Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Liz Nyucent “Qəribə Selli Daymond”

Annotasiya

“Qəribə Selli Daymond” (ingiliscə “Strange Sally Diamond“) irland yazıçı Liz Nyucentin psixoloji triller janrında qələmə aldığı, travma, yaddaş və şəxsiyyət kimi mövzuları araşdıran romandır.

Baş qəhrəman Salli Daymond sosial baxımdan təcrid olunmuş, emosiyalarını ifadə etməkdə çətinlik çəkən qırx yaşlı qadındır. Atasının ölümündən sonra onun zarafatla söylədiyi sözlərini hərfi mənada başa düşüb, cəsədini zibil ilə birlikdə yandırmağa cəhd edir və bu hadisə mediada qalmaqala səbəb olur, bununla da Sallinin keçmişinə aparan qapını açır. Uşaqlıq travmaları, gizlədilmiş həqiqətlər və zorakılıqla dolu xatirələr tədricən üzə çıxır. Roman paralel baxış bucaqları vasitəsilə həm qurbanın, həm də cinayətkar psixologiyasının dərinliklərinə enir.

Müəllif insan zehninin müdafiə mexanizmlərini, sevgi və laqeydlik arasındakı incə sərhədi, həmçinin cəmiyyətin “normal” anlayışını təhlil edir. Narahatedici atmosferi və psixoloji dərinliyi ilə roman oxucunu son səhifəyə qədər gərginlikdə saxlayır.

Karandaşın izi ilə

– Santa-Klaus yoxdursa, onda Allah da yoxdur? Ya da şeytan?
Anam atama baxdı, o isə belə cavab verdi:
– Heç kim bilmir.
Bu konsept mənə məntiqsiz gəldi. Əgər onlar Santa-Klausun mövcud olmadığını dəqiq bilirdilərsə, niyə Allah məsələsində əmin deyildilər?

***

Atam insan beynini öyrənirdi. Deyirdi ki, beynim əla işləyir, amma emosional olaraq sanki sönmüşəm. Bir dəfə ağzından qaçırmışdı ki, mən onun həyatının əsas işiyəm. Soruşdum ki, o, mənim emosiyalarımı “yandıra” bilərmi? O isə cavab verdi ki, onun və anamın əlindən yalnız bir şey gəlir — məni sevmək və bir gün mənim də onları sevməyi öyrənəcəyimə ümid etmək. Onlara laqeyd deyildim. Başlarına pis bir şeyin gəlməsini istəmirdim. Kədərləndiklərini görmək xoşuma gəlmirdi. Elə bilirdim ki, sevgi elə budur.

***

Tənhalıqda gülməli heç nə yoxdur.

***

İlk bir neçə görüş çətin keçdi. Bu və digər hallarda özümü necə hiss edirdim?
– Normal, – deyə cavab verirdim.
– “Normal” emosiyа deyil.
Emosiyalarımı kəşf etməyə və onları araşdırmağa başladım. Məlum oldu ki, qəzəbli, incik, yaralı və əsəbi idim, amma eyni zamanda minnətdar, istiqanlı, mehriban, həssas və tənha idim.

***

– Keçən həftə Dublində bir gənc soyuqdan donaraq ölüb. Bu barədə Abebiyə danışa bilərsiniz, – deyə təklif etdim.
– Salli, belə şeyləri azyaşlı uşaqlarla müzakirə etmək olmaz. Yuxularını qarışdıra bilərlər. Halbuki yuxuları qarışan siyasətçilər olmalıdır.

***

Dəyişiklikləri qəbul etmək tərəqqinin zəruri şərtidir.

***

Qəzəb ikinci dərəcəli emosiyadır. Hiddət qorxunu və ya zəifliyimiz, acizliyimizlə bağlı hər hansı başqa emosiyanı alovlandıra bilər.

***

Zorakılıq demək olar heç vaxt düzgün cavab deyil.

***

Bilirdim ki, onu qapalı yerdə tutub saxlamaq düzgün deyil, amma o, bunu artıq unutmuşdu.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram