Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Burak Aksak “Leyli və Məcnun”

Annotasiya

“Leyli və Məcnun” (türkcə “Leyla ile Mecnun) – 2011-ci ildə “EfLAtunfilm” şirkəti tərəfindən istehsal olunan, 3 mövsüm “TRT1” kanalında yayımlanan eyniadlı serialın ssenarisinə uyğunlaşdırılan bu əsər absurd komediya janrında qələmə alınıb. Kitab əfsanəvi xarakterlər Leyli və Məcnunun müasir dövrə adaptasiya edilmiş variantı hesab edilir.

Karandaşın izi ilə

– Oğlum, hardasan? Hər səhər süfrəyə gecikirsən. Yumurta soyuyur.

– Ata, hansı yumurta?

– Soyumasın deyə yedim.

***

Mən Məcnun Çınar. Davamlı səhv seçimlər edirəm.

***

Həyat çətindir, amansızdır. Mən də keçmişimdən sürətlə uzaqlaşıb, yeni səhifə açmaq istərdim. Amma ayağımda anamın çəkələyi ilə maksimum baqqal dükanına qədər gedə bilirəm.

***

O, şahindən daha sürətli, qohumdan daha güclü, qartaldan daha tüklü əlləri ilə pulu aldı. Kireçburnunda vəhşi təbiətin bir qanunu var: Erdal qardaşın canını ala bilərsən, ancaq pulunu heç vaxt!

***

Artıq heç kim bir-birini tanımaq üçün səbr etmir. Heç kimin digərinə ayıracaq vaxtı yoxdur.

***

İçində nə yaşadığını bilmirəm, amma yaşarkən əyləndiyi göz qabağındadır.

***

– Gəl, kafeyə gedək, səni çaya qonaq edim. Sən də Zeynəb haqqında bildiklərini mənə danışarsan.

– Bu məhlədə çay içmək üçün kafeyə getmirlər. Çünki çayı Erdal Baqqalda içirlər. Erdal Baqqal! Erdal Baqqal! Məhlənin qüruru.

– Ayə, neyləyirsən?

– Məhsul yerləşdirirəm. Məhlədə reklamını edəndə Erdal Baqqal havayı çay verir…

***

Oğlum, plankanı o qədər yuxarı qoymusan ki, artıq səninlə əlaqədar heç bir şey məni təəccübləndirmir.

***

Allahım, xəyallarıma belə sığdıra bilməyəcəyim belə bir gözəlliyin yer üzündə nə işi var? Aydındır ki, varlığına sübut kimi göndərmisən. Yaxşı, bəs onda bizim evdə nə işi var? Bir nağılın içindən çıxıb gəlsəydi, bu qədər təəccüblənməzdim, amma bu qız necə olur ki, bizim tualetdən çıxır? Həyatımın sevgisinə tualetdə rastladığımı desəm, kim mənə inanar?

***

Ömrümdə bir dəfə borc istədim. Adam sırf pul verməmək üçün ertəsi gün öldü.

***

Evdə qonaq olanda, istədiyimi edə bilirəm. İndi gedib tavana sıçsam, evdəkilər çevrilib belə deyəcəklər: “Afərin oğlum, necə bacardın bunu? Halal olsun, nə göt varmış səndə”.

***

– Darvin?

– Hə?

– Toyuqlar dinozavrlardan təkamül edərək meydana gəliblər? Deyirlər, skelet quruluşları oxşardır.

– Hardan oxumusan?

– Sosial mediada.

– Harada?

– Bazarda danışırlar.

– Sən əjdahanı harda görmüsən ki, onun təkamülünü nəzərdən keçirmək qərarına gəlmisən? İşləyirəm, bir az sakit ol.

– Bəs timsah? Heç təkamül keçirməmiş kimi eyni heyvandır.

– Hələ də davam edir.

– Yaxşı, bəs insanın təkamülü? Məsələn, mən nədən əmələ gəlmişəm?

– Sən meymundan əmələ gəlmisən. Oldumu? Mal olmusan, sonra meymuna çevrilmisən, bundan sonra da at olacaqsan. Rahatladın? İmkan vermədin, kitabımızı bitirək.

– Kitabın adı nə olacaq?

– “Cinsini sikdiyim cinsinə çəkər”.

– Aman, Darvin neylədin? Elə kitab adı olar?

– Olmaz? Hmm! “Növlərin mənşəyi” necədir?

– Yaxşıdır, daha yaddaqalandır.

– Oldu, onda “Növlərin mənşəyi olsun”.

***

– Qabağına çıx, insan kimi danış.

– Baba, mən bu qızın qabağına çıxanda insanlıqdan çıxıram. Sən danışmaqdan dəm vurursan.

***

Əlbəttə, bütün xəyallar gerçəkləşəcək deyə bir qayda yoxdur. Ancaq həmin xəyalları başqasına yaşadıb, qıraqdan seyr etdirmək nə deməkdir? Bu, necə bir imtahandır?

***

Hesabı istədilər, vermədim. Mənim Allahdan başqa veriləcək hesabım yoxdur.

***

Səndəki üzük həvəsi Qollumda da yoxdur.

***

Günəşin hər səhər doğması adi görünsə də, əslində möcüzədir. Leyla, sənin də içəri girməyin elə oldu. Sən içəri girəndə zaman durdu, dünya mehvərindən çıxdı, amma kimsənin ruhu duymadı. Bütün səslər kəsildi, göy qübbəsinin altında sadəcə sənin adın duyuldu. Bütün möcüzələr vaxt keçdikcə adiləşir, bir sən eyni qaldın, Leyla. Leyla, mənim qəlbim səhra idi, sən o səhranı da dənizə çevirdin.

***

– Biz bir növ düşmən ailələrin ortada qalan uşaqlarına oxşayırıq.

– Montekki və Kapulettilər kimi?

– Kim?

– Şekspirin personajları.

– Yox əşi, bunlar bildiyin “Cənnət məhləsi”dir.

***

Belə uzun söhbətlər təhlükəlidir. Sən heyranlıqla onu dinlədiyin bir vaxtda o, birdən keçmiş sevgilisindən danışmağa başlaya bilər.

***

Leyla, bu işə yaramayan küçə lampalarının, göy üzündən asılı qalan bədirlənmiş ayın da işıqlandıra bilmədiyi uzun, dar küçələri sən işıqlandırdın. Yanımda sakitcə gedəndə bunları düşünürdüm. Dilə gətirməyə çalışanda “pah dədə, necə qaranlıqdır, birini bıçaqlasalar, heç kimin ruhu duymaz” dedim.

***

– Bəs sən nə oxuyursan?

– Arxeologiya.

– Niyə?

– Necə yəni niyə?

– Maaş yaxşıdır? Deyilənlərə görə, gələcəyin peşəsi mühəndislikdir. Yoxsa mühəndisliyə balın çatmadı?

– Bəzi işlər pula görə edilmir. Ayaq basdığın torpağın altındakı tarix səni heç maraqlanmır?

– Əvvəla, qeyd etmək istəyirəm ki, ayaq basdığım yer torpaq deyil, asfaltdır. Bələdiyyə hər yay alfalt tökür. Qışda asfalt şişib partlyır. Sonra yayda bir də tökürlər, qışda yenə partlayır, sonra bir də tökürlər…

***

Qələbəlik alqışlamağa başladı. Zaman durdu. Durmaqla qalmadı, keçmişə döndü. Qədim Roma dövrünə qədər getdi. Torpaq sürüşdü, ortaya qədim məzar çıxdı. Özümü məzarın içinə buraxdım. Kütlə alqışmağı dayandırıb üzərimə torpaq atmağa başladı. Heç vecimə deyil, lap topa-topa atsınlar. Nəticədə bu məzarı Leyla qazmışdı.

***

– Biz hər gün Zeynəblə sahil kənarına gedirik. Mən oxuyuram, o qulaq asır. Kitab həyəncanlı olanda bəzən əlimi tutur, bəzən başını çiynimə qoyur. Onun yanında ürəyim isinir. Yəni, işə yarıyır. Sən də yoxla.

– Qardaş, Zeynəb görmür, sənin kitab oxumağın normaldır. Mən niyə Leylaya kitab oxuyum? Getsin öz kitabını özü oxusun. Mən hələ özüm üçün kitab oxumamışam, Leyla üçün niyə oxuyum?

– Yaxşı, yaxşı. İki səhifə oxumamaq üçün ağlaşma qurdun. Onda Leylanın maraqlandığı şeylərə yönəl.

***

– Daşların arasından çiçəklər bitib. Xəyali orxideyaya oxşayır.

– Xəyali orxideya?

– Nəsli tükənmək üzrə olan orxideya növüdür. Yarpağı olmadığı üçün fotosintez prosesi getmimr. Ona görə göbələklə simbioz həyat yaşayır, onun köklərindən qidalanır.

Baxmayaraq ki, eyni kökdən bəslənirlər, ancaq biri orxideyadır, biri göbələk. Leyla ilə mənim kimi.

***

Leyla əlimi tutdu. İsti idi. Birdən bütün bədənim isindi. Qışda çöldən içəri girib, dalını sobaya dayayırsan, oradan başlayan isti bütün bədəninə yayılır ha, bax, elə bir şeydən bəhs edirəm. Sanki bədxassəli şişlər içimdə ərköyünlük edirdi, Leyla əlimi tutan kimi hamısının xassəsi yaxşılaşdı.

***

İnsanın özünə edə biləcəyi ən böyük pislik dincəlməkdir.

***

Bu dünyada insan ən çox sevdiklərini üzür.

***

Yenə həvəsim qursağımda qaldı. Yenə səndən üz döndərməyim üçün əllərindən gələni etdilər. Yenə çox gözəl keçən bir gecənin içinə sıçdılar. Yenə göydən ulduz düşdü və mənim heç bir arzum reallaşmadı.

***

Sevgi bəzən nifrətdən də təhlükəli olur.

***

Mən də hamı kimi bəxtsiz olduğumu düşünmədən, kiçik uğurların ardınca qaçırdım. Son sözü söyləyənin mübahisəni qazandığı, daha çox bağıranın haqlı görüldüyü, daha çox rəğbət edilənin uğurlu hesab edildiyi bir dünyada yaşayıram. Əlbəttə, son sözümü soxmuşdum, bunun kefini çıxarırdım.

***

– Məcnun, ağlayırsan?

– Yox, niyə ağlayım ki?

– Suala sualla cavab verdiyinə görə bir problem var. Danış görək.

– Nə problem olacaq e?

– Bax, yenə eyni şeyi elədin.

– Leyla, şişirdirsən. Suala sualla cavab verdim. Hə, nə olsun ki? Bax yenə elədim. Verəcək cavabımız yoxdur, buna görə soruşacaq sualımız da olmasın?

***

Əziz Arda, “işim var, sənə ayıracaq vaxtım yoxdur” demək istərdim, amma belə deyil, zamanım boldur. Ancaq bu zamanı sənlə zay etmək istəmirəm.

***

Həyat çətindir. Kiçik şeyləri özünə dərd edən insanlar üçün həyat daha da çətindir.

***

Məni anam da döyüb, atam da döyüb, müəllimim, dostlarım da döyüb, ancaq heç vaxt belə döyən olmayıb. Biri dincəldi, o biri döydü. Telefondan mahnı qoşub, musiqinin müşayiəti ilə çırpdılar. Haktan və Linet duetində əl saxlayıb hərəyə bir siqaret çəkdilər. Serdar Ortaç oxumağa başlayan kimi “vurun, vurun” deyə yalvardım. Daha çox vurun. Qulaqlarıma-qulaqlarıma vurun.

***

Fəlakətlərin yaxşı tərəfi yoxdur. Ancaq insan ən böyük fəlakətin ortasında da özünü yaxşı hiss eləyə bilər. Yetər ki, yanında sevdiyi insanlar olsun.

***

Qələbəlik bəzi gözəllikləri görməyinizə əngəl olur. Ya da bəzi gözəlliklər qələbəlik çəkildiyi zaman ortaya çıxır.

***

İki insanın ehtiyac duymadan yan-yana oturması sevginin ən gözəl halıdır. … İki insanın səbəbsizcə yan-yana gülə bilməsi məhəbbətin özüdür.

***

Leyla nə keçmişin xatirələrinə, nə də gələcəyin xəyallarına sığmır.

***

Yaşadığın yeri tərk etmək qərarı verə biləcəyin ən böyük qərarlardan biridir. Mənim bu vaxta qədər verdiyim ən böyük qərar isə otağıma poster asmaq olub.

***

Münasibət bir başqasının sənin yaşayışını alt-üst etməsinə öz istəyinlə icazə verdiyin vəziyyətdir.

***

– Məni gizlət. Dalımca düşüblər. Vəziyyət sakitləşənə qədər ortadan yox olsam, bəsdir.

– Neyləyim, gəl onda bir-iki günlük otağımda qal.

– Otağın olmaz. Evdəkilər görər. Gediş-gəlişin olmadığı bir yer lazımdır.

– Onda kitabxanaya gedək.

***

Bəzi axşamlar atam evə olanda sobanın yanında özümü yuxuluğa vururdum. O da mənə qıymırdı, çöldən kömürü özü gətirirdi. Qışın əsl ləzzəti onda idi. Sobanın içindəki alov, közdə kartof, sobanın üstünə düzülən şabalıd, otağı bürüyən portağal qabığının ətri və atamın soba borusundan asılmış tuman-maykası… Bəli, sonuncu sözlər olmasa, daha gözəl xatirə ola bilərdi.

***

Mən verdiyim sözləri tutacaq qədər qürurlu, bu uğurda dostunu satacaq qədər qürursuz bir insanam.

***

Dost dediyin bir insanın xəyanəti çox pis təsir edir. Həyat uzun bir yoldur. Yolda qalanda sənə kömək edə bilmək üçün səninlə bərabər addımlayan insanlar var. Yanındakıların qiymətini daha yaxşı başa düşməyin üçün həmin yolda rastına çıxanlar var. Yürüdüyün yolu zəhərə çevirmək üçün yoluna daş qoyanlar var. Bir də başının çarəsinə baxmağı öyrənməyin üçün səni yarı yolda buraxanlar var. Hər kəsin öz doğrusu var, hər kəs özünə görə haqlıdır. Bu səbəbdən heç bir mübahisə nəticəyə varmır.

***

– Çəkil, eşitmirsən, uşaq deyir tələsirik?

– Yaxşı, yaxşı gedin. Getsin öpüşsün, qazancı nə olacaq? O öpüşdüyün qadın evlənəndən sonra “unitazın qapağını qaldır” deyəcək ha, onda görəcəm səni.

***

Bəzi ataların səssizliyi “Beşiktaş” klubunda Fevzi Tuncayın qoruduğu qapı kimidir. Ən güvəndiyin anda belə sənə qol vura bilərlər.

***

İnsanın ümidini itirməsi gözəl şeylərin olmasına əngəl deyil. Möcüzə elə bu anlar üçün var.

***

– Bir dəqiqə, Məcnun. Mən həll edərəm… Xanım, siz heç aşiq olmamısınız?

– Yox, olmamışam.

– Yox, bu iş məni aşar. Mən də həll edə bilmərəm. Məcnun, bağışla. Aşiq olsaydı, asan idi.

***

İşlərin tərs getmə ehtimalı varsa, mütləq tərs gedir. Kaan buna “Mörfi qanunu” deyir. Anam isə “evdən bismillahsız çıxırsan, ona görə belə olur, sağ ayağınla çıx” deyir.

***

Leylanın gözlərinə baxanda öz ömrümü görürəm. Dünənimi, bu günümü, sabahımı. Hamısı Leylanın gözündədir. Onsuz da ömür sevdiyinin gözlərinə baxanda keçən ən qısa zaman kəsiyidir.

***

Səni heç bir təhlükənin olmadığı, pisliklərdən uzaq, yaxşıların qazandığı, şər qüvvələrinsə cəzasız qalmadığı bir dünyada sevmək, həm də nağıllardakı kimi sevmək istərdim.

***

Bir məsələni qəbul etməliyik ki, dünya çox pis yerdir. Sənə bu dünyanı sevdirən, həyata dözməyinə səbəb olan sevdiklərinin belə bir pisliyə məruz qalması böyük haqsızlıqdır. Onların sadəcə gözəllikləri görməsini istəyirsən, amma əlindən bir şey gəlmir. Hər kəs bu çirkinliyə məruz qalmaq məcburiyyətindədir.

***

– Bizim üçün qaza gəlmək işi başa çatdırmağın yarısıdır.

– Qardaş, başlamaq işi başa çatdırmağın yarısıdır. Qaza gəlmək batırmanın yarısıdır.

***

Dostun səndən bir şey istəyəndə ondan bunun səbəbini soruşa bilməzsən.

***

Biz beləyik. Oyuna başlamadan qalibiyyət sevinci yaşayırıq. Qazanacağımızdan əmin olduğumuz üçün deyil, birdən məğlub olsaq, həvəsimiz qursağımızda qalmasın deyə.

***

Balaca olanda atamla bağlı iki fikrim var idi: biri atamın hər şeyi bildiyini, digəri də onun ölümsüz olduğunu düşünürdüm. Böyüdükcə bu fikrim də yox oldu. Zamanla atamdan daha çox şey bildiyimi, hətta atamın əslində heç bir şey bilmədiyini düşünməyə başladım. Amma bu gün gördüm ki, atam həqiqətən hər şeyi bilir. Və ümid edirəm ölümsüzdür, heç vaxt ölməz.

***

Ömrü boyu heç bir arzusu həyata keçməmiş, duaları eşidilməmiş insanlar üçün reallaşan xəyallar xeyli qorxuludur.

***

Bir məsələni etiraf etmək lazımdır: sevib qovuşa bilməyənlərin kədəri qədər qovuşanların da sevinci bir o qədər zəhlətökən olur. Hər ikisindən uzaq durmaqda fayda var.

***

Səhrasında itən Məcnun deyil, özü səhraya çevrilən bir Məcnun oldum. İndi Leyla bir külək mehidir. Mən isə səhrada qum dənəsi. Bəlkə bu ucsuz-bucaqsız səhrada bir meh əsər deyə gözləyirəm. Əssə, Leyla bir dəfə də olsun mənə toxunar deyə gözləyirəm.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook