Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Helen Fildinq “Bricit Consun gündəliyi”

kko_helen_fildinq_bricit_consun_gundeliyiAnnotasiya

Cavan, subay ingilis qadınının self-made woman olma cəhdlərindən bəhs edən lirik gündəlik. “Bricit Consun gündəliyi” çox qadını onları narahat edən bütün problemləri ilə – moda, karyera, ailə və qeyr-ciddi münasibətlər, məhəbbət və seks – göstərən güzgü olmaqla yanaşı, həm də mübariz feministlər diyarında öz mükəmməl “mən”-ini axtaran xanımlar üçün vəsaitdir. Bundan əlavə, bu kitab – anlaşılmaz qadın qəlbində azmaq istəməyən kişilər üçün yaxşı soraq kitabçasıdır.

Karandaşın izi ilə

Müdrik insan deyərdi ki, Daniel məni necə varamsa elə sevir. Ancaq mən Kosmopolitan jurnalı ilə tərbiyə almışam, supermodellərə və sayı hesabı bilinməyən viktorinalara görə komplekslərim var. Və bilirəm ki, öz ehtiyatlarına buraxsam, intellektim də, bədənim də idealdan çox uzaq olacaq.

***

Elə təəssürat yaranır ki, sanki saçlarım öz həyatlarını yaşayır – gün ərzində özlərini ağıllı aparırlar və yatmağımı gözləyirlər ki, qaçıb uşaq kimi oynaya-gülə qışqırsınlar : «Belə, indi nə ilə məşğul olaq?»

***

Ad günümdə də içkinin küpünə girməyim, nə vaxt girim bəs?

***

Gecə insanın arıqlamağını başa düşə bilərəm – piy əriyə ya da tualetdə orqanizmdən xaric ola bilər, – ancaq necə kökələ bilər? Bəlkə qida başqa qida ilə kimyəvi reaksiyaya girir, onun sıxlığı və həcmi ikiqat artır, sonra daha ağır və sıx piyə çevrilir?

***

Qara sıx kapron corabları çəkirəm. Deyəsən, oturdu – tikiş yeri dizimdən cəmi üç düym yuxarıdadır. Başqasını geyinirəm və arxasında deşik kəşf edirəm. Çıxarıram. Üç nömrəlinın deşiyi yalnız böyük barmağımdadır. Çəkirəm. Deşik oxa çevrilir, şübhəsiz, ayaqqabılarımdan xaincəsinə çıxacaq. Ütülənməmiş paltarlar yığılan zənbilə tərəf gedirəm. Axırıncı bir cüt qara, ip kimi bir-birinə burulmuş və ağ tozla örtülmüş kapron corabı tapıram. Onları ayırıb təmizləyirəm.

***

On səkkiz il – hər şey boşuna imiş. On səkkiz il kalori və yağ hesablayırdım. On səkkiz il uzun ətəklər və sviter almışam, intim anlarda isə dalımı göstərməmək üçün otaqdan gizlincə çıxırdım. Milyonlarla ədvalı vatruşka və tiramislər, on milyonlarla «Emental» pendiri yeyilməmiş qaldı. On səkkiz il – və nəticə «qurumuş və yorğun». Özümü bütün həyatı boyu çəkdiyi zəhmətin tamamilə səhv olduğunu müəyyən edən alim kimi hiss edirəm.

***

– Mən … ilə işləmək məcburiyyətindəyəm, mən…
– Doğru cavab deyil, əzizim. O sənlə işləmək məcburiyyətindədir.

***

İnana bilmirəm ki, yenə yeni ili valideynlərimin evində təkadamlıq çarpayıda qarşılayıram. Bu yaşımda belə bir hadisə mənliyimə toxunan bir şeydir.

***

128 funt (artıq çəki, yəqin qışla əlaqədardır. Orqanizm qoruyucu pi qatı yaratmağa çalışır).

***

Bilirəm ki, onların öz resurslarına etibar etsəm, həm intellektim, həm də bədənim ideal vəziyyətdən çox uzaq olar.

***

Sevilmək…sanki ürəyin ədyala bürünüb.

***

Tez-tez özümü güzgünün qarşısında qırış axtaran yerdə tuturam və dəhşətli bir səs eşidirəm :”SALAM!”.

***

Qadının kişiyə verə biləcəyi ən böyük hədiyyə sakitçilikdir.

***

Lənət şeytana, həmişə kənardan başqasının həyatı səninkindən daha yaxşı görünür.

***

Deniel haqda ağır fikirlər – sıfır, neqativ fikirlər – sıfır, ümumiyyətlə fikirlər – sıfır. İlahi, mən müqəddəs insanam.

***

Bu əsrdə, indiki vaxtda qadına lazın olan yeganə insan – onun özüdür.

***

Başqasının işinin alınmaması necə xoşdur…

***

Bayram əhval ruhiyyəli xoş fikirlərin sayı – sıfır, faydalı bayram hədiyyələrinin sayı – sıfır.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram