Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Uilyam Qoldinq “Şpil”

Annotasiya

“Şpil”(ingiliscə “The Spire”) – Tənqidçilər bu romanı Uilyam Qoldinq yaradıcılığının həm ideya, həm bədii cəhətdən kuliminasiyası hesab edirlər. Əsərdə hadisələr XIV əsrdə İngiltərənin şəhərlərindən birində cərəyan edir. Hələ sağlığında ingilis ədəbiyyatının klassikləri cərgəsinə adını yazdıran Qoldinq bu əsərində də insan təbiətinin mahiyyətinə, şər probleminə müraciət edib.

Kilsənin baş keşişi Allaha olan sevgi və sədaqətini sübuta yetirmək üçün şpil ucaltmaq qərarına gəlir. Ustalar, kilsə xadimləri bunun qeyri-mümkün olduğunu söyləsələr də, keşiş fikrindən dönmür. Əsərdə insan təkəbbürü və acizliyindən, cismani ehtiras və Tanrıya olan böyük, qəribə məhəbbətdən bəhs edilir.

Karandaşın izi ilə

İşə bir bax, insan ağlı hər yerdə qanunlar kəşf edir, eyni zamanda körpə kimi asanlıqla aldanır.

***

Deyirlər ki, böyük günah sahibləri də pul müqabilində kilsə mehrabının mərkəzində dayanan taxtın düz yanında dəfn ediləcək.

***

Bu qarasaçlı, qaragözlü, inadkar, səfeh, zəvzək Reyçel lazım gələrsə, subaylığın xeyrinə ən inandırıcı dəlil ola bilər…

***

– Anselm ata. Dostluq qiymətsiz xəzinədir…

– Bəs biz onla nə etdik?

– Milord, siz məndən cavab gözləyirsiniz, yoxsa bu, ritorik sualdır?

***

Həyatında ilk dəfə qadağalara rəğmən ağacın başına dırmaşan oğlan uşağı kimi onun da hiss etdiyi zövqdən canına qorxu düşürdü.

***

Yer burunsuz, dişlərini ağardan skeletlər yığınıdır; hara baxsan, dar ağacı asılıb, qan içində uşaqlar doğulur, cütcü şırımı təri ilə sulayır, orda qumarxanalar var, əyyaşlar kanallarda sərilib ağnayırlar. Və böyük evdən, qayıqdan, sığınacaqdan, gəmidən başqa bütün bu məşəqqətli həyatda heç bir səadət yoxdur.

***

Sizə həyatımızın mənasını izah edim? Yalnız bir gün yaşayan kəpənək haqqında düşünün. Qarğa isə dünən və srağagün haqqında nəsə bilir. Qarğa gün doğuşunun nə olduğunu bilir. Bəlkə də o, ertəsi gün günəşin çıxacağını da bilir. Kəpənək isə bilmir. Heç bir kəpənək günəşin doğmasının nə olduğunu bilmir! Biz də səninlə eyni vəziyyətdəyik. Xeyr, Rocer, mən həyatımızın nə qədər qısa olması haqqında moizə oxumaq fikrində deyiləm. Bilirik ki, bu həyat dözülməz dərəcədə uzundur, buna baxmayaraq, ona dözməliyik. Ancaq bizim həyatımızda bir məna var, çünki hər ikimiz seçilmişlərdənik. Kəpənəyə oxşayırıq. Yuxarı qalxanda bizi nə gözlədiyini bilmirik. Səhərdən axşamacan günü başa vurmalıyıq, yeni bir şey kəşf edə-edə onun hər dəqiqəsini yaşamalıyıq.

***

Tanrı onları öz ixtiyarlarına buraxdı. Qoy, alsınlar, satsınlar, şəfa versinlər, hökmranlıq etsinlər. Amma ən məhrəm dərinlikdən mənasız bir iş görməyi əmr edən səs eşidildi: quruda gəmi inşa et, zibillikdə otur, əxlaqsız qadınla evlən, övladını qurban kimi səcdəgaha gətir. Və həmin an insanların inancı olurdusa, yeni bir şey doğulurdu.

***

Yaxşı usta heç vaxt işə yaramayan alətdən istifadə etməz. O, öz alətini qoruyur.

***

Təsəvvür edin, necə çətindir: bilmək və bilməmək!

***

Xoşbəxt olduğum üçün səxavətli idim.

***

Ömründə heç olmasa bircə dəfə sönən alovun yanında oturan və ona görə öz ömrünü ölçüb-biçən insanlar arasında müəyyən bir yaxınlıq var.

***

Bütün həyatımız laxlayan binadır.

***

O, özünə təsəlli verməyə başladı. Bəlkə də quş qayıdacaq, bütün gözəlliyi ilə yaxınlıqdakı budağa qonacaq. Lakin ürəyinin dərinliyində belə bir şeyin baş verməyəcəyini bilirdi.

– Yox, suquzğunu mənim yanıma geri qayıtmayacaq.

“Olsun, – o öz-özünə dedi. – Əvəzində onu görə bildim. Belə bir şansım oldu”.

***

Elə düşünürlər ki, yaşlılar əzab-əziyyətin nə olduğunu bilmir. Bu, doğru fikir deyil. Onlar da gənclər kimi əziyyət çəkirlər, lakin onlara daha çətindir.

***

Yəqin, hər bir sevginin səadət gətirdiyi, bir sevginin digəri ilə rəqabət aparmadığı, əksinə onu tamamladığı şəkildə yaşamaq mümkündür.

***

– Harada idim?

Və səssiz cavab həmişə eyni olurdu:

– Heç yerdə.

***

Coslin başa düşdü ki, artıq vaxtı gəlib çatıb. Ona elə gəldi ki, ölmək yemək, içmək, yatmaq kimi asandır, hər şeyin öz vaxtı var. Və bunu başa düşən kimi sanki azad oldu, fikirləri cilovdan ayrılan at kimi qaçmağa başladı.

***

Ölüm isə həyat kimi mənasız deyil.

***

Mən dörd insanı daş gürzə dəyişdim.

***

O, taxtabəndin yanında dayanmışdı, birdən bütün qadınların belə olması fikri onun beynini yandırdı. Onlar doqquz min doqquz yüz doxsan doqquz dəfə boşboğazlıq etsələr də, təvazökar olurlar və on mininci dəfədə elə dəhşətli əxlaqsız söz söyləyirlər, ən gizli sirri elə kobud şəkildə çılpaqlaşdırırlar ki, sanki ana bətni dil açıb.

***

Özüm edə bilməyəcəyim şeyi başqalarından necə tələb edim?

***

Cəhaləti darvaza və rəzələrdən güclü olan qadınlar var.

***

Bir ədəbsiz hərəkət digərinin yerini dar edirdi.

***

Mən burdayam, amma burada hər yerdə və heç yerdə deməkdir.

Tərcümə: Lamiyə Göycəyeva

4.3 (86.67%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook