Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Fransuaza Saqan “Bramsı sevirsinizmi?”

Annotasiya

“Bramsı sevirsinizmi?” (fransızca “Aimez-vous Brahms?”) – Məşhur fransız yazıçısı Fransuaza Saqanın 1959-cu ildə işıq üzü görən bu romanı əsl məhəbbət həsrəti çəkən bir qadının müəmmalı, sirli daxili aləmindən, onun məişət, sosial, psixoloji və seksual problemlərindən bəhs edir. Sevgilisinin laqeydliyindən və xəyanətlərindən təngə gələn ortayaşlı bir qadın və bu qadına aşiq olan dəliqanlı, ərköyün gəncin başına gələnlər uzun, bəzən kədərli yolda iki cütlüyün kamera rəqsini xatırladır.

Karandaşın izi ilə

Onun maddi çətinlikləri var idi. Sonra problem həll olundu və onun əhval-ruhiyyəsi dərhal düzəldi. Pula sevinən qadınları çox xoşlayıram.

***

“Mənə nə olub? – deyə o fikirləşirdi. – Axı nə olub?” Xatırlamağa çalışdı: İngiltərədə keçirdiyi uşaqlıq illəri, tələbəlik illəri, on beş yaşında anasının rəfiqəsinə göstərdiyi maraq və həmin rəfiqənin bir həftə ərzində onun gözünü açması; yüngül həyat, əyləncəli dostlar, qızlar, günəşli yollar… hər şey yaddaşında fırlanır, o fikrini bir yerə cəmləyə bilmirdi. Bəlkə, heç nə olmamışdı. Sadəcə onun iyirmi beş yaşı var idi.

***

– Bəs bu səhər rastlaşdığımız qadının adı nə idi?

– Bilmirəm.

Həqiqətən də onun adını bilmirdi. Parisdə kiminsə haqqında heç nə bilməmək öz-özlüyündə gözəl bir şey idi. Gözlənilməz sevinc bəxş edirdi. Elə bir insan var ki, onun haqqında bütün gün boyu ağlına gələni uydura bilərsən.

***

Gec-tez hər kəs öz miskinliyinə əmin olur.

***

O, öz aləmində fikirləşdi ki, bu qadın üfüqi vəziyyət alan kimi avtomatik olaraq “sən”ə keçən qadınlardandır.

***

Qəribə də olsa, qadını onun gözündən salan məhz onun gözəlliyi idi. O, qadını həddindən artıq gözəl hesab edirdi. Səmimi olmayacaq qədər gözəl.

***

Dürüstlük, bu dolaşıq həyatımızda yeganə ağla gələn dürüstlük başqasını çox sevmək, ona xoşbəxtlik vermək deyilmi?

***

Simon ingilis romanı oxuyurdu. Bu, tülküyə çevrilən qadın haqqında qəribə hekayə idi. O, zaman-zaman qəhqəhə çəkib gülür, ancaq heç cürə rahat vəziyyət tapa bilmirdi; gah ayaqlarını birləşdirir, gah onları aralayırdı və fiziki narahatlıq hissi tədricən onunla kitab arasına girdi; nəhayət, Simonun səbr kasası doldu. O, romanı bir kənara atıb, evdən çıxdı.

***

Hansısa quş zaman-zaman alçaqdan, ahəngsiz səs çıxarır və həsrətin müxtəlif növlərindən ibarət bu qüsursuz həqiqi ahəng onun öz həsrətini yüngülləşdirirdi.

***

Xoşbəxtlik üçün miskin səbəbdənsə, bədbəxtlik üçün əsaslı səbəbin olması daha yaxşıdır.

***

Sevmək hələ her şey demək deyil. Sevilmək də lazımdır.

***

Tanışları ona mühiti dəyişməyi məsləhət görürdülər. O isə kədərli bir şəkildə düşünürdü ki, sadəcə sevgilisini dəyişməyə hazırlaşır: bu variant daha əziyyətsizdir, Parisin ruhuna daha çox uyğun gəlir və kifayət qədər geniş yayılmış üsuldur.

***

Səni arzulayırdım. İndi isə təkcə səni arzulayacam.

***

Həyatında ilk dəfə bu dəhşətli sevincdən – labüd şəkildə əzab çəkməyə məcbur edəcəyi birini sevməkdən zövq alırdı.

***

İyirmi yaşım olanda hər şey başqa cür idi. Yaxşı yadımdadır, nəyin bahasına olursa olsun, xoşbəxt olmaq qərarına gəlmişdim.

 

Tərcümə: Lamiyə Göycəyeva

3.5 (70%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook