Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Riçard Bax “Conatan Livinqston qağayı”

Annotasiya

“Conatan Livinqston qağayı” (ingiliscə “Jonathan Livingston Seagull”) – amerikalı yazıçı, filosof, publisist və pilot Riçard Baxın 1970-ci ildə işıq üzü görən, pritça üslubunda qələmə aldığı povestdir. Əsərdə yaşamağı və uçuş sənətini öyrənən qağayıdan bəhs edilir. Kitab həmçinin özünü təkmilləşdirmə, fədakarlıq və hüdudsuz mənəvi azadlıq haqqında ibrətamiz manifestdir.

Karandaşın izi ilə

Başqa yolum qalmır. Mən qağayıyam. Təbiətin mənə verdiyindən artıq heç nə edə bilmərəm. Uçuş haqqında bu qədər çox bilmək üçün yaradılmış olsaydım, onda başımda beyin əvəzinə, uçuş sxemləri olardı. Qismətimə yüksək sürətlə uçmaq düşsəydi, hər halda, qanadlarım şahininki kimi qısa olardı və balıq əvəzinə siçanla bəslənərdim. Atam haqlı imiş. Bu sərsəmliyi unutmalıyam. Evə, öz Dəstəmə dönməli və öz zavallı, aciz qağayı qismətimlə barışmalıyam.

***

Mən liderlik eşqinə düşməmişəm. Niyyətim yalnız tapıntılarımı bölüşmək, hamımıza aid olan o intəhasız göylərin üfüqlərini göstərməkdir.

***

Conatan Livinqston, bir gün dərk edəcəksən ki, etinasızlığa görə mükafat vermirlər. Həyat bir müəmmadır və onun dərki imkansızdır. Məlum olan yalnız odur ki, biz bu dünyaya qarnımızı doyurmaq və bacardığımız qədər uzun yaşamaq üçün göndərilmişik.

***

Min illərdir ki, balıq başı əldə etmək üçün vurnuxuruq, amma indi yaşamaq, öyrənmək, kəşflər etmək, azadlığa qovuşmaq vaxtıdır.

***

Heç bilirsənmi həyatda yeməkdən, savaşdan, dəstədəki hakimiyyətdən daha ümdə məsələlərin varlığı kimi ilkin bir həqiqəti dərk edənədək neçə ömür yaşamalıyıq? Min ömür, Con, min ömür. Kamillik deyilən bir məfhumun mövcud olduğunu biz anlayana qədər yüz ömür də keçməlidir və yenidən yüz ömür də keçməlidir ki, həyatımıza kamillik qazandırmağın və onu gələcək nəsillərə ötürməyin zəruriliyi fikrini də qəbul edək.

***

Bu aləmdə öyrəndiklərimiz sayəsində biz növbəti dünyamızı seçirik. Heç nə öyrənməsək, növbəti dünyada da indiki ilə eyni olacaq və əvvəlki məhdudiyyətlərin, ağır yüklərin öhdəsindən gəlməli olacağıq.

***

– Alındı!

– Bəli, əlbəttə ki, alındı, Con. Nə edəcəyini biləndə bu həmişə alınır.

***

Həqiqət haqda gördüklərini, bildiklərini başqaları ilə həvəslə bölüşmək lazımdır. Bu, məhəbbət ifadəsinin ona xas bir üsulu idi.

***

Con, sən bir dəfə sürgün olunmusan. Niyə görə fikirləşirsən ki, köhnə nəslə aid hansısa qağayı sənə qulaq asardı? O atalar sözünü bilirsənmi? Özü də bunda bir həqiqət var. “Yüksəklərdə uçan qağayı uzaqları görər”. Sən gəldiyin o yerin qağayıları torpaq üstə dayanır, tükürpədici səslər çıxarır, bir-biri ilə dalaşırlar. Onlar göylərdən min mil uzaqdadırlar. Sən isə çalışırsan ki, dayandıqları nöqtədən göyləri bunlara göstərəsən. Con, onlar heç öz qanadlarının ucunu görmürlər. Özünü yorma.

***

Dostluğumuz məkan və zaman kimi məfhumlardan asılıdırsa, onda belə çıxır ki, biz məkanı və zamanı ötüb keçəndə qardaşlığımız da bundan sarsılacaq? Məkanı ötüb keçməklə itirdiyimiz Bura, zamanı ötüb keçdikdə itirdiyimiz İndidir. Sənə elə gəlmir ki, Bura ilə İndi arasında biz hələ bir-iki dəfə də görüşə bilərik?

***

Əgər düşüncənizi buxovlayan zəncirləri qırıb atsanız, bədənizdəki zəncirləri də qırmış olarsınız.

***

Qanun min illər boyu heç pozulmamışdı. Qanun deyirdi: Olduğun yerdə qal. Conatan isə deyirdi: “Get”.

***

O, çox sadə şeylərdən danışırdı. Deyirdi ki, uçmaq qağayı üçün adi bir işdir, azadlıq isə onun mövcudluğunun əsas mahiyyətidir, bu azadlığı əngəlləyən hər nə varsa – adət, mövhumat və ya hansısa bir formada olan məhdudiyyət – kənara atılmalıdır.

***

Əsl qanun odur ki, səni azadlığa qovuşdurur. Başqa qanun isə ola bilməz.

***

Niyə bir quşu azad olduğuna inandırmaq və bunun sübutu üçün bir az məşqə ehtiyacı olduğunu ona anlatmaq bu qədər çətindir? Axı nə üçün bu belə çətin olmalıdır?

 

Tərcümə: Rafiz Hacıoğlu

3.6 (72%) 5 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram