Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Stüart Törtn “Yeddicanlı Evelin Hardkasl”

Annotasiya

“Yeddicanlı Evelin Hardkasl”(ingiliscə “The Seven Deaths of Evelyn Hardcastle”) – ingilis yazıçısı Stüart Törtnın 2018-ci ildə işıq üzü görən və elə həmin il nüfuzlu “Costa” mükafatına layiq görülən əsəridir.

Hardkasllar ailəsinə məxsus malikanədə ziyafət təşkil olunur. Məclisin ən qızğın çağında ailənin yeganə qızı və varisi Evelin Hardkasl öldürülür. Dəvət olunan qonaqlardan biri Ayden Sloun qətli araşdırıb, cinayətkarı tapana kimi hadisənin baş verdiyi gün zaman ilgəyində dəfələrlə təkrarlanır. Lakin Ayden hər dəfə başqa birinin bədənində oyanır…

Karandaşın izi ilə

Evin yolunu tapmaq üçün şeytana bel bağlayacaq qədər yolunu necə azmaq olar?

***

Qaranlıq otaqda üstü örtülü mebel kimi xatirələrin də çəkisi və forması var. Mənim isə onları işıqlandırmağa əl fənərim yoxdur.

***

Atam heç vaxt nə yaxşı xasiyyəti, nə də böyük ağlı ilə seçilib. Məncə, biri olmadan o biri olmur.

***

Sebastian, var-dövlət ruhu zəhərləyir, mənim valideynlərim isə uzun müddət varlı olublar.

***

Maska insanın əsl təbiətini ən yaxşı şəkildə ortaya qoyur.

***

Hər kəs özünü öz əlləri ilə hazırladığı qəfəsə qıfıllayır.

***

İnsanın əsl mahiyyəti bütün çılpaqlığı ilə heç kimin onu görmədiyini düşündüyü zaman üzə çıxır.

***

– Yaxşı, nə düşünürsünüz?

– Hələ bilmirəm.

– Xahiş edirəm, nənəmlə görüşəndə bunu etməyin.

– Alnımı qırışdırmaq olmaz?

– Yox, düşünmək olmaz.

– Niyə ki?

– Nənəm çox düşünən kişiləri sevmir. O, bunu tənbəllik əlaməti hesab edir.

***

Bizi bura qərarlarımız gətirib çıxarıb. Əgər bura cəhənnəmdirsə, onda onun yaradıcısı biz özümüzük.

***

Məlumat çatışmazlığı sizi kor-koranə hərəkət etməyə məcbur edir, məlumat çoxluğu isə sizi kor edir.

***

Əvvəl elə fikirləşirdim ki, səni öldürmək istəmələri ən qorxulu şeydir. Sən demə, hər şey qatilin kimliyindən asılıdır.

***

Taun Həkimi Blekhitin bizi tərbiyələndirmək üçün mövcud olduğunu iddia edir, amma barmaqlıqlar insanı daha yaxşı birinə çevirmir, iztirab və əziyyətlər isə onu ən son mərhəmət hissindən də məhrum edir. Blekhit ümidimizi əlimizdən alır, ümidsiz isə nə sevginin, nə mərhəmətin, nə də iştirakın bir mənası yoxdur.

***

Sabah istədiyim kimi olacaq. Uzun illərdən bəri ilk dəfə onun gəlişini gözləyirəm. Artıq ondan qorxmağıma ehtiyac yoxdur. İstədiyim insan olmaq şansım olacaq. Daha cəsur. Daha mehriban. Daha ədalətli. Bugünkündən daha yaxşı. Hər ertəsi gün misilsiz hədiyyədir. Bircə ona çatmaq lazımdır.

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram