Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Onore De Balzak “ Qorio ata”

kko_onore_de_balzak_qorio_ataAnnotasiya

“Qorio ata” (fransızca “Le père Goriot”)  – fransız yazıçısı Onore de Balzak tərəfindən 1832-ci ildə yazılmış və nəticədə “Bəşəri komediya”ya daxil edilmişdir. İlk dəfə 1834-cü ilin dekabr ayında “Paris icmalı” qəzetində çap olunmuşdur. Romanda sonda Qorionun ölümünə səbəb olan bir atanın öz övladalrına qarşı hədsiz, fədakar və qarşılıqsız məhəbbətindən söhbət açılır.

Əsərdən seçilmiş hissələr

Öz təbiətləri etibarilə xudpəsənd şəxsiyyətlər də var : onlar nə öz yaxınlarına, nə öz dostlarına heç bir yaxşılıq etməzlər, çünki bu yaxşılıq yalnız onların borcudur: əgər onlar tanımadıqları adamlara yaxşılıq edirlərsə, bununla yalnız öz qiymətlərini yüksəltmiş olurlar.

***

İnsan qəlbi könül münasibətlərinin zirvələrinə yüksəldiyi zaman adətən ara-sıra yorğunluğunu alır, lakin kinli hisslərin ağır enişi ilə enərkən gec-gec dincəlir.

***

Xırda insaların ən alçaq sifətlərindən biri öz mənəvi yoxsullaqlarını başqalarına aid etməkdir.

***

Bəzi kişilər üçün duel meydanında onun ürəyinə şpaqasını sancmağa hazır olan bir düşmən qarşısında dayanmaq, 2 saat göz yaşları ilə dolu şikayətlərdən sonra can verdiyini söyləyən və naşatır tələb edən bir qadın qarşısında dayanmaqdan daha asandır.

***

Sevən bir qadın eşq əyləncələrinə hər zaman yeni bir rəng verməkdənsə, şübhə üçün bəhanələr icad etməkdə daha mahir olur.

***

Əgər siz müvəffəqiyyət qazanmaq istəyirsinizsə, hər şeydən əvvəl, sadə və səmimi olmayın.

***

Qəlbləriniz xəzinədir: onu birdən birə xərcləsəniz, dilənçi qalarsınız.

***

Yaxşılıq iki insanı bir-birinə bağladıqda, həqiqi məhəbbət kimi nadir və qiymətli olan ilahi bir hissə çevrilir.

***

Mən sizi yalnız sizin üçün sevdiyimi sübut etmək istəyirəm.

***

Pul yalnız hiss yox olduğu zaman rol oynamağa başlayır.

***

Qeyri-mümkün şeyləri imkan daxilində sübut etmək və xoş niyyətli işləri ürəyə daman hisslərlə məhv etmək qadınlara məxsus bir xasiyyətdir.

***

Müvəffəqiyyətsizlik hər zaman arzularımızın güclü olduğunu göstərir.

***

Qadınlar ən həyasız yalanlarında belə təbii hissə qapıldıqlarından həmişə səmimi olurlar.

Tərcümə: Azərbaycan Yazıçılar İttifaqı

3.4 (68%) 5 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram