Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Coann Harris “Dörd hissəyə bölünmüş portağalın beşinci dilimi”

Annotasiya

“Dörd hissəyə bölünmüş portağalın beşinci dilimi” (ingiliscə “Five-Quarters of the Orange”) – ingilis yazıçısı Coann Harris tərəfindən qələmə alınan bu roman 2001-ci ildə işıq üzü görüb.

Frambuazaya anasından kulinariya reseptlərinin qeyd olunduğu albom miras qalır. Böyük qardaşı Kassisə fermanın, böyük bacısı Ren-Kloda şərab zirzəmisinin vəsiyyət edildiyini nəzərə alsaq, ailənin sonbeşi elə də böyük miras sahibi sayılmaz. Ancaq məsələnin elə qəribə tərəfi odur ki, anası həmin resept dəftərindən həm də gündəlik kimi istifadə edib, ora həyatında baş verən hadisələrlə bağlı düşüncələrini, etiraflarını qeyd edib. Frambuaza bu gündəlik vasitəsilə keçmişin qaranlıq sirlərinə cavab tapmağa çalışır.

Karandaşın izi ilə

Kassis atamızın şərəfinə oğlunun adını Yannik qoymuşdu, ancaq qardaşım oğlu buna görə mənə doğma olmadı. İstənilən şərtiliyə, qohumluq hissləri üzərindən oyun oynamağa nifrət edirəm. Bu da mənə anamdan keçib. Toxunulmağı, süni təbəssümləri xoşlamıram. Qan bağı mənim üçün mənəvi yaxınlığın təminatı deyil.

***

Şokdan insanlarda anlaşılmaz şeylər müşahidə edilir. Xüsusilə uşaqlarda. İlk növbədə mənəvi cəhətdən yetkinləşməmiş, ruhu vəhşi olan uşaqlarda.

***

Jannetti Müqəddəs Benedikt kilsəsinin düz yanında basdırdılar, məzarının üstündə kiçik xaç və mələk var idi. “Unudulmaz qızımıza… 1934-1942”. Mən ondan üç ay böyük idim.

Qəfildən sanki qarşımda dərin uçurum odpüskürən dəliyə, nəhəng ağıza çevrildi. Əgər Jannett ölə bildisə, deməli, mən də ölə bilərəm. Hər kəs ölə bilər. Kassis on üç yaş yüksəkliyindən həqarətlə çəpəki mənə baxırdı:

– Axmaq, elə bilirdin ki, təkcə müharibədə ölürlər? Uşaqlar da ölür. İnsanlar hər zaman ölür.

***

– Elə bil, o qədər pulu çölə atdım, – anam ya qürurla, ya da incik halda deyinirdi. – Görürsənmi, onların tayfası necə ayaq uydura bilir, hətta müharibə dövründə də. Düşürlər, amma dörd pəncələri üstdə düşürlər.

Söhbətin kimdən getdiyini soruşdum.

– Əşi yəhudilər, – deyə anam cavab verdi. – Tozdan pul çıxarırlar.

***

Köhnə məsəldə deyildiyi kimi, uşaqlar qəddardır. Kəsirlərsə, böyüklərdən fərqli olaraq, gerçəkdən və sümüyə qədər kəsirlər.

***

Bəzi insanlar yalnız özləri üçün çalışırlar. Bu, ədalətli deyil, düzdür?

***

Məncə, köhnə saatlar tıqqıldamağı təxminən kişilər şlyapa taxmağı tərgidəndə dayandırdı.

***

Bir müddət sakitcə oturduq. Sonra başımı stolun üstünə atdım və yavaşca ağladım. Boş kafedə yalnız mənim boğuq hıçqırıqlarım və boşqaba dəyən bıçağın cingiltisi eşidilirdi. Pol mənə baxmadan, bir söz demədən qeyri-iradi öz toyuğunu yeyirdi. Ancaq mən onun səssizliyindəki xeyirxahlığı hiss edirdim.

***

Fikirləşirdim ki, uşaqlar ağac kimidir, budaqlarını budasam, daha yaxşı böyüyəcəklər. Yanılmışam. Elə deyilmiş.

***

O, səmimi olduğu nadir anların birində demişdi ki, əyyaşlıq məhsulların, meyvə ağaclarının, şərabın təbiətinə qarşı günahdır. Zorlama sevgiyə həqarət olduğu kimi bu da onları təhqir etmək, onları ləkəmələkdir.

***

İstənilən qadın onu sevən kişinin gözündə gözəl ola bilər.

***

Heç kim həyatla yalan arasında seçim etməli deyil.

***

Məhəbbət elə bir şeydir ki, onun ağzını su kranı kimi bağlaya bilməzsən.

***

Kədər insanlarda özünü müxtəlif şəkildə göstərir. Bəzilərində təcrid, bəzilərində qəzəb, bəzilərində də nifrət şəklində. Yerli salnaməçilər bu mövzu ilə bağlı nə qədər israr edirlərlə etsinlər, kədər nadir halda insanda yaxşı məziyyətləri oyadır.

***

Görünür, doğru deyirlər ki, ölümlə birlikdə həmişə tarakanlar yuvalarından çıxırlar. Le-Lavözdə isə tarakanlar paxıllıq və riyakarlıq, yalançı mərhəmət və tamahkarlıqdır.

***

İnsanların nə düşündüyündən asılı olmayaraq, əzab çəkməyin heç bir şirin tərəfi yoxdur. Sonda iztirab hər şeyi yeyib bitirir.

***

Bəzən gözləmək ağrının özündən daha dözülməz və şiddətli olur.

***

Evə qayıtmaq heç vaxt gec deyil.

***

Qəhrəmanların taleyi belədir. Onlar arzuları gerçəkləşənə qədər macal tapıb yaşaya bilmirlər, düzdür?

***

Pəncərə taxtasını bağlamağı yaddan çıxarsan, başqaları pəncərədən evinə soxulmağı yaddan çıxarmaz.

***

İstəyirdim əlimi qızıma uzadım, bütün bunların onunla heç bir əlaqəsi olmadığını ona izah edim, lakin nədənsə heç cürə alınmırdı. Bizi tərbiyə edərkən hisslərimizi hamıdan gizlətməyi öyrədirlər. Bu vərdişi sındırmaq elə də asan deyil.

***

Hər cinayət öz həyatını yaşayır və öz bəraətini tələb edir.

***

Həyatda həmişə belə olur. Tora çox böyük balıq düşəndə bütün toru özü ilə birlikdə suyun dibinə çəkir.

***

O illərdə inanc üçün sağlam düşüncə və məntiq kimi bir maneə yox idi. Gözlərimizə inanırdıq. Və bəzən böyüklər bunu lağa qoyurdular. Olsun, axı həqiqətin harada olduğunu kim bilir?

***

İstənilən müharibə, hətta ən amansız müharibə belə hərdənbir fasilə və əsirlərin əfvini tələb edir.

***

Bilirsən, əlbəttə, o dəqiqə deyil, ancaq mən bunun öhdəsindən gəldim. Hər şeyi axarına buraxdım. Axına qarşı üzmək nəyə lazımdır?! O qədər enerji sərf edirsən. Vaxt keçir və xasiyyətindən asılı olmayaraq, sadəcə sakitləşmək lazımdır, çay özü səni evə aparıb çıxaracaq.

 

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram