Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mixail Bulqakov “Qaçış”

Annotasiya

“Qaçış”(rusca “Бег”) – Bulqakov tərəfindən 1926-1927-ci illərdə qələmə alınan bu əsər Rusiyadakı vətəndaş müharibəsi, həmin müharibədən sonra mühacirət həyatı yaşayan rusların həyatından bəhs edir. Dördpərdəli pyesdə hadisələr Krımda ağqvardiyaçılarla qırmızıların müqaviməti fonunda cərəyan edir. Əsərdə əri tərəfindən taleyin ümidinə buraxılan, müdafiəsiz Serafima Korzuxina, ona aşiq olan dosent Qolubkov, ağlardan ibarət cəbhəyə komandalıq edən general Çarnota, zalım və bədbəxt Roman Xludov və bir çox başqa qəhrəmanın taleyi bir-bir ilə sıx kəsişir.

Karandaşın izi ilə

– Cənab general, yalvarıram sizə, bizi də özünüzlə götürün! Serafima Vladimirovna xəstələnib… Biz Krıma gedirik… Sizin lazaretiniz var?

– Siz universitetdə oxumusunuz?

– Əlbəttə.

– Tamam savadsız adam təsiri bağışlayırsınız. Əgər Babi Qayda başınıza güllə dəysə, lazaret çoxmu sizin dadınıza çatacaq? Hələ gərək soruşaydınız ki, rentgen kabinetiniz varmı?! İntelligentlər!…

***

– Xanım, getməyiniz məsləhətdir, qırmızıların əlinə düşsəniz, yaxşı olmayacaq. Ancaq mən danışmağın ustası deyiləm. Krapilin, sən dildən pərgərsan, xanımı yola gətir!

– Elədir ki var, getmək lazımdır.

***

Bizi heç kim sevmir, heç kim. Bunun da ucbatından teatrda olduğu kimi faciə baş verir.

***

Sevgi lazımdır, müharibədə sevgisiz heç nə eləyə bilməzsən!

***

– Mən də səninlə gedirəm. Yaralıları da, yatalağa tutulmuş Serafimanı da atıram.

– Səni öldürə bilərlər.

– Allaha çox şükür.

***

– Bilirsiniz, sizdən xahiş eləmək istəyirdim ki…

– Yox!

– Bu nə ədəbsizlikdir! Sözümü deməmiş hara yoxa çıxdın?

– Axı mən sizin nə deyəcəyinizi bilirəm.

– Maraqlıdır, nə deyəsiydim?

– Mənim sizə deyəcəyim daha maraqlıdır.

– Maraqlıdır, nə deyəcəksiniz?

– Heç kimə borca oynamaq olmaz!

– Heyvanın biri heyvan!

***

Bit həşəratların hərbçisidir, döyüşkəndir, taxtabiti isə tüfeylidir. Bit qoşun kimi sırayla, axınla gəlir, onda bilirsən ki, böyük döyüş olacaq!

***

Ac qalmaram, mənim prinsiplərim yoxdur.

***

– Deyəsən, heç nə başa düşmədiniz?

– Elədir ki var. Başa düşmədim, Paramon İliç.

– “Elədir ki var” fransızca necə deyilir?

– Bilmirəm, Paramon İliç.

– Antuan, siz rus tənbəlisiniz. Yadınızda saxlayın: Parisdə yaşayan adam bilməlidir ki, rus dili yalnız ədəbsiz söyüşlər söyməyə, ya bundan da betər, nəsə təxribatçı şüarlar deməyə yarayır.

***

Tale yollarımızı ayırdı. Kimsə dar ağacına, kimsə Piterə, bəs mən hara? Mən indi kiməm? Mən bundan sonra didərgin cuhudam. Aqasferəm. Uçan hollandam! Mən köpək oğluyam!

 

Tərcümə: Saday Budaqlı

3 (60%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook