Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Boris Vian “Qəbrinizə tüpürməyə gələcəyəm”

Annotasiya

“Qəbrinizə tüpürməyə gələcəyəm” (fransızca “J’irai cracher sur vos tombes”) – Müəllifin Vernon Sallivan təxəllüsü altında qələmə aldığı və 1950-ci ildə işıq üzü görən bu romanı ağların irqçiliyinin bumeranq effekti ilə qaraların irqçiliyinə keçdiyini göstərir. Bu kitaba görə ictimai əxlaqı pozmaqda günahlandırılan yazıçı məhkəməyə verilib, nəticədə yüz min frank cərimlənib. Ancaq Vianın romandan əldə etdiyi qazanc həmin rəqəmi kölgədə qoyub – “Qəbrinizə tüpürməyə gələcəyəm” yüz iyirmi min tirajla satılıb.

Müəllifin vaxtsız ölümü də simvolik olaraq bu romanla bağlıdır. 1959-cu ildə roman ekranlaşdırılır. Filmə ilkin baxış 1959-cu ilin 10 martına təyin olunur. Vian səhər saat 10-da başlayan nümayişə gəlir, 10 dəqiqə sonra oturduğu kürsüdə huşunu itirir. Onu xilas etmək mümkün olmur – xəstəxanaya çatmadan yolda vəfat edir.

Karandaşın izi ilə

– Ən yaxşı nə satılır?

– A! Romanlar. Nalayiq romanlar, ancaq bundan bizə nə? Dini ədəbiyyat da pis satılmır, eləcə də dərsliklər. Uşaq kitabları bir o qədər də alınmır, ciddi kitabları isə lap az alırlar. Düzü, heç özüm də belə kitabların müştərilərini artırmağa çalışmamışam.

– Sizin fikrinizcə, dini ədəbiyyat qeyri-ciddidir?

– Mən elə demək istəmədim.

– Narahat olmayın, elə mən də möhkəm inanclı biri deyiləm.

***

Axı bu ölkədə cəsarətli olmaq çox asandır: hər kəsin bildiyini söyləmək yetər.

***

Ümumiyyətlə, insanlar yaxşı kitab almaq barədə az fikirləşirlər, onlara başqalarının nədən danışdığı, baş çəkdikləri klublarda nəyin dəbdə olduğu maraqlıdır, o ki qaldı kitabın məzmununa, onlar buna tüpürməyə hazırdırlar.

***

– Siz ətrinizi dəyişmisiniz, Lu?

– Bəli. Məgər bu xoşunuza gəlmir?

– Niyə ki, pis deyil. Ancaq bu nə qədər düzgün hərəkətdir?

– Nə?

– Axı hörmətli cəmiyyətlərdə ətirləri dəyişmək qəbuledilən deyil. Əsl ledi eyni ətirə sadiq qalmalıdır.

– Bunu hardan tapıb çıxarmısınız?

– Bu ki hamıya məlumdur. Köhnə fransız qaydasıdır.

– Biz Fransada deyilik.

– Elə isə bəs niyə fransız ətirlərindən istifadə edirsiniz?

– Onlar ən yaxşısıdır.

– Şübhəsiz, ancaq siz bir qaydaya əməl edirsinizsə, digərlərinə də əməl etməlisiniz.

***

– Siz də hamı kimisiniz. Özünüzdən başqa istənilən şəxs tərəfindən düşünülmüş fərqli şeylərə lovğalanmağı çox sevirsiniz.

– Nə demək istədiyinizi başa düşmədim.

– Sizə səyahət etmək lazımdır. Görürsünüzmü, kinematoqrafiya və ya avtomobil, neylon corablar və ya at yarışları təkcə ağ amerikalıların ağlının məhsulu deyil. Yaxud da caz musiqisi…

– Başqa şeylərdən danışaq. Məsələ ondadır ki, siz olduqca çox kitab oxumusunuz.

***

– Mən yüz otur dollar uduzuram. Sizcə, bu, əyləncəlidir?

– O baxır, bu məbləğ sizin sərvətinizin neçə faizini təşkil edir.

***

Axmaq plandır, ancaq axmaq planlar digərlərindən daha uğurla reallaşır.

***

Gitara elə alətdir ki, səni tənbəlləşdirir. Onu götürürsən, bir-iki motiv ifa edirsən, sonra kənara qoyursan və boş-bikar gəzirsən, sonra yenə iki-üç akkord tutmaq üçün götürürsən. Və hər gün bu cür təkrarlanır.

 

Tərcümə: Məmməd Süleymanov

3 (60%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook