Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Viktor Hüqo “Səfillər”

kko_viktor_huqo_sefillerAnnotasiya

Səfillər (fr. “Les Misérables ») – Viktor Hüqonun yaradıcılıq fəaliyyətində əsas yer tutan romanlardan biri.

XIX əsrin başlanğıcı. Avropa – inqilab astanasındadır. Katorqadan qaçan, səfil, həbs cəzasına məhkum olunmuş Jan Valjan qəddar məhkəmədən qaçmağa məcburdur. Paris polisinin inspektoru Javer onun ələ keçirilməsini bütün həyatının işinə çevirir.Jan Valjan taleyinə görə məsuliyyət daşıdığını zənn edən Fantina adlı qadının ölümündən sonra onun qızı və ona ən yaxın insan olan Kozetta ilə qalır. Qızın xoşbəxtliyi naminə Jan hər şeyə hazırdır…

Əsərdən seçilmiş hissələr

Sanki ruhu yer üzündə yaşamaq üçün bəhanə axtarırdı.

***

Müqəddəs olmaq – müstəsna bir şeydir : ədalətli olmaq isə qaydadır. Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun.

***

Mümkün qədər az günah etmək – insan üçün qanun budur. Heç günah etməmək mələklərin arzusudur. Yer üzündə nə varsa, günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir.

***

Ah nə gözəl təsəlli verən bir adam idi! O, kədəri unutdurmağa çalışmazdı, əksinə kədəri daha da dərinləşdirib, sonra ümid verməklə anu dağıdardı.

***

– Bilik həqiqətdən doğmuş olan hakimiyyətdir. Yalnız bilik insanları idarə edə bilər.
– Bir də vicdan.
– Hər ikisi bir şeydir. Vicdan – bizdə fitrən mövcud olan biliklərin məcmusudur.

***

Tərəqqinin kobud təzahürləri inqilab adlanır. İnqilab qurtardığı zaman aydın olur ki, bəşəriyyət şiddətli qulaqburması almışsa da, irəliyə doğru addım atmışdır.

***

Varlanmaq guya qabiliyyətdəndir. Loterayada udsanız, sizi ağıllı hesab edecəklər. Bəxtiniz gətirdimi – hamı sizi böyük bir insan hesab edər.

***

Almazın çürümək qorxusu yoxdur.

***

Seyr edənlərin özlərini də seyr edənlər var.

***

Hər yerə yayılmış qəm-qüssə onun üçün yalnız yaxşılıq etməkdən ötrü daimi bir bəhanə idi.

***

Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca gəldiyini çox gözəl bilirlər.

***

Ləkələnmiş adamlar hörmət həsrətindədir.

***

İnsanı yoxsulluqdan şərəfsizliyə aparan yol yaxşı çıxış yolu deyildir.

***

Bədbəxtlik zehni tərbiyə edir.

***

Əsrlərin siması məhz ayrı-ayrı illərin simasından yaranır.

***

Yoxsuluq və nasazlıq pis məsləhətçidirlər : birisi deyinir, o birisi yaltaqlanır. Nəzarətsiz qəblər bu səslərə qulaq asırlar. Nəticədə məhv olur, sonra da məhv olanlara daş atırlar.

***

Bunlar nə mərhəmətli, nə kinli, nə alim, nə cahil, nə dahi, nə də axmaq idilər, lakin bunlarda bir sehr, bir cazibə var idi ki, buna da “20 yaş” deyirlər.

***

Süleyman peyğəmbər cavab verirdi ki, məhəbbət ismətin bir hissəsidir.

***

O, yaşamaq üçün işləyirdi, sonra yenə yaşamaq üçün sevdi, çünki adi aclıqdan başqa ürək aclığı da var.

***

Dünyada heç nəyi bəyənməzdi ki, bu da zəiflərin nəzərində böyük qüvvədir.

***

Çox vaxt sadəlövhlüyün böyük məharət olduğu meydana çıxır.

***

Ağzı açıq qalmış pivə köpüklənməz.

***

Səhv etmək – eşqin xasiyyətidir.

***

Həyatda mvəffəqiyyət qazanmaq üçün alçaq olmaq kifayət deyildir.

***

Bəzi adamlar vardır ki, birinə nifrət bəsləmədən, başqalarını sevə bilməzlər.

***

Dövlətin ən mühüm məmurları süd anaları və məktəb müəllimləridir.

***

Onun sizin yanınızda olmağına səbəb sizin ona möhtac olmağınız, onun da sizsiz yaşaya bilməməsidir.

***

Həyatın ən ülvi səadəti – sevildiyinizə əmin olmaqdır, sizi öz xatirinizə, daha doğrusu, sizdən asılı olmadan sevməkdir.

***

Qadının pərəstişkarlığından başlayaraq onun mərhəmətinə qədər hər bir şeyə sahib olmaq, heç bir zaman yalqızlıq nə olduğunu duymamaq, onun itaətkarlığından və zəifliyindən qüvvət almaq, bu əyilmək bilməyən nazik ağaca söykənmək, öz əllərinizlə öz səadətinizə toxunmaq, onu bağrınıza basmaq – aman allah, bundan da böyük səadət olarmı?

***

İnsanı keçmiş həyatla bağlayan sirli telləri qırmaq çətin və əziyyətli işdir.

***

Aza qənaət etməyin axırı heç nə ilə yaşamaqdır.

***

Deyirlər ki, köləlik Avropa mədəniyyəti sayəsində yox olmuşdur. Bu səhv fikirlərdir. Köləlik hələ də mövcuddur, lakin onun ağırlığı indi yalnız qadınların üzərinə düşür ki, buna da fahişəlik deyilir.

***

Marağın gözü ac olur.

***

Vicdan – xam xəyallar, ehtiraslar, arzular xaosu deməkdir, vicdan – xəyallar və həsrətlər dəfinəsi, özümüzün belə həya etdiyimiz fikirlərin mağarası deməkdir.

***

Ən müqəddəs şey başqalarını düşünməkdir.

***

Bütün həyat dadisələri arası kəsilmədən bizdən qaçır. Hər bir qaranlığın işıqlı bir gündüzü var. Hər bir şimşəkdən sonra yenə qaranlıq çökür. Siz seyr edir, tələsir, keçici bir xəyalı tutmaq üçün əllərinizi uzadırsınız. Hər bir hadisə – yolun döngəsi deməkdir. Yolları dönə-dönə birdən qocalıq başınızın üstünü alır. Siz bir təkan hiss edirsiniz, ətraf qaranlıqdır, qarşınızda duman arasından açıq bir qapı görürsünüz, sizi buraya gətirib çıxaran həyatın qəmli atı dayanır və qaranlıqda, üzü pərdəli bir kimsə, tanımadığınız bir kimsə atı açmağa başlayır.

***

Bu qədər dəqiq olmasına səbəb mərhəmətli olması idi : o, mərhəmətli olduğu üçün də dəqiq idi.

***

Taleyin amansız zərbələrində bir xüsusiyyət var : biz nə qədər kamil və ya nə qədər bərk ürəkli olsaq da, bu zərbələr yenə də mənliyimizin darınliklərindən insan təbiətini zahirə çıxarır.

***

Bəlkə də onun hiddətlənməsi öz acizliyini özündən gizlətmək üçün idi?

***

Tarixin qəribə və ilahi bir xüsusiyyəti var : özü nur olduğu halda və məhz nur olduğu üçün, indiyə qədər parlaq zənn edilən yerlərə kölgə salmağa başlayır. Tarix bir şəxsi iki müxtəlif kabusa çeviri, biri o birinə hücum edir, ona divan tutur və müstəbid bir hökmdarın qorxunc sifətləri bir sərkərdənin cazibədar təsiri ilə qarşı qarşıya gəlir. Xalqlar da bunun sayəsində tarixi şəxsiyyətlərə daha düzgün və qəti qiymət verə bilirlər. Rüsvay olmuş Babil İsgəndərin, zəlil olan Roma – Sezarın, dağıdılmış Beytülmüqəddəs _ Titin şöhrətini azaldır. Zülmün ömrü zalımın ömründən uzundur. Ölərkən surətində təcəssüm edən zülmətdən başqa bir şey qoymayıb gedənlərə ar olsun!

***

İnsan bütün dünyaya sahib olacağını zən etdiyi halda, ona müqəddəs Yelena adası qismət olur.

***

İmperatordan (Napaleon) göylərə şikayət olunmuşdu və onun süqut məsləsi artıq həll edilmişdi. O, tanrıya mane olurdu.

***

Ölümü arzulamaq da ölmək deməkdir.

***

İcazə verilən şər yaxşılığın təzahürlərindən biridir.

***

Hər zaman materiya ruh qarşısında pərəstiş edər.

***

Bir çox insanların taleləri belədir : onlar özlərini yalnız yarıya qədər göztərə bilirlər.

***

Məyusluq hər zaman əsnər.

***

İki bədbəxtlik birləşəndə səadət əmələ gəlir.

***

O sevmək qabiliyyətini itirməmişdir, lakin – əfsus!- o sevmək imkanından məhrum edilmişdi.

***

Yaxşı niyyətlərin də, pis niyyətlərin də uçurum kimi yerləri var.

***

“Meymun şərabı”, “aslan şərabı”, ” qoyun şərabı”, “donuz şərabı”. Bu dörd ad sərxoşun endiyi dörd pilləyə işarə idi. Birinci sərxoşluq pilləsi insanı şadlandırır, ikinci pillə – əsəbləşdirir, üçüncü pillə sarsaqlaşdırır, nəhayət, dördüncü pillə – heyvana döndərir.

***

İnsan qəlbi heç zaman boş qalmamalıdır. Əgər bir şey məhv olursa, qoy məhv olsun – yalnız bir şərtlə ki, o məhv olmaqla, başqa bir şey yaranmış olsun.

***

Həqiqətin bir xüsusiyyəti var ki, o da heç zaman mübaliğəyə yol verməməkdir. Onun mübaliğəyə ehtiyacı yoxdur.

***

O yerdə ki, sadə bir gün işığı kifayətdir, yanğın alovlarına nə ehtiyav var?!

***

Düşünmək – budur insan ruhunun həqiqi qələbəsi!

***

Yalnış bir səbəbə görə edilən fədakarlıq hər halda fədakarlıqdır.

***

Səni dinləməsələr də, hələ bu o demək deyildir ki, sən gərək susasan.

***

Harada olursa olsun, uşaq ki, başlı-başına buraxıldı, sanki tale onu bizim cəmiyyətin qəbahətləti içində batıb qalmağa məhkum edir, cəmiyyət onun namusunu, vicdanını əlindən alır.

***

İctimai əlaqələr sahəsində bütün nəcibliyin yeganə mənbəyi – elmdir, ədəbiyyatdir, incəsənətdir, təhsildir.

***

İrəli hərəkət etmək üçün bəşəriyyətin qarşısında həmişə zirvələr başında şanlı qəhrəmanlıq nümunələri olmalıdır.

***

Əgər kişi zənən xeylağına çox təəşşüq göstərirsə, özünün də arvadı varsa, bu arvada qarşı da laqeydsə, bu arvad da çirkinsə, qaşqabaqlı isə, öz hüququnu yaxşıca dərk edirsə, toyuq ağac üstündə oturan kimi, qanun məcəlləsinin üstündə oturursa, hələ bir qısqancdırsa – onda bu kişinin əl-qolunu açması və rahatlıq kəsb etməsi üçün bircə yol qalır : pul kisəsini arvadının ixtiyarına versin.

***

Əri ona etinasızlıq göstərir, o da ərinin var-yoxunu dağıtmaqla təsəlli tapır.

***

İllər insan təbiətini rəndələyir.

***

Dəymə-düşər qızlar həmişə belə olur: onların qalası nə qədər az təhlükə qarşısındasa – onlar bir o qədər çox sayıqlıq göstərirlər.

***

Onun bütün varlığı – artıq qurtarmış olan bir həyattın əlamətlərini göstərirdi, əslində isə onun həyatı hələ heç başlamamışdı

***

Sanki hər şeyin ömrü tükənmişdi, ancaq inad edərək qəbrə getmək istəmirdi.

***

Bizi həmişə – bizim özümüzdə çatışmayan cəhətlər cəlb edir.

***

Onun yeganə bir yükü vardısa, o da öz fikirləri idi.

***

Ağ həmişə ağa qarşı amansızdır.

***

Zaman hər hissi kütləşdirir.

***

İnsan sevdikcə daha artıq sevmək istəyir.

***

Yalnız nazik bir hasar ümidsizliyi qəbahətdan, ya cinayətdən ayırır.

***

Çox vaxt elə olur ki, mehribanlıq ifadə edən sözlər sevgi hissindən çox yaşayır. Onun ağzı : “əzizim” desə də qəlbi susurdu.

***

Göz önündə olmayan adamın xatirsəi qəlbin qaranlıq, dərin güşəsində alışıb yanır; bu adamın bir daha qayıdıb gəlməsinə ümid nə qədər az isə onun xatirəsi də bir o qədər çox işıqlanır. Ümidsizliyə tutulan, zülmət içində boğulan qəlb bu işiğı öz üfüqündə görür; bu onun gecəsinin ulduzudur.

***

Xoşbəxt o adamdır ki, allah ona, qəmginlik içində olsa da, məhəbbətə və bədbəxtliyə layiq bir qəlb vermişdir.

***

Təbiətdə əhəmiyyətsiz heç bir şey yoxdur,- təbiətə dərindən nüfuz edənlər bunu bilir.

***

O, heç bir şey bilmirdi,- cazibədarlıq və təhlükə də elə bundadır.

***

Uşaqlar bıçaqla oynadıqları kimi, qadınlar da öz gözəllikləri ilə oynayırlar. Elə də olur ki, onlar öz-özlərini yaralayırlar.

***

Bu nə qədər qəribə görünsə də, cavan oğlanın həqiqətən sevdiyini göstərən ilk əlamət – qorxaqlıqdır, cavan qızınkı isə cəsarət!

***

Bir-biri ilə belə nadir, belə riqqətli bir məhəbbətlə bağlı olan, uzun zaman bir-biri üçün yaşayan bu iki insan indi bir-birinin yanında, bir-birindən ötrü dinib-danışmadan, şikayətlənmədən, gülümsüyə-gülümsüyə əzab çəkirdi.

***

Sevgi nədir: kainatın bir məxluqda cəmləşməsi; bir məxluqun tanrıya çevrilməsi.

***

Əbədiyyəti zəbt edə bilən, onu doldura bilən yeganə şey – sevgidir.

***

Sevgi yoxluğundan ölmək – dəhşətdir.

***

– O qız yenə Lüksemburq bağına gəlirmi?
– Yox, cənab.
– O qız günorta ibadətində bu kilsədə olurmu?
– O daha bura gəlmir.
– O qız yenə bu evdə yaşayırmı?
– O buradan köçüb getmişdir.
– İndi o harda yaşayır?
– O öz yerini demədi.
Öz Ruhunun harada yaşadığını bilməmək insan üçün nə böyük müsibətdir.

***

Vay o adamın halına ki, o ancaq bədəni, şəkli, surəti sevmişdir! Ölüm bunların hamısını onun əlindən alacaqdır. Çalışın ruhu sevin, onda siz yenə də onu taparsınız.

***

Sevilmək nə böyük şeydir! Bundan daha böyük bir şey sevməkdir! Ürək ehtirasın gücü ilə əzəmətli olur. O özündə ancaq təmiz şeyləri saxlayır; o ancaq yüksək və böyük şeylərə arxalanır.

***

Susmaq qəlbin dolu olduğunu göstərir.

***

Yoxsul ehtiyacın müəyyən dərəcəsində kütləşərək, bədxahlığa qarşı daha şikayətlənmir, xeyirxahlıq üçün də təşəkkür etmir.

***

Tənbəllik – anadır. Oğlu – oğurluq, qızı – aclıqdır.

***

Sevgi üçün orta bir vəziyyət yoxdur : o ya məhv edir, ya xilas edir.

***

Sevgi əgər ölüm deyilsə, həyatdır.

***

O ancaq Kozettanı gördüyü anlarda yaşayırdı.

***

Sevgi – bütün başqa şeyləri ehtirasla unutmaqdır. Ehtirasdan necə məntiq tələb etmək olar!

***

İnsanların qəribə iddiası var : istəyirlər ki, sevgi onları bir yana aparıb çıxarsın.

***

Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.

***

Sevgi deyilən füsunkar operanın librettosu əhəmiyyətsiz şeydir.

***

Onların ruhu bir-birinə elə qarışmışdı ki, hərə öz ruhunu götürmək istəsəydi bunu ayırd edə bilməzdi.

***

Həmişə səmimi və təbii hisslər olan yerdə ayrılıq məhəbbəti daha da artırır.

***

O küçələri avara-avara dolaşmağa başladı – bu əzab çəkən adamların əl atdığı adi bir vasitədir.

***

Müharibə o zaman biabırçı bir şey, xəncər o zaman qatil xəncəri olur ki, bunlar haqqa, tərəqqiyə, idraka, mədəniyyətə, həqiqətə öldürücü zərbə endirsin.

***

Qəlb bütün xəyallarını sərf etməyincə ümidsizliyə uğramır.

***

Səbir kasası dolanda, əzab və iztirab həddindən aşanda ən mətanətli xeyirxah adamlar da sarsılır.

***

Böyük kədər insan mənəviyyatını əzir, həyatı insanın gözündən salır.

***

Hər adamın cəmiyyət üçün etdiyi güzəştin eyni miqdarda olmasına bərabərlik deyilir.

***

Fədakarlıq bəzən qalibiyyətə gətirib çıxaran son silahdır.

***

Ən yüksək fəlsəfə laqeydlikdir.

***

Başqasını yaralayan özü də yaralanacaqdır.

***

Mədənin tələbinin yeganə qanun olmasına yol vermək olmaz.

***

Hər an – amansız bir qəbirqazandır.

***

İlk sarsıntı keçəndən sonra onun beyni əmələ gəlmiş vəziyyəti bir növ filosofcasına dərk etməyə başladı, bu da aşağıdakı cümlə ilə ifadə olunurdu : ” Elə belə də olmalı idi!” Lakin o : ” Mən bunu çoxdan deyirdim!” düsturuna gəlib çatmadı.

***

Həkimin öz-özünə ürəyində danışması xəstənin pis vəziyyətdə olmaını göstərir.

***

O öz qarşısında eyni dərəcədə düz olan iki yol görürdü, ancaq bu yol iki idi; İşin xüsusilə əzab verən cəhəti də o idi ki, bu yollar bir-birinə zidd idi.

***

Ona hər şeydən çox əzab verən – özünə inamını itirməkdi.

***

Sevgi insan axmaqlığı, tanrı hikmətidir.

***

Xoşbəxt adam bütün dünyaya xoşbəxtlik diləyir.

***

Biz yaxşı olduğumuz üçünmü xoşbəxtik, ya xoşbəxt olduğumuz üçünmü yaxşıyıq?

***

Nə olursa – olsun, hər zaman qadın seviləcəkdir.

***

Elə yaşayın ki, ikilikdə sizə daha heç bir şey lazım olmasın.

***

Doğruda da mən öz qüvvəm daxilində olan hər şeyi elədir. Ancaq bir şeyi eləyə bilmədim : tək olanda mənimlə söhbət eləyən adamı susdura bilmədim.

***

O elə vəziyyətə, yorğunluğun elə pilləsinə gəlib çaymışdı ki, burada kədər insanın çıxmaq üçün daha özünə yol axtarmır, o sanki donub, qalır. Ürəkdə elə bil ümidsizlik laxtası əmələ gəlir.

***

Ölməyin eybi yoxdur, yaşamamaq dəhşətdir.

Tərcümə: Azərbaycan Yazıçılar İttifaqı

4.6 (92%) 10 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram