Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Piter Ştamm “Aqnes”

Annotasiya

“Aqnes” (almanca “Agnes”) – Kişi Amerika lüks qatar vaqonları haqqında tədqiqat aparan isveçrəli, qadın isə dissertasiya yazan amerikalı bir fizika tələbəsi. Çikaqo İctimai kitabxanasının isti oxu zalında ilk dəfə baxışları toqquşur, qəhvə içərkən isə ilk dəfə bir-biri ilə danışırlar. Onlar birlikdə yeməyə çıxırlar, yaxınlıqdakı meşələrə gəzintiyə gedirlər və Miçiqan gölünün ətrafında dolaşırlar. Bir dəfə Aqnes ondan özünün ədəbi portretini yaratmağı xahiş edir. Bir model foto çəkilişi üçün poza verən kimi, o da yazıçının qarşısında oturur, cavan oğlan isə kompyuterdə birgə həyatlarını canlandırmağa çalışır. Əvvəli daha romantik, sonu isə ağır bir roman, əsərin süjetinə uyğun olaraq reallıq da bu istiqamətdə dəyişir. Reallıq əsərdə yazılan şəkildə inkişaf edir və Aqnes Çikaqonun mərkəzində onun yaşadığı Doral Plazanın 27-ci mərtəbəsindəki mənzilə köçür. Bundan sonra isə yazıçının virtual fantaziyası hadisələrin gedişatına daha çox təsir etməyə və söz sahibi olmağa başlayır.
Tənqidçilər tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilən debüt romanı “Aqnes” üçün Piter Ştamm 1999-cu ildə Rauris ədəbi mükafatını alır.

 

Karandaşın izi ilə

– Sən ölümdən sonra həyatın olduğuna inanırsanmı?
– Yox, – dedim, – bu halda hər şey bir növ mənasız olardı… Əgər ölümdən sonra da həyat davam eləsəydi.

***

– Hansısa formada biz hamımız ölümdən sonra yaşayırıq. Başqa insanların, uşaqlarımızın xatirələrində. Və yaratdığımız əsərlərdə.
– Sən buna görə kitab yazırsan? Uşaqların olmadığı üçün?

***

– Ən sirli məqamsa ortadakı boşluqdur. Bu gözə görünməyən simmetriya oxudur.
– Hə, amma bunun bizə nə dəxli var? Həyatla, məninlə, səninlə? Biz ki, asimmetrikik.
– Asimmetriyaların həmişə səbəbi olur. Həyatı, ümumilikdə mümkün edən də asimmetriyadır. Cinslər arasındakı müxtəliflik. Vaxt isə yalnız bir istiqamətdə axıb gedir. Asimmetriyaların hər zaman səbəbi və nəticəsi olur.

***

– Nə isə baş verməlidir ki, hekayə maraqlı olsun.
– Burda olduğumuz kimi səni qane etmir?
– Əlbəttə ki edir, ancaq xoşbəxtlikdən yaxşı əsər yazmaq olmur. Xoşbəxtliyi təsvir etmək olmur. O, duman kimi, tüstü kimi şəffaf və uçub gedəndir. Sən nə vaxtsa tüstünü çəkən rəssam görmüsən?

***

Xoşbəxtlik nöqtələrlə, bədbəxtlik isə xətlərlə ifadə olunur. Əgər sən bizim xoşbəxtliyimizi təsvir eləmək istəyirsənsə, Sorat kimi çoxlu balaca nöqtələr çəkməlisən. Və bunun xoşbəxtlik olduğunu yalnız uzaqdan baxanda görmək olar.

***

Onu sevsəm də, onunla xoşbəxt olsam da, yalnız onun yoxluğunda azad olmaq hissim baş qaldırdı. Bunu izah etmək çətindir. Azadlığımsa mənim üçün hər zaman xoşbəxtlikdən daha qiymətli idi. Yəqin ki, mənim rəfiqələrimin “eqoizm” adlandırdıqları elə bu idi.

***

Həmişə bir kitab oxuyub qurtaranda kədərlənirəm. Elə bil ki, bu kitabın bir personajına çevrilirəm. Əsər qurtaran kimi bu obrazın da ömrü başa çatır. Bəzən də sevinirəm. Belə halda qorxulu bir yuxudan oyanmış kimi oluram, özümü yenidən dünyaya gəlmiş kimi yüngül və azad hiss edirəm. Hərdən öz-özündəm soruşuram ki, yazıçılar bizə nələr elədiklərini, bizi nə hallara saldıqlarını bilirlərmi?

***

Biz inanırıq ki, hamımız bir dünyada yaşayırıq. Eyni zamanda hər kəs öz tunelinin içiylə gedir, nə sağa, nə də sola baxmadan. Yalnız öz ömrünü xərcləyir və arxasında buraxdığı zir-zibillə geriyə yolunu başlamış olur.

***

– Mən istəmirəm ki, sən hekayənin sonluğunu yazasan.
– Niyə?
– Xoş deyil, bu heç lazım deyil.
– Amma mən yazıb qurtarmışam.
– Doğrudan? Axırı yaxşı qurtarır?
– Bəli. Əlbəttə ki, Amerikada bütün hekayələrin sonu yaxşı olur.

***

Bütün inqilablarda hakimiyyət məsələsi həll olunur, hakimiyyət isə pulu olanlardadır.

 

Tərcümə: Zaur Səttarlı

3 (60%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook