Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mett Heyq “Gecəyarı kitabxanası”

Annotasiya

“Gecəyarı kitabxanası” (ingiliscə “The Midnight Library“) – ingilis yazıçısı və jurnalisti Mett Heyqin ötən il qələmə aldığı romandır.

Otuz beş yaşlı musiqi müəllimi Nora bir gün həyatına son qoymaq qərarına gəlir və ayılanda həyat ilə ölüm arasında yerləşən kitabxanaya düşür. Ucu-bucağı görünməyən bu kitabxanada hər bir əsər fərqli həyat yaşamaq imkanıdır: başqa qərarlar qəbul etmək və ən əsası, bir vaxtlar baş verməyən hadisələrə, reallaşmayan arzulara görə peşman olmamaq.

Sən demə, Nora həyatının müəyyən anında başqa cür hərəkət etsəydi, rok-ulduz, olimpiya çempionu, buzlaqları tədqiq edən alim, həyat yoldaşı və ana, Avstraliyada yaşayan hippi ola bilərdi. Bəs bütün bunlar onu xoşbəxt edə bilərdimi?

Karandaşın izi ilə

– Bəlkə, kosmonavt olasan. Kainatda səyahətə çıxasan.

Nora güldü:

– Başqa planetlərdə yağışlar daha pis olur.

– Bedfordşirdən də pis?

– Venerada göydən turşu yağır.

***

– Təzyiq bizi formalaşdırır. Kömür kimi başlayırsan, təzyiq səndən almaz düzəldir.

Nora onun almaza dair fikirlərinə düzəliş etmədi. Nora ona demədi ki, kömür də almaz kimi karbon tərkibli olmasına baxmayaraq hər hansı təzyiq altında almaza çevrilə bilməz. Elmə əsasən, elə kömür kimi başlayıb, kömür kimi də qalırsan. Bəlkə də elə əsl həyat dərsi o idi.

***

Kainat xaos və entropiyaya meyllidir. Bu, termodinamikanın əsasıdır. Bəlkə elə adi varlığın da əsası budur.

***

O, “Instagram”ı açdı və gördü ki, hamı yaşamağın yolunu tapıb, – hamı, ondan başqa hamı.

***

Hər həyat milyonlarla qərar deməkdir. Bəziləri böyük, bəziləri kiçik. Ancaq hər dəfə qərar veriləndə nəticə fərqli olur. Geri dönüşü olmayan variasiya baş verir, bu da öz növbəsində sonrakı variasiyalara gətirib çıxarır.

***

Bir şeyi fərqli etmək çox vaxt elə hər şeyi fərqli etmək deməkdir.

***

Den yataq otağına daxil olub soruşdu: – Yaxşısan? Nora onun səsini yadırğadı, bu Denə xas səs tonu deyildi. Daha boş səslənir. Daha soyuq. Bəlkə səbəbi yorğunluqdur. Ya da stress. Ya da pivə. Bəlkə də evlilik.

***

“İstəmək” maraqlı sözdür. Çatışmazlıq mənasını verir. Bəzən o çatışmazlığı başqa bir şeylə əvəz etsək, o zaman ilkin istək tamamilə yaddan çıxır.

***

Bəzən öyrənməyin yeganə yolu yaşamaqdır.

***

Heç vaxt kiçik şeylərin böyük əhəmiyyətini gözardı eləmə.

***

– Hələ də it istəyirsən?

– İstəyirəm. Ya da pişik.

– Pişiklər sözə baxmırlar. İtlər yerlərini bilirlər.

– İtaətsizlik azadlığın əsl bünövrəsidir. İtaətkarlar qul olmalıdırlar.

***

Gecə yarısı suiqəsd haqqında fikirləşəndə problemin yalnızlıq olduğu qənaətinə gəldi. Lakin ona görə ki, bu əsl yalnızlıq deyildi. Səs-küylü şəhərdə tənha insan ünsiyyət həsrətindədir, çünki hər şeyin mənasını insanlar arası ünsiyyətdə görür. Ancaq saf təbiətin qoynunda (və ya Toronun təbirincə desək, “vəhşi təbiətin verdiyi hiss”in təsiri ilə) yalnızlıq başqa hal alır. O özü-özlüyündə ünsiyyət vasitəsinə çevrilir. İnsanla dünya arasında, insanın özü ilə ünsiyyət vasitəsinə.

***

– Həyatın mənasını axtarırsansa, heç vaxt yaşamayacaqsan,- müdrikcəsinə dedi.

– Kamyudan iqtibas gətirirsən.

– Elədir.

***

Məncə, daha asan yolların olduğunu təsəvvür etmək elə də çətin deyil. Bəlkə heç asan yol yoxdur. Bəlkə elə yol var. Bir həyatımda mən ailə həyatı qura bilərdim. Başqasında mağazada işləyə. Yaraşıqlı oğlan məni qəhvə içməyə dəvət edəndə razılaşa bilərdim. Üçüncü hətatımda Qütb dairəsində buzlaqları tədqiq edə bilərdim. Başqa birində üzgüçülük üzrə olimpiya çempionu ola bilərdim. Kim bilir? Hər saniyə, hər gün yeni dünyaya daxil oluruq. Başqa həyatlar arzulaya-arzulaya, özümüzü başqa insanlarla və özümüzün başqa versiyaları ilə müqayisə edə-edə o qədər vaxt keçiririk, halbuki həqiqətdə həyatların çoxunda pis şeylər də var, yaxşı şeylər də.

***

Bir həyatda ilişib qalanda kədər, faciə, uğursuzluq və qorxunun bu həyatın nəticəsi olduğunu, bunun ümumiyyətlə həyatın deyil, müəyyən həyat tərzinin yan təsiri olduğunu təsəvvür etmək çox asandır. Yəni, həyatı bizi kədərlərə korazehin edəcək şəkildə yaşamağın yolu olmadığını, kədərin xoşbəxtliyin qaçılmaz bir parçası olduğunu başa düşsək, qat-qat asan olardı. Biri olmadan digərini əldə edə bilməzsən. Sözsüz, onlar bizə fərqli miqdarda çatır. Ancaq elə bir həyat yoxdur ki, daim buludsuz xoşbəxt vəziyyətdə olasan. Və belə bir şeyin mümkün olduğunu təsəvvür etmək həyatımızda daha çox bədbəxtliyə yol açır.

***

– Bunun DAYANMASINI istəyirəm!

– Zəhmət olmasa, sakit ol. Bura kitabxanadır.

– Burada ancaq ikimizik.

– Fərq eləmir. Bura yenə də kitabxanadır. Sən məbəddə ətrafdakı insanlara görə yox, oranın məbəd olduğuna görə sakit olursan. Kitabxana da onun kimi.

***

O, kiçik və adi görünə bilər, amma elə deyil. Çünki piyada heç vaxt sadəcə piyada deyil. O, vəzir olmağı gözləyən fiqurdur.

***

“Mərhəmət əxlaqın əsasıdır”. Filosof Artur Şopenhauer emosional anların birində belə yazıb. Bəlkə həyatın da əsası bu olub.

***

– Dilan, sən paralel dünyalara inanırsan?

– Deyəsən, inanıram.

– Səncə, başqa həyatda indi hansı işlə məşğulsan? Səncə, bu yaxşı dünyadır? Yoxsa Bedfordu tərk etdiyin dünyada olmaq istərdin?

– Düzü, istəməzdim. Burada xoşbəxtəm. Bu dünyada itlər varsa, başqa dünya nəyimə gərəkdir?

***

Həyatın yazılmamış qanunlarından biri: xidmət sektorunda aşağı məvacibə çalışan işçilərə qarşı qəsdən kobud davranan insana heç vaxt inanma.

***

O, münasibətlərdə üç növ sükutun olduğunu bilirdi. Biri passiv-aqressiv sükut idi, görünür, “bizim daha bir-birimizə deyəcək sözümüz qalmayıb” sükutu. Sonra Eduardo ilə arasında yaranan sükut var. Söhbətə ehtiyacın olmadığı sükut. Sadəcə bir yerdə olmaq, “birgə olmaq” sükutu. Özünlə keçirdiyin xoş səssizlik.

***

Nora başa düşdü ki, həyatda nə qədər səmimi olursan ol, insanlar həqiqətə yalnız öz reallıqlarına kifayət qədər yaxın olduqda fikir verirlər.

***

Ən yaxşı restoranlarda yemək yeyə, istənilən həzzi yaşaya, San-Pauluda səhnədə on iki min tamaşaçıya mahnı oxuya və cavabında gurultulu alqışlar ala, dünyanın ucqar bölgələrinə səyahət edə, internetdə milyonlarla izləyici ordusu toplaya, olimpiya medalları qazana bilərsən, amma sevgisiz bütün bunların mənası yoxdur.

***

Bəzən tələ kimi görünən şey ağlın bicliyi olur. Onun xoşbəxt olmaq üçün üzüm bağına və ya Kaliforniya qürubuna ehtiyacı yox idi. Onun heç böyük evə və mükəmməl ailəyə də ehtiyacı yox idi. Onun sadəcə potensiala ehtiyacı var idi. Potensialsız o heç kim idi.

***

Əsl kəşf xilas yerinizin elə qaçmaq istədiyiniz yer olduğunu, həbsxananın məkan deyil, düşüncə tərzi olduğunu müəyyənləşdirməkdir.

***

İnsan şəhər kimidir. Bütün ərazisini ayrı-ayrı pis rayonlara görə dəyərləndirmək olmaz. Ola bilsin, bəzi yerlər xoşuna gəlməsin, qarşına bəzi şübhəli döngələr və məhəllələr çıxsın, ancaq onda olan bütün yaxşı şey ona dəyər.

***

Həyat da şahmat kimidir. Ehtimal hər şeyin əsasıdır. Hər arzunun, ümidin, peşmanlığın, həyatın hər anının.

***

Məhəbbət və gülüş, qorxu və ağrı universal valyutadır… İstənilən başqa həyatda olduğu kimi tam və bütöv yaşayırıq, eyni duyğular spektrinə çıxışımız var. Bizə yalnız bir insan olmaq lazımdır. Yalnız bir mövcudluğu hiss etmək. Hər şey olmaq üçün heç nə etməməliyik, çünki artıq sonsuzuq. Sağ olduğumuz müddətcə həmişə gələcək çoxtərəfli imkanları özümüzdə saxlayırıq.

 

Tərcümə: Lamiyə Göycəyeva

2.9 (58.18%) 11 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram