Annotasiya
“Keşiş evində qətl” (ingiliscə “The Murder at the Vicarage“) detektiv kraliçası Aqata Kristinin 1930-cu ildə “Miss Marpl” silsiləsi çərçivəsində qələmə aldığı ilk romanıdır.
Miss Ceyn Marpl balaca ingilis kəndində qız qarımış yaşlı bir ledidir. Vaxtını toxuculuqla, bağçasını gözəlləşdirməklə və cinayət işlərini araşdırmaqla keçirir.
Günlərin birində qonşuluğunda – kənd vikarisinin evində qətl hadisəsi baş verir: kənddə az qala hamının nifrət etdiyi polkovnik Protero öldürülür. Demək olar, bütün kənd əhalisi şübhəli qismində nəzərdən keçirilir. Miss Marpl hadisənin təfərrüatlarını ordan-burdan eşidir, lakin ayrı-ayrı faktları cinayətin açılmasına gətirib çıxaran məntiqi ardıcıllıqla düzməyi bacarır.
Karandaşın izi ilə
Qrizelda məndən az qala iyirmi yaş cavandır. Çox gözəldir, adamı ibadətdən, axirət qayğılarından yayındırır.
***
– Yaxşı, bəs sən günortadan sonra neyləyəcəksən, Qrizelda?
– Öz vəzifəmi icra eləyəcəyəm. Vikari arvadının vəzifələrini… Saat beşin yarısında çay dəsgahı, qeybət məclisi quracağam.
***
Kiminsə başının tacı olmaqdansa, onun gizli, şirin günahı olmaq daha xoşdur.
***
Vikari iqamətgahına gələn adam orada vikari görməyinə təəccüblənməməlidir.
***
– Yaxşı qız belə iş görməz.
– Necə iş görməz?
– Subay kişiyə katibəlik etməz.
– Ah, əzizim. Məncə, ən pisi elə evli kişilərdir.
***
Bu qadınların özləri günah sarıdan korluq çəkirlər. Öz günahları olsaydı, başqalarınınkını qurdalamağa vaxt tapmazdılar.
***
Qrizelda həmişə deyir ki, o, dadlı yemək bişirtdirməyə çalışanda təamı daha çox korlayır, nəinki buna çalışmayanda.
***
Qrizelda ağıllı tərpənib istridyə sifariş etmişdi. Aşpaz nə qədər naşı olur-olsun, istridyəni korlamaq mümkün deyil, çünki onu elə çiy yeyirlər.
***
Həmişə belə hesab etmişəm ki, adi adamlara ruhani ilə bir evdə yaşamağın, bir mühitdə olmağın özü kifayət qədər ağır yükdür.
***
Hamı öz başına gələni misilsiz hadisə sayır? Ola bilər.
***
Deyirlər, hədələnən adam çox yaşayar.
***
Gərək adamlara çox üz verməyəsən. Gəlib yalvarırlar ki, yazığam, arvadım, uşağım var. Boş şeydir! Gərək baş qoşmayasan. Hər kəs öz hərəkətinə görə cavab verməlidir, arvad-uşağının arxasında gizlənib zarımamalıdır. Mən hamıya bir gözlə baxıram. Kim olur-olsun. İstər həkim olsun, istər vəkil, istər ruhani, istər brakonyer, istərsə də sərxoşun biri.
***
Mənim vəzifəm insanların yalnız bir keyfiyyətini – mərhəmət hissini qalanlarından üstün tutmaqdır.
***
Bir xəbərin miss Marpldan qabaq bizə çatması çox nadir hadisədir.
***
– Güclü təxəyyülü var. Heç kimin xasiyyətində yaxşı şeylər görmür, yalnız pis cəhətlər, bəd niyyətlər axtarır.
– Yəni qız qarımış qadınların tipik nümunəsidir.
***
Öldürülənin polkovnik Protero olduğunu eşidəndə isə heç qulaqlarıma inanmadım. Axı o öldürülə biləsi adama oxşamırdı.
***
– Məncə, Meriyə heç olmasa biş-düşü bir az öyrətmək olar.
– Mən səninlə razılaşmıram. Özün bilirsən ki, babat qulluqçu saxlamağa pulumuz çatmır. Buna da az maaş veririk. Biz onu öyrətsək, çıxıb gedəcək. Yüz faiz… Daha çox maaş verilən yerə gedəcək. Amma nə qədər ki yemək bişirə bilmir, özünü bu cür yöndəmsiz aparır, onu heç kim əlimizdən ala bilməyəcək.
***
– Doktorun ifadəsini nəzərə almaq lazımdır. Onu qulaqardına vurmaq olmaz.
– Eh! Həkim! Həkimə inanası olsanız, bütün dişlərinizi çıxardar, sonra deyər ki, bağışlayın, sizi narahat eləyən korbağırsağınız imiş.
***
Qalib Slak məndə təşvişli, karıxmış Slakdan daha çox ikrah doğurur.
***
– Bəlkə, o da nəsə eşitmiş ola. Karlığı-filanı yoxdur ki?
– Əksinə, onun eşitmə qabiliyyətinə söz ola bilməz. Mən bunu onun yaydığı şayiələrin sayına əsasən deyirəm. Hamısını da, özü demişkən, “qulağı çalıb”.
***
Melçek müdrik adamdır. Başa düşür ki, ortayaşlı ledi hirslənibsə, bircə yol qalır: onu axıra qədər səbirlə dinləmək.
***
Biz ifritələrin tutulub odda yandırıldığı günləri yada saldıqca dəhşətə gəlirik. Vaxt gələcək, adamlar bizim dövrdə cinayətkarların asıldığını eşidib dəhşətə gələcəklər.
***
Bəzən insanın dərdi onun gözlərini açır.
***
Əslində yaxşı qulluqçular maskalanmağı da yaxşı bacarırlar.
***
Çox canfəşanlıq eləyir, çox qeyrət göstərir, amma bunlarla iş bitmir, ağıl da lazımdır.
***
Bəzən adam hər gün gördüyü şeyləri xatırlamır, ya da xatırlamağa lüzum görmür.
***
– Bu miss Marpl çox şey bilirmiş.
– Buna görə də onu çox sevmirlər.
***
– Letis çox cazibədar qızdır. Onunla evlənmək istəyən çoxdur. Neçəsi evlilik təklifi eləyib. Özü deyib.
– Söhbət bu kənddəki adamlardan gedirsə, o təkliflərin hamısı qanunsuzdur. Çünki bu kənddə subay adam yoxdur.
***
Mən həmişə fikirləşmişəm ki, görəsən, nəyə görə insanlar ümumiləşdirməyə bu qədər meyilli olurlar? Ümumiləşdirilmiş rəylər çox vaxt həqiqətdən xali, dəqiqlikdən uzaq olur.
***
Fikrimcə, anonim məktub ən pis, ən amansız silahdır.
***
– Əvvəldən deyim ki, bu məlumatı etibarlı mənbədən almışam.
Seynt-Meri-Middə etibarlı mənbə deyəndə həmişə kiminsə xidmətçisini nəzərdə tuturlar.
***
Hər şey uyğun gəlir. Amma düz gəlmir.
***
Bütün faktları izah eləyən bir ehtimal tapa bilməmisənsə, onu irəli sürməyə tələsməməlisən.
***
– Adam əminliklə mühakimə yürüdə bilmir, çünki…
– İnsan təbiəti mürəkkəbdir.
***
Nə vaxtsa gerçək həyatda xam, bəsir qəzəb görmək istəsəniz, məndən məsləhət: əqidəli humanistin qızışmağına baxın.
***
Cavanlar elə bilir ki, yaşlılar ağılsızdır. Yaşlılar isə elə bilir ki, cavanlar ağılsızdır.
Tərcümə: Anar Mahmudov
