Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Andre Morua “Ariana, bacım…”

Annotasiya

“Ariana, bacım”(“Ariane, ma soeur”) – Andre Morua bu əsərində özünün qeyri-adi psixoloq bacarığını nümayiş etdirib. Məşhur yazıçı Jerom Vansın birinci və ikinci həyat yoldaşı bir-birinə düşmək kəsilsə də, ədibin ölümündən sonra dosta çevrilirlər. Ancaq onların yaxınlaşmasına mərhuma duyduqları sevgi deyil, pul və şöhrət istəyi səbəb olur. Personajların bir-birlərinə göndərdikləri məktublarda onların daxili aləmi, əsl niyyətləri bəlli olur.

Karandaşın izi ilə

Sənin həmişəki vasvasılığın, insanlardan nevrastenik qorxun, azğın tərif yanğın, xəstəlik və ölüm qarşısında sadəlövh əndişən – məgər bunlar güc əlamətidir? Hərçənd bu təlaşın meyvələri – sənin romanların şagirdlərinin çaşqınlığına səbəb olur.

***

Sən güclüsən? Bir halda ki, kitabının uğursuzluğundan xəstə düşürsən və o qədər şöhrətpərəstsən ki, axmağın biri sənin haqqında bir kəlmə xoş söz deyən kimi onun axmaqlığına şübhə ilə yanaşırsan, məgər bu, gücdür?

***

Sən dedin ki, yazıçı yaşlandıqca, onun fikirləri bir o qədər radikal olmalıdır. Bu, gəncləri cəlb etməyin yeganə yoludur.

***

Sənin milyonçu olduğunu bilən kimi sevgidə bəxti gətirməyən bütün qadınlar kimi məni də dəbdəbə, xəzlər, zinət əşyaları cəlb etməyə başladı.

***

Məhəbbətin sonsuz etibara ehtiyacı var. Sevən insanlar əyinlərindəki paltarla birlikdə bütün qorxularını, şübhələrini, utancaqlığını kənara atır.

***

Məndəki gücü hiss elədiyin üçün mənimlə ailə həyatı qurdun. Ancaq indi məhz bu gücə qarşı çıxırsan. Əşi, sənin hərəkətlərində məntiq, ağıllı fikir axtarmaq lazım deyil. Bir çox qadın kimi sən də sadəcə öz bədəninin, sinir hüceyrələrinin zavallı oyuncağısan.

***

Mən səhv fikirdə idim. Riyakarlıq həmişə incəsənət əsərlərinə ziyan vurur.

***

Bununla belə, yalandan özünü elə göstərirsən ki, guya gündəlik həyatda zəif, köməksiz bir insan böyük əsərlər yarada bilməz. Əslində isə tez-tez bunun əksi vaş verir: məhz zəif insanlar böyük yaradıcılıq gücünə malik olurlar.

***

Özün xoşbəxt olmadığın üçün başqalarının payına düşən xoşbəxtliyə nifrət edirsən. Həssaslıq sənə xas bir xüsusiyyət olmadığı üçün həzz almağa nifrət edirsən. Bu nifrət səni gözüaçıq, mübtəla müşahidəçiyə çevirib.

***

İstəyirəm biləsən ki, mən də sənlə boşandıqdan sonra xoşbəxt sevginin nə olduğunu öyrəndim. Sadə, səmimi qadınla evlilikdə dinclik tapdım. O dəqiqə gözlərimin qarşısında istehzalı təbəssümün canlanır: “Sən ola bilsin, bəs o?..” Əgər Nadini ötəri də olsa görsəydin, başa düşərdin ki, o da xoşbəxtdir. Axı bütün qadınların yaşamaq üçün öldürməyə ehtiyacı yoxdur… Sən indi kimi öldürürsən?

***

Tənqidçilərin səhv etmək hüququ var. Hökmü gələcək nəsillər verəcək.

 

Tərcümə: Lamiyə Göycəyeva

1 (20%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram