Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Salli Peyc “Hekayələrin keşikçisi”

Annotasiya

“Hekayələrin keşikçisi” (ingiliscə “The Keeper of Stories”) britaniyalı yazıçı Selli Peycin debüt romanıdır.

Romanda Kembricdə evlərə təmizliyə gedən Cenis adlı ortayaşlı qadının həyatından bəhs edilir. O, ev sakinlərinin unudulmuş xatirələrini, başlarına gələn hadisələri dinləməyi sevir və bir müddətdən sonra real həyat hekayələrini toplamağa başlayır, çünki məhz onlar sayəsində möcüzələrin baş verdiyini, hər gün rastlaşdığımız, salamlaşdığımız insanların hansı qəhrəmanlıqlara, şücaətlərə qadir olduğunu görə bildiyimizə inanır. Elə özü də qoca casus Missis Bi ilə qarşılaşandan sonra həyatını yenidən nəzərdən keçirir, yaşamağa macal tapmadığı arzularına şans verməyə başlayır.

Karandaşın izi ilə

Yaxşı xadimə öz özünün ağasıdır.

***

Dəqiqlik kralların nəzakətidir.

***

Bir vaxtlar evdəki ən qiymətli əşya qondola formasında olan şərab sandığı sayılırdı… ta ki, plazma televizorları icad edilənə qədər.

***

Həyatın tragikomediyasında görəsən hansı daha çoxdur: komediya, yoxsa faciə?

***

Bu ki çox təbiidir: kitabları oxumağı sevən adam kitablar haqqında danışmağı da sevir.

***

Əslində qarıya həqiqəti demək pis olmazdı: Cenisin işi hekayələri qorumaqdır və onları özü hekayəsiz bir insan olduğu üçün toplamağa başlamışdı.

***

– Kimsəsiz adaya özünüzlə yalnız bir kitab götürə bilsəydiniz, hansı romanı seçərdiniz?
– “Şöhrətpərəstlik yarmarkası”nı.
– Yaxşı seçimdir. Çoxqatlı kitabdır, bir hekayənin içində başqa hekayələr gizlənir. Möhtəşəm dil, incə yumor, heyrətamiz absurd hissi… və zəngin obrazlar ansamblı!

***

– Bəli, bu, real hekayədir. Lakin dəfələrlə nəql edilən istənilən hekayə kimi onun da bəzi yerləri şişirdilib.

***

Yazıçı və sufrajist Meri Avqusta Uordun hər kəlməsinin altından imzamı atıram: “Hər bir insan ona qədərki tarixi daha yaxşı etməlidir”.

***

– Hamısı belə deyil.
– Tamamilə haqlısınız. Ümumiləşdirməyə qaçmaq intellektual səhlənkarlığın əlamətidir.

***

Bir insanı həqiqətən tanımaq üçün onun hekayəsini eşitmək lazımdır.

***

Kar adama hekayə danışmazlar.

***

Bəlkə həyatın mənası öz hekayəni yaratmaqda deyil? Bəlkə bircə uğur kifayətdir, elə bir uğur ki, sonralar ona qürurla baxa biləsən, o da sənin vizit kartına çevrilə.

***

Ötən gün bir ana oğlunu peyvəndə aparırdı və yolda ona peyvəndin mənasını izah edirdi: virusun kiçik bir hissəsini bədənə yeridirlər ki, bədən xəstəliklə mübarizə aparmağı öyrənsin.
Elə həmin an oğlan birdən deyir:
– Deməli buna görə heç vaxt burnum axmır.
Ana soruşur:
– Bunun nə dəxli?
Uşaq isə cavab verir:
– Ona görə ki, burnumu qurdalayıram, “tapdıqlarımı” yeyirəm.

***

– Atam öləndə mənim on, bacım Coyun isə beş yaşı var idi.
Nədənsə başlamaq lazımdır. Hekayələr isə həmişə dəyişiklikdən başlayır.

***

Əhəmiyyətli olan baş verənlərdir, baş verməyənlər yox.

***

Heyif, onlar daha əvvəl tanış olmayıblar! Bəlkə onda dost olmazdılar? Bəlkə bəzi münasibətlər yalnız həyatın müəyyən bir dövründə, müəyyən bir mərhələsində yarana bilir?

***

Günah bəlkə də xəstəlik kimidir: insan ondan əziyyət çəkə, eyni zamanda ondan xəbərsiz qala bilər.

***

Bəlkə hekayələri yalnız həyatda olan gözəlliklərdən bəhs etmək üçün deyil, həm də danışanın içindəki pis şeyləri buraxması, onların küləkdə uçuşan toz buludu kimi dağılması üçün danışmaq lazımdır?

***

Müxtəlif insanların həyat hekayələri sayəsində hansı böyük işlərə qadir olduğunu anlayırsan.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram