ən rəhmdil insanın belə aclıqdan əsər-əlamət tapmayacağı gənc dedi.

***

Vano cavandır, Vano güclüdür, Vano onu yedizdirdi və sırtıqlıq etmədi.

***

Petrosyan heç vaxt gözəl qadının zərifliyini qiymətləndirən olmayıb. Əvəzində bunu çətin siyasi hesablamalarında nəzərə alıb.

***

Qapılar bağlandı, qız otaqda qoca ilə tək qaldı. Milyoner öz kabinetində gözəl bir qızla tək qaldıqda adətən baş verməli olanlar baş vermədi.

***

– Cənab Petrosyan, niyə məhz “Nyut dyu Neyl”?
– İki şeyə görə. Birinci “Nyut dyu Neyl” şəxsinizin duyğusal ifadəsidir. Bu ətrin bir neçə damcısı xarakterinizi üzə çıxarmaq üçün min sözə əvəzdir. İkincisi, bu, dostum Riçard Kinqin sevimli ətridir.

***

– Londonda hər şey dumanlıdır. Siyasətdə olduğu kimi, hava da. Ümumi tətillər bizim hamımıza problem yaradıb. Mən də zərər çəkdim. Tətil iştirakçıları maşınımı Pikadilli-stritdə saxladılar deyə, bütün Londonu piyada fırlanmalı oldum.
– Ümid edirik ki, bu ingilis xalqına olan inamınızı sarsıtmayacaq.
– Əksinə. Britaniya imperiyasına olan inamım daha da artdı. Qiyamçılara baxmayaraq, York knyazını tramvay sürən görəndə başa düşdüm ki, İngiltərəyə ölüm yoxdur.

***

– Bəli, İngiltərə Qafqaz deyil. Bizdə bolşevizm ola bilməz.
– Qafqazda da hər şey ümumi tətillərdən başladı, neft mədənlərinin ekspropriasiyası ilə bitdi.

***

O, bolşeviki adamyeyənlə çinli arasında bir şey kimi təsəvvür edirdi. Riçard Kinqin nə adamyeyənlərdən, nə çinlilərdən zəhləsi gedirdi.

***

Boşevizm son deməkdir. Bunların necə adam olduğunu bilirsinizmi? Onlar kilsəyə qarşıdır, dövlətə, ailəyə, məktəbə, birjaya qarşıdır, əgər bu bəs deyilsə, onlar, hətta, pula da qarşıdır.

***

Son iyirmi il ərzində həmişə bu sual qarşısında dururdu: neft yoxsa qadınlar? Məsələ həmişə birincinin xeyrinə həll olunurdu.

***

Zira bugün ölkələri fəth və azad edən qoşun və sərkərdələr yox, hökmdarların bacarığıdır.

***

– Riçard Kinq, sizi sevir və sizə hörmət edirəm. Ancaq mənim kimi ömrünü vətənimin düşmənlərilə mübarizəyə həsr etməmiş birinin arvadı ola bilmərəm.
Bu, köhnə romanlardakı sözlər kimi gözəl və təkəbbürlü səsləndi. Belə ki, bütün bu nitq Petrosyanın başının məhsulu idi. Riçard Kinq heç vaxt köhnə roman oxumamışdı. Və bu səbəbdən ona elə gəldi ki, həyatının qəhrəmanlıq dövrü başlayır.

***

– Öz ərini qəhrəman etmək. Bu qadının vəzifəsidir. Buna nail olsa, özü də qəhrəman olur.
– Bu, qadına xoşbəxtlik bəxş etmir.
– Sizin kimi qadına xoşbəxt olmaq lazım deyil.

***

Bütün böyük sahibkarlar kimi o da pulu hakimiyyət rəmzi kimi sevirdi. Hakimiyyət bəxş etməyən pullarla nə etmək lazım gəldiyini bilmirdi.

***

Döyüşdə məğlubiyyətə uğramış başçının bəraət haqqı yoxdur.

***

Ov, ziyafət, oyun və şairlərin mahnısından sonra məlikə ayağa qalxdı, almanı götürdü və dedi: “Cəngavər və zadəganlar, sizlərdən kim mənim başımın üstündəki bu almanı ox ilə vura bilər?”
Cəngavərlər qorxdu, zadəganların bənizi ağardı, heç kim yerindən tərpənmədi. Birdən şairlərin şahı Şota Rustav ayağa qalxdı. Yayı götürdü, məlikəyə yaxınlaşdı, qarşısında dayanıb başındakı almanı nişan alıb vurdu. Onda məlikə dedi: “Şota Rustav sən gürcülər arasında ən birincisən. Zira xalqı idarə edən təkcə şücaət deyil, ona həm də indi sənin nümayiş etdirdiyin müdrikliyi də əlavə etmək lazımdır”.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram