Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Jaume Kabre “Od tutub yandıq”

Annotasiya

“Od tutub yandıq” (katalonca “Consumits pel foc”) – katalon yazıçısı Jaume Kabrenin 2021-ci ildə çap olunan romanıdır.

Romanda yaddaşını itirən və keçmişini xatırlmağa çalışan bir müəllimin baş verənləri yada salmaq cəhdlərindən bəhs edilir. Reallıq və illüziya arasında ilişib qalan əsərin qəhrəmanı keçmişin kölgələri, cinayət və qaçılmaz qisas ilə üzləşir.

Bu, eyni zamanda psixoloji nuar, fəlsəfi pritça və ədəbiyyata sevgi etirafıdır.

Karandaşın izi ilə

Başqasının bədbəxtliyinə səbəb olmaq üçün xüsusi biliyə ehtiyac yoxdur.

***

– Siz boş-boş şeylərlə dərsdə uşaqların başını qatırsınız.
– Hansı boş şeylərlə?
– Aşiq növcavan kimi lövhəyə şeirlər yazırsınız.
– Bu, ədəbiyyat dərsi idi.
– İspan ədəbiyyatı. Katalon ədəbiyyatı qadağandır.
– Ədəbiyyatı necə qadağan etmək olar?

***

Uşaq vaxtı xoşbəxt idim və bunun fərqində deyildim.

***

– Bilirsiniz, neçə yaşınız var?
– Yox, deyəsən, heç vaxt saymamışam.

***

– Məni İsmayıl çağırın.
– Nə dediniz?
– Bilmirəm, nə dedim ki?
– Adınızın İsmayıl olduğunu dediniz?
– Yox, mən dedim ki, məni İsmayıl çağırın.
– Elə eyni şey deyil ki?

***

Heç vaxt pessimistlə evlənməyin.

***

– Oxumağı sevirəm.
– Mən də.
– Maraqlıdır.
– Yoxsa sevmədiyimi düşünürdün?
– İldə neçə kitab oxuyursan?
– Bilmirəm, iki-üç. Bəzən biri də olmur. Bəzən oxuyuram, amma çox tez yoruluram.
– Mənim də topa bir-iki dəfə zərbə vurduğum olub, ancaq özümə futbolçu demirəm.

***

Bütün sevgi nəğmələri bir-birinə bənzəyir.

Tərcümə: Lamiyə Göycəyeva

3.2 (64%) 10 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram