Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Bleyk Pirs “O bilsəydi”

Annotasiya

“O bilsəydi” (ingiliscə “If she knew”) – Əlli beş ilinin otuz ilini Federal Təhlükəsizlik Bürosunda çalışan Keyt Uayz təqaüdə çıxır. Səs-küydən uzaq, kiçik, sakit bir şəhərdə yaşayan keçmiş agent adrenalin dolu günlərin həsrətindədir. Günlərin bir günü rəfiqəsinin qızı öz evində qətlə yetirilir. Uayzın rəfiqəsi, eyni zamanda keçmiş direktoru qatilin tapılması üçün ona müraciət edir. Həyatının monotonluğundan bezən Keyt böyük məmnuniyyətlə bu təklifi qəbul edir. Bu işdə ona təcrübəsi, iti ağlı, sərt şəraitdə sağ qalmaq bacarığı kömək edir.

Karandaşın izi ilə

Təqaüdə çıxdıqdan bir il sonra Keyt Uayz aldığı ən vacib dərsi özü üçün aydınlaşdırmışdı: dəqiq planın yoxdursa, pensiya tez bir zamanda darıxdırıcı gələ bilər.

***

Keytdən fərqli olaraq Klarissa pensiya həyatını çox tez sevmişdi. Keyt bunun səbəbini Klarissanın özündən demək olar on yaş kiçik bir kişi ilə evli olmasında, həmçinin asudə vaxtını üzgüçülük yarışlarında iştirak etməklə keçirməsində görürdü.

***

Həyat bir təkərdir, sən ya ona yapışıb qalırsan, ya da yerə düşüb parçalanırsan. Hər iki halda, təkər fasiləsiz fırlanır.

***

Xəcalət bəzən insanları irrasional davranmağa məcbur edən güclü hissdir.

***

– Yəqin, keçmişi buraxmalıyam.

– Bu, həyatımda eşitdiyim ən axmaq sözdür.

– Deyingən qoca rütbəsi sənə yaraşır.

– Bilirəm. Onu fəxrlə daşıyıram. O, mənə hər şeyi öz adı ilə çağırmağa imkan verir.

***

Qəm-qüssənin, dərd-kədərin müddəti yoxdur.

 

Tərcümə: Lamiyə Göycəyeva

1 (20%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram