Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Helen Fildinq “Bricit Consun körpəsi”

Annotasiya

“Bricit Consun körpəsi” (ingiliscə “Bridget Jones’s Baby: The Diaries”) – Bricit Consa elə gəlir ki, o, cazibədarlığını itirib və daha ailə həyatı qura bilməyəcək. Elə bu vaxt ağlasığmaz hadisələr baş verir. Cons dostunun uşağının xaç mərasimində keçmiş nişanlısı Mark Darsi ilə rastlaşır, həddindən artıq çox içki qəbul etdiyi üçün gecəni Darsi ilə birlikdə keçirir. Lakin bu yaxınlıq xəyal qırıqlığı ilə başa çatır. Tale daha sonra Bricit Consun qarşısına digər keçmiş sevgilisi – Daniel Kliveri çıxarır. Tezliklə Cons hamilə olduğunu öyrənir. Bəs uşağın atası kimdir? Darsi və Kliver ata adı uğrunda mübarizəyə başlayır.

Karandaşın izi ilə

İnsanın özü haqda təəssüratları reallıqdan uzaq olur. Eynilə planlarla olduğu kimi. Qurulan planlarla taleyin planları heç vaxt üst-üstə düşmür.

***

Hər xoşagəlməz məqamda özümə belə bir sual verirəm: “Mənim yerimdə Dalay-lama olsaydı, nə edərdi?”

***

İndicə “Buddanın məsləhətləri”ni bir daha oxudum: “Bulanıq su bir müddət sonra şəffaflaşır”. Qarışıq fikirlərlə də belədir – bir az gözləyin və hər şey qaydaya düşəcək.

***

Mən toksik maddəyəm. Şüuraltı səviyyədə kişiləri özümdən uzaqlaşdırıram.

***

Bilirsənmi, insanlar ölüm ayağında ən çox nəyin peşmanlığın çəkirlər? Onlar dünyanı xilas etmədiklərinə, karyeralarında böyük uğurlara nail olmadıqlarına görə deyil, kifayət qədər sevişmədiklərinə görə peşman olurlar.

***

– Nə baş verir?

– Nədən danışırsan?

– Nədən danışıram? Ondan ki, sən istirahət günləri zənglərə, mesajlara, elektron poçtlara cavab verməmisən. Yoxsa texniki tərəqqiyə məhəl qoymamaq qərarına gəlmisən?

***

Çalış, məsələyə müsbət tərəfdən bax. Sən eyni zamanda həm pensiya, həm uşaq pulu alacaqsan.

***

Necə oğraş biri olmalısan ki, ultrasəs müayinəsinə çağırıldığın mesaja cavab yazmayasan.

***

Bütün problem gözləntilərlə bağlıdır. İnsanları əsəbiləşdirən məhz onlardır. Belə olmalı idi, ancaq başqa cür alındı. Reallığı qəbul etməyi öyrənmək lazımdır.

***

Hər şey çox sadədir. Darıxırsansa və özünü yalnız hiss edirsənsə, obrazlı şəkildə ifadə etsək, əlini dilənçi kimi açıb oturursan.

***

Nə qədər istəyirsən, vicdanlı və alicənab ol; istirahət bilmədən işlə, bu dünyaya bir damcı da olsa ədalət gətirməyə çalış – heç bir xeyri olmayacaq. Cazibədarlıq və bayağı populyarlıq – indi qiymətli olan xüsusiyyətlər məhz bunlardır.

***

Deyirlər, ən yaxşı meşəbəyi köhnə brakonyerdən çıxır.

***

“Yox” deməyi öyrən. Bu, çox vacib bacarıqdır. Belə bir qabiliyyətin olmadan yaşamaq mümkün deyil. Əzizim, yadında saxla, “yox”; bundan da yaxşısı “qəti yox”dur.

***

Ümumiyyətlə, belə bir qızıl qayda var: əzab çəkmək istəmirsənsə, kişilərin dalınca qaçma.

***

– Bilirsən, Bricit, səndə ən çox nəyi xoşlayıram?

– Nəyi?

Özümü hazırlamışdım ki, indicə ya ağıllı, ya da gözəl olduğumu eşidəcəm.

– Səninlə birlikdə keçirdiyim bütün bu vaxt ərzində bircə dəfə də olsun darıxmamışam.

– Doğrudan?

Bu, yaxşı şeydir yoxsa pis? Sevilməyə layiq xüsusiyyətlər baxımından soruşuram.

***

Cümə, 16 mart 07:00

Mənzilim

Körpə sabah dünyaya gəlməlidir. Səbirsizliklə gözləyirəm.

Şənbə, 17 mart 21:00

Mənzilim

Hələ doğulmayıb.

Bazar ertəsi, 19 mart

Yeni doğulmuş körpə sayı: sıfır

 

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook