Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anna Qavalda “Matilda”

Annotasiya

“Matilda” (fransızca “Des vies en mieux : Billie, Mathilde, Yann“) – fransız yazıçısı Anna Qavaldanın 2016-cı ildə işıq üzü görən “Daha gözəl həyatlar” kitabının birinci hissəsidir.

Matildanın iyirmi dörd yaşı var. İncəsənət universitetində təhsilini yarımçıq qoyub, reklam agentliyində işləyir və əkiz bacılarla bir evdə kirayə qalır. İşini sevmir, həyatından narazıdır, problemlərini unutmaq üçün tez-tez alkoqollu içkilərə üz tutur. Ancaq israrla xoşbəxt olduğunu söyləyir. Günlərin bir günü kafedə çantasını itirir. Çantasında btün sənədləri və külli miqdarda pul olur. Gənc oğlan bir həftə sonra çantasını ona qaytarır. Matilda təəccüblənir: çantada hər şey olduğu kimi qalır. Bir neçə aydan sonra Matilda məhz həmin gəncə görə həyatını dəyişmək qərarına gəlir.

Karandaşın izi ilə

Necə gəldi yaşayıram, verilmiş anla. Çünki hər şey əvvəldən bəllidir… Çünki bütün bunlar sadəcə şərhdir…. Çünki qütblər əriyir, bank işçiləri risklərdən sığortalanıblar, kəndlilər öz anbarlarında özlərini asırlar, ictimai yerlərdəki skamyalara isə arakəsmələr quraşdırılır ki, evsizlər oralarda məskən salmasınlar…

***

Bəs sonra nə oldu? Sonra həyat öz axarı ilə davam etdi. Axı heç nə baş verməyəndə, belə deyirlər, düzdür?

***

Bizi öldürməyən şey bizi güclü edir. Cəfəngiyyatdır! Bizi öldürməyən şey bizi öldürmür, vəssəlam.

***

Ədəb-ərkan qaydaları gülərüz olmağımı tələb edir, ancaq bu gün ədəb-ərkən qaydaları vecimə deyil. Bu gün istirahət edirəm, hamıya orta barmağımı göstərirəm və telefonu söndürürəm.

***

Ümidsizlikdən içkiyə qurşanan bir adam içkini tərgidəndə əlində nə qalır? Ümidsizlik.

***

“Facebook” məgər fantazm deyil? Bəs “Meetic”? Ya da “Adopte”? Və ya “Attractive”? Bütün bu axmaq tanışlıq saytları? Tənhalığını iki reklam çarxının, “Bəyən” düymələrinin, xəyali dostlar klubunun, idarə edilən qrupların, sürü instinkti ilə bir-birinə bağlı dilənçi qardaşlıqların və bahalı serverlərlə abunə haqqının arasına yerləşdirdiyin bu səfil yığınları? Bəs bu coşğunluq… Bu ağrılı daimi çatışmazlıq hissi, yandakı bu boşluq, telefonun bitmək bilməyən zəhlətökənliyi, daim bloklamaq məcburiyyətində qaldığın ekran, oyunda qalmaq üçün satın aldığın bütün bu həyatlar, bu yara, bu şlüz sipər, cibdə barmaq hərəkətləri? Sizin hamınızın həmişə, hər zaman mesaj gəlib-gəlmədiyini, sms, nəsə işarə, bildiriş, reklam, hər nə olsa… gəlib-gəlmədiyini yoxlamağınız? Fərqi yoxdur haradandır, kimdəndir, əsas odur ki, bu sizə ünvanlanıb və bu sizi sakitləşdirir, sizə sağ olduğunuzu, mövcud olduğunuzu, yaşadığınızı, sizinlə hesablaşdıqlarını xatırladır. Bir halda ki, sizinlə onsuz da tanış deyillər, onda ola bilsin, əlavə işin gedişatına uyğun sizə nəsə son yeniliyi satmağa çalışarlar. Bütün bu uçurumlar, başgicəllənməsi, metroda “udduğunuz” və şəbəkə xaricində olan kimi sizi tərk edən bu kod sətirləri. Sayəsində özünüz haqqınızda fikirləşmək, arzulamaq, “baza” ilə ünsiyyət qurmaq, özünüzü öyrənmək və qəbul etmək, başqalarına baxmaq, yad insanlara gülmək, baxışınla yoxlamaq, nazlanmaq, həyəcanlanmaq, hətta sevişmək qabiliyyətini itirdiyiniz, fikrizini sizin özünüzdən yayındıran bütün bu əyləncələr… Bütün bu kodlaşdırılmış emosiyalar, hər axşam aparatın enerji toplamasına kömək edən elektrik enerjisindən asılı və günlərin bir günü tıxaclar sıradan çıxarsa, yerli-dibli yoxa çıxacaq dostluqlar, bütün bunlar fantazm deyil, nədir? Və mən nə dediyimi bilirəm. Çünki mən də aktiv istifadəçiyəm.

 

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram