Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Erik Siqal “Məhəbbət hekayəsi”

kko_erik_siqal_mehebbet_hekayesiAnnotasiya

“Məhəbbət hekayəsi” (ingiliscə “Love Story”) – Amerikan yazıçısı Erik Siqalın 1970-ci ildə yazdığı məhəbbət romanıdır. Kitab bestseller olmuş və iyirmi milyondan çox nüsxəsi satılmışdır. Elə həmin ildə də əsər əsasında film çəkilmişdir.
Harvard universitetinin yaxşı tələbələrindən olan Oliver Berrett əsil-nəcabətli ailənin övladıdır. Tarix imtahanına hazırlaşmaq üçün Redkliff universitetinin kitabxanasından istifadə etmək qərarına gələn Oliver elə burdaca Cennifer Kavilleri ilə tanış olur. Cenni orta təbəqənin nümayəndəsidir, öz sözü ilə desək, “sosial sıfır”dır. Heç nəyə baxmayraq, Cenni ilə Oliver bir-birinə aşiq olur və evlənirlər. Bu evlilik onlara xoşbəxtlik gətirəcəkmi?

Karandaşın izi ilə

Tarix imtahanına bircə gün qalmışdı, mənsə heç ədəbiyyat siyahısına baxmamışdım – səciyyəvi Harvard xəstəliyi.

***

İlahi, bu da özünü ali məxluq zənn edir. Və yəqin düşünür ki, Redklifflə Harvard arasında 5:1 nisbəti varsa, qızları da beş dəfə ağıllıdır.

***

– Lənət şeytana, niyə özünü belə ağıllı hesab edirsən?
– Çünki heç vaxt sənlə qəhvə içməyə getməzdim.
– Mən heç səni çağırmazdım da.
– Bax-bax. Buna görədir ki, səni axmaq hesab edirəm.

***

İmtahandan “A” minus aldım. Yeri gəlmişkən bu qiymət Cenni ilk dəfə stolun arxasından çıxanda ayaqlarına verdiyim qiymətlə üst-üstə düşdü.

***

– Renessansın polifoniyası.
– “Polifoniya” nədir ki?
– Preppi, seksual bir şey deyil.

***

Əsl qalibin əsas keyfiyyətlərindən biri uduzmağı gözəl bacarmaqdır.

***

Buz üstündə qızışma hərəkətləri edəndə bir dəfə də olsun ona əl yelləmədim (vurğunluğun ilk əlaməti).

***

…Adətən eyni taktikaya əməl edirəm: rəqib formasını geymiş hər kəsi əzişdirirəm.

***

Nahar stolu arxasında sayı-hesabı bilinməyən, “Hə, nə var nə yox?”la başlayıb, “Bəlkə sənə nədəsə köməkliyim dəyə bilər”lə qurtaran “söhbətsizliyimiz”in növbəti raundu baş tutdu.

***

Bilmirəm niyə, ancaq Oliver Berret III ünvanıma tərif yağdıranda da məni alçaltmağı bacarırdı.

***

Dostla azarkeş arasındakı fərq ondan ibarətdir ki, axırıncı ilə danışmağa mövzu yoxdur.

***

– Bəs özününkünü necə adlandırırsan?
– Kimi özümünkünü?
– Öz atanı necə adlandırırsan? Hansı terminlə?
– İt oğlu.
– Üzünə deyirsən?
– Heç vaxt üzünü görmürəm.

***

– Belə çıxır ki, sən də ideal deyilsən.
– Hə? Bəlkə sənsən ideal?
– Əlbəttə, yox, Preppi. Əks halda sənlə görüşməzdim.

***

Əgər Tauer Kortdakı (Uellsli) qızlara Oliver Berretin üç həftə ərzində hər gün cavan bir qızla görüşdüyünü və bir dəfə də olsun onunla yatmadığını desəydiniz, onlar, dəqiq, gülər və yuxarıda göstərilən xanımın keyfiyyətlərinə şübhə ilə yanaşardılar.

***

– Oliver, eləcə mənim imtahana necə hazırlaşmağıma baxsan, sən dəqiq imtahanda kəsiləcəksən.
– Mən sənin necə hazırlaşmağına baxmıram axı, özüm hazırlaşıram.
– Yalan danışma. Ayaqlarıma baxırsan.
– Hərdən. Fəsillər arasında.
– Nəsə bu kitabın fəsilləri dəhşət qısadır.
– Qulaq as, özünəvurğunluq qurbanı, sən elə də gözəl deyilsən!
– Əlbəttə, yox. Sən məni elə xəyal edirsənsə, mən nə edə bilərəm axı?

***

– Qulaq as, Rey, həqiqətən sevəndə…
– Sevəndə?!
– Sən canı bu sözü söyüş kimi tələffüz eləmə.
– Sənin yaşında? Sevgi? İlahi, dostum, sənə görə qorxuram.
– Qorxursan? Havalanaram deyə?
– Evlənərsən deyə. Azadlığına görə qorxuram. Və həyatına görə!

***

– Bəs toyumuz?
– Məgər kimsə nə vaxtsa toydan danışıb?
– Mən. Mən indi danışıram.
– Mənlə evlənmək istəyirsən?
– Hə.
– Niyə görə?
– Elə ona görə.
– A-a. İnandırıcı səbəbdir.

***

– Bir də, o əla oğlandır. Mütləq xoşuna gələcək.
– Hardan bilirsən?
– O, hamının xoşuna gəlir.
– Onda sənin niyə xoşuna gəlmir?
– Məhz ona görə ki, hamının xoşuna gəlir.

***

– Bəli, o, nə protestantdır, nə də imkanlı. Ata, səni bunlardan hansı daha çox çəkindirir?
– Bəs səni hansı daha çox cəlb edir?

***

– Əsl məhəbbət zaman sınağına tab gətirə bilər.
– Əlbəttə, bilər. Amma onu andır sınağa niyə çəkməliyəm ki?

***

Əvvəl Fil inanmadı ki, onun nişanlısının adı Oliver Berret IVdür. Və qızına müraciət edib, inandırıcı tərzdə xahiş etdi ki, On Birinci Hökmə əməl etsin.
– O hansı hökm idi?
– Öz atanı axmaq yerinə qoyma!

***

– O, bilir ki, mən imkansızam?
– Hə.
– Və bu onu təşvişə salmır?
– Hər halda, indi onla sənin ümumi cəhətiniz var.
– Yəqin bir para dollarım olsaydı, bu onu sevindirərdi, elə deyil?
– Bəs sən özün sevinməzdin ki?

***

– Oliver, – Cenni sözümü kəsdi, – bəsdir axmaqlar kimi kəkələdin.
– Cennifer, – cənab Kavilleri onu dayandırdı, – sən nalayiq sözlər işlətməyə də bilərdin! Hər halda bu it oğlu bizim qonağımızdır!

***

– Ata məhəbbətini qorumaq və ona hörmət etmək lazımdır. Bu nadir tapıntıdır.
– Ələlxüsus bizim ailədə.

***

Dekan yenə eynəklərini taxıb, yalnız dekan olandan sonra öyrənilməsi mümkün olan heç nə ifadə etməyən təbir ilə mənə baxdı.

***

Dilim dolaşa-dolaşa krujevalı salfetlərə oxşayan şeir demək. Bu ki dəhşətdir.

***

– Cenni, artıq biz qanuni ər-arvadıq!
– Hə, və mən indi ifritə ola bilərəm.

***

– Ey, Oliver, gəl teatra gedək. Bugün “Bekst” oynanılır.
– Üç dollar.
– İndi bu nə deməkdir?
– Bu o deməkdir ki, dollar yarım sənin biletin, dollar yarım mənim.
– Nə deməkdir: hə ya yox?
– Heç nə. Bu, sadəcə üç dollar deməkdir.

***

Ən balaca bunqalolardan birinin divarına fikrimdə lövhəcik vurdum: “Burda sevişmədikləri vaxt Cenni ilə Oliver yatıb”.

***

– İdmançı həmişə idmançıdır. Fərqi yoxdur quru ya yaş.
– Səni çıxmaq şərtilə, Oliver. Sən buzdansan.

***

Siz Berretlərdə şəxsi ləyaqət və rəqabət hissi o qədər inkişaf edib ki, bütün həyatınız boyu bir-birinizə nifrət etdiyinizi düşünə bilərsiniz.

***

Məhəbbət – heç vaxt “bağışla” deməməkdir.

***

– Bilirsən nə var, ifritə?
– Nə var, düşük?
– Çox şeyə görə sənə borcluyam.
– Bax düz danışmırsan, alçaq.
– Düz danışmıram?
– Hər şeyə görə mənə borclusan.

***

– Nədir, yoxsa qısqanırsan? – ümidlənərək soruşdum.
– Yox, mənim ayaqlarım daha gözəldir, – o cavab verdi.

***

– Axı niyə heç vaxt öndə olduğum anlarda dayana bilmirəm?
– Çünki, heç vaxt öndə olmursan, Preppi, – məni sevən həyat yoldaşım cavab verdi.

***

– Oliver, rədd elə onları. Həftənin düz iki gününü o darıxdırıcı axmaqlara sərf etmək istəmirəm.
– O’key, Cen, bəs onda onlara nə deyim?
– Məsələn, de ki, hamiləyəm.
– Həqiqətən?
– Yox, ancaq həftəsonunu evdə qalsaq, bu, bəlkə də, həqiqət olar.

***

Qəribə təsadüfdür: seksual həyatlarının ilk dövrlərində oğlanları narahat edən əsas məsələ rəfiqələrinin hamilə qalmamasıdır, sonra isə əksinə – nəsil törətmək üçün maniakal həvəsə düşürlər.
Bu həvəs zəhlətökən ideyaya çevrilə bilər, onda xoşbəxt ailənizə ən gözəl baxış əsas şeydən – təbiilikdən – məhrum olur. Yəni, demək istəyirəm ki, proqramlaşdırma (ağla o saat hər hansı bir maşın gəlir) – onu deyirdim, gələcək sevgi aktının xəyali proqramlaşdırılması, öz qanunları, təqvimlər, müəyyənləşdirilmiş strategiyası (“Oliver, bəlkə, səhər tezdən?”) ilə nəticədə narahatlıq, nifrət və dəhşət mənbəyinə çevrilə bilər…

***

Dindarlığım tamam başqa cür görünürdü. Məsələn, səhərlər Cenni ilə yanaşı yuxudan ayılanda. Hələ də yanaşı. Boynuma almağa utanıram, amma onda ümid edirdim ki, buna görə “sağ ol” deyəcəyim Allah var. Sağ ol ki, yuxudan ayılıb, yanımda Cennini görməyə icazə verirsən.

***

Həftənin ortası arvadını harasa nahar etməyə dartırsansa, onda dəqiq başqası ilə yatırsan!

***

– Tapın görüm nə olub, xanım Berret?
– Səni işdən qovublar,- arvadım nikbinliyini gizlətmədi.

***

Uşaqlar, narahat olmayın, etibarlı əllərdəsiniz. Hacıleyləklə biz çoxdan bu işlə məşğul oluruq.

Tərcümə: Lamiyə Göycəyeva

1.5 (30%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram