Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Jorj Sand “Konsuelo”

kko_jorj_sand_konsueloAnnotasiya

“Konsuelo” romanındakı hadisələr XVIII əsrin ortalarına təsadüf edir. Çoxçeşidli musiqi həyatı olan Venesiya, parlaq və səs-küylü Vyana. Qəhraman keçmişli Çexiya, kobud Prussiya – kitabın əsas qəhrəmanlarının həyatı belə bir tarixi fonda cərəyan edir.

Konsuelo haqda dilogiya fransız yazıçısı Jorj Sandın ən tanınmış və ən məşhur əsərlərindəndir. Qarabuğdayı Konsuelo ilə tanışlıq, insanların var qüvvələri ilə yaşayıb, dodaqlarında təbəssümlə ölə bildikləri nəzakətli bir dövrün təhlükə və həqiqi ehtirasla bol olan atmosferinə baş vurmaq üçün əla imkandır.

Karandaşın izi ilə

Elə insanlar var ki, onlara yalan danışmayacaq qədər hörmət edirik. Hətta bu yalan onların xilası naminə olsa belə.

***

Əgər Albert sizi həqiqətən sevirsə, o, hər şeyə dözəcək. Yox, əgər hər şeyə dözüb, hər şeylə razılaşacaq qədər sevmirsə, o, sizi unudacaq.

***

Öz vicdanımla sövdələşmə apara bilmirəm.

***

Zəif qəlb üzərində qələbə qüdrətli sayıla bilməz.

***

Bu dəfə heç bir qüvvə sərf etmədən xatirələr üzərində zəfər çaldı. Sevgi üzərində qələbə digər ehtirasları məğlub etmək üçün insana güc verir.

***

Siz heç nə başa düşmürsünüz. Aydın və naməlum şey isə qavrama məntiqini uçurdur.

***

Görə bilən gözlər üçün hər şeyin öz gözəlliyi var.

***

– Yəqin, sən də onu heç vaxt sevməmisən?
– Əksinə, mən onu çox sevirdim.
– Və sən belə asanlıqla bunu etiraf edirsən? Yazıq qız, deməli, sənin qürurun yoxdur.
– Özümə gəlmək üçün kifayət qədər varım idi.

***

Mərhəmət olan yerdə bağışlanası şeylər də var. Bağışlamaq mümkün olan yerdə isə, əmin ola bilərsən, əzizim İosif, seviləsi şeylər də olacaq.

***

Ürəyim heç də məni tərk edib, mənə qiymət qoymadıqlarına görə sıxılmır. Sevgiyə və onun ideallaşdırdığım qüdrətinə itirdiyim etibardır onu ağrıdan.

***

Məhəbbət təbiəti etibarilə ilahi olduğundan ölməzdir. Öldürdüyümüzü zənn etdiyimizdə isə həqiqətən onu diri-diri qəlbimizdə basdırdığımızdan özümüzün belə xəbəri olmur. Oyanmaq istəyənə kimi uzun illər orada yuxulaya bilər.

***

Əzizlərimizi itirdiyimizdə kədərimizə hərdən gizli olaraq özümüzə duyduğumuz sevgi və itkinin boynumuza qoyduğu yeni öhdəliklər qarşısında hiss etdiyimiz acizlik qarışır. Qismən bu hiss qanunidir, ancaq qismən. Və təbii olmasında baxmayaraq bununla mübarizə aparılmalıdır.

Tərcümə: Lamiyə Göycəyeva

2.8 (56%) 5 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram