Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Han Kanq “Vegetarian”

Annotasiya

“Vegetarian” (ingiliscə “The Vegetarian“) – 2016-cı ildə yazıçı Han Kanqa nüfuzlu Buker mükafatı qazandıran əsərdir.

Günlərin bir günü Yonqhe yuxuda gördüyü qanlı səhnələrdən sonra ət yeməkdən imtina edir. Ciddi ictimai-əxlaq qaydalarının hökm sürdüyü cəmiyyətdə onun bu qərarını insanlara başa salmaq o qədər də asan deyil. Əri, ailəsi bunu ağılsızlıq kimi qarşılayır, qadını yolundan döndürməyə çalışırlar. Yonqhe isə get-gedə daha da inadlaşır, özünün bitki mənşəli olduğuna inanır. Onun səssiz üsyanı ciddi nəticələrə gətirib çıxarır. Həm zehnini, həm də bədənini tamamilə ələ almış bu təhlükəli hal qadını əsla geri qayıda bilməyəcəyi faciəvi sona aparır…

Karandaşın izi ilə

Xüsusi bir cazibədarlığa sahib olmasa da gözə çarpacaq bir qüsuru yoxdu, bu da onunla evlənməyim üçün kifayət edirdi.

***

İnana biləcəyim şey yalnız mənim sinəmdir. Döşlərim xoşuma gəlir. Çünki döşlərimlə heç nəyi öldürə bilmərəm. Axı həm əl, həm ayaq, həm diş, həm də dil, hətta baxış belə nəyi olur-olsun öldürüb xələl yetirə biləcək silahdır.

***

Yaxşılığı ilə insanın ürəyini sıxan qadındır.

***

Kaş öləydim.

Kaş öləydim.

Onda öl.

Gəbər.

O, göz yaşlarının nə üçün axdığını anlamadan sükanı bərk-bərk tutdu, bir neçə dəfə şüşəsiləni işə salmağa çalışdıqda dumanlı şeyin şüşə pəncərə deyil, öz gözləri olduğunu anladı.

***

– Mən sənə layiq deyiləm. Sənin alicənablığın, sabitliyin, soyuqqanlılığın, həyatı yaşayarkən göstərdiiyin təbii davranışların… bunlar məni təsirləndirir.

Bu sözlər qulağa xoş gəlirdi, ancaq sizcə də onlar ərinin onu sevmədiyini büruzə verən etiraflar deyildimi?

***

– Sənin öləcəyindən qorxub belə edirəm.

– Niyə? Məgər ölmək olmaz?

***

O zamanlar evin böyük qızı olaraq göstərdiyi sədaqətin yetkinlikdən deyil, qorxaqlıqdan irəli gəldiyini, bu həyatda qalmağın yeganə yolu olduğunu bilir.

***

İntuisiyasına etibar edərək o evlilyin qarşısını alsaydı, hər şey dəyişərdimi?

***

Əfv etməyə və əfv dilənməyə belə ehtiyac yox idi. Çünki mən səni tanımıram.

***

Bunların hamısı mənasızdır.

Daha dözə bilmirəm.

Daha irəli gedə bilmirəm.

Getmək istəmirəm.

O, yenidən evdəki əşyaları nəzərdən keçirdi. Eynilə yaşadığı həyatın özünə aid olmadığı kimi onlar da ona aid deyildi.

***

– Bəlkə də…

– Fikirləşdiyimizdən daha asandır…

– Yəni, dəli olmağını deyirəm.

***

Gülüb qurtarandan sonra yaşamaq deyilən şeyin qəribə olduğunu düşünür. Bəzi hadisələr baş verdikdən sonra belə, o qədər dəhşətli şeylərlə üzləşdikdən sonra belə insan yeyir, içir, fiziki ehtiyaclarını qarşılayır, çimir və yaşamağa davam edir. Hətta bəzən qəhqəhə çəkib gülür.

Tərcümə: Könül Kamilzadə

5 (100%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram