Annotasiya
Topluya müəllifin 12 hekayəsi daxildir: “Sevgi haradadırsa, tanrı oradadır”, “Yuxuda nə gördüm”, “Alyoşa qorşok”, “Korney Vasilyev”, “Bədbəxtlər”, “Karma”, “Üç ölüm”, “Axı niyə?”, “Baha başa gəlir”, “Yoldan ötənlə söhbət”, “Uşaqlar böyüklərdən ağıllıdırlar”, “Övlad sevgisi”.
Lev Tolstoyun irihəcmli əsərlərində olduğu kimi qısa hekayələrində həyatın mənası, yaxşılıq, ölüm, xeyir və şər kimi əzəli mövzular öz əksini tapır. Kitabda müəllif məişət hadisələri fonunda fəlsəfi ideyaları, bəşəriyyətin əxlaqi, mənəvi və dini şüurunu təsvir edir.
Karandaşın izi ilə
“Sevgi hardadısa tanrı oradadır”
Hamını bağışlamaq lazımdır, acizləri isə daha çox.
***
“Yuxuda nə gördüm”
Könlündən həyatı olduğu kimi yaşamaq keçirdi, onunla oynamaq yox.
***
Qızına rəhmi ona özünü tanıtdı.
***
Qızını bağışladı və onu bağışlamaqla adamların söz-söhbəti qarşısındakı qorxuya da qalib gəldi.
***
“Karma”
Həm də bir adamın xoşbəxtliyi onda tam olur ki, o xoşbəxtlikdən hamıya pay düşür.
***
Xeyirxah insanlarla ünsiyyət xoşbəxtlik gətirir.
***
Rastlaşdığınız hər bir adamla özünüzə davrandığınız kimi davranın, sizə necə xidmət etmələrini istəyirsinizsə, ona da elə xidmət edin. Bu yolla xeyirli əməllərin toxumunu səpərsiz və onların da bəhrəsini görərsiz.
***
Başqalarına zərər vuran insan özünə pislik edir. Başqalarına kömək edən insan özünə yaxşılıq edir. Özünüzü ayrı varlıq hesab etməyin. Onda həqiqət yoluna qədəm qoyacaqsınız.
***
Tək özünü düşünmək lənətdir, birlik isə səadət. Cəhənnəm nədir? Cəhənnəm xudbillikdən başqa bir şey deyil, nirvana isə hamı ilə vəhdətdə yaşamaqdır.
***
“Axı niyə?”
Albina haqqında, ümumiyyətlə, qadın olmaq barədə öyrəndiyi şeylər onu heyrətə gətirdi. Əgər Albinaya çox zərif, ülvi duyğular bəsləməsə idi, yəqin ki, heyrət hissi məyusluq hissinə çevrilərdi.
***
“Yoldan ötənlə söhbət”
– Qoca, bilmirsən, Alekseyin evi hansıdır?
– Yo, bilmirəm, əzizim. Biz buralı deyilik.
Mən buralı deyiləm, yox ha, dedi ki, biz buralı deyilik. Bəs necə? Demək olar, tək rus yoxdur (o yalnız pis bir iş tutanda “mən” olur). Yoxsa ki, ailə də, artel də, cəmiyyət də “biz”ik.
Tərcümə: Mahir Qarayev, Saday Budaqlı
